Məhkəmə qərarları › İş №2(022)-1021/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1021/2023

12.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1021/2023 12.10.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı, cavabdehlər X3 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər X7 və Cavabdeh2 qarşı aliment tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər X7 və Cavabdeh2 qızna qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2016-cı il tarixdə doğulmuş X13 və xx.xx.2017-ci il tarixdə doğulmuş X10 adlı övladlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehlərin hər birindən hər uşağa görə hər ay sabit pul məbləğində 60 (altımış) manat miqdarında alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, cavabdehlərin oğlu X11 ilə ailə quraraq, rəsmi nikaha girmədən yaşamışlar. Nikahlarını xx.xx.2016-cı ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2016- cı il tarixdə X13 və xx.xx.2017-ci il tarixdə X10 adlı övladları dünyaya gəlmişdir. Artıq xeyli vaxtdır ki, cavabdehlə ayrılmış və nikahları məhkəmə qaydasında pozulmuşdur. Nikahın pozulmasından sonra o, atadan alimentin alınması tələbi ilə Biləsuvar rayon məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli 2(022)- 122/2022 saylı qətnaməsi ilə keçmiş həyat yoldaşından hər ay hər uşağa görə 110 manat alimentin alınıb ona verilməsi müəyyən edilmişdir. Hazırda o, övladları ilə birgə Biləsuvar rayonunun İsmətli kəndində yaşayır.Hazırda keçmiş həyat yoldaşı barəsində cinayət işi aparılır və o həbsdədir. Penitensiar xidmətin Ağcabədi rayon İcra və Probasiya şöbəsinə verdiyi məktubdan görünür ki, X11 həbsdədir və Bakı İstintaq Təcridxanasında saxlanılır. X11 həbsdə olması səbəbindən bir ildir ki, uşaqlara aliment ödəmir. Bu gün övladının saxlanılması üçün cavabdehlərdən, yəni baba və nənədən alimentin tutulması zəruridir. O, cavabdehlərlə aralarında olan aliment tələbi üzrə mübahisənin məhkəmədən kənar, mediasiya yolu ilə həll edilməsinə dair təklif verərək mediasiya prosesini başlatsa da mediasiya prosesində mübahisənin həlli ilə bağlı bir nəticə əldə edilməmişdir.Odur ki, xx.xx.2016-cı il tarixdə doğulmuş X13, xx.xx.2017-ci il tarixdə doğulmuş X10 adlı övladlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehlərin hər birindən hər uşağa görə hər ay sabit pul məbləğində 60 (altımış) manat miqdarında alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X12 məhkəmə iclasında bildirmişdir ki, oğlu X11 hazırda həbsdədir və Bakı İstintaq Təcridxanasında saxlanılır. O və arvadı heç bir yerdı işləməməklə yanaşı, heç bir növ pensiya, təqaüd almırlar.O, iddia tələbini qəbul etmədiyini və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 da eyni məzmunda ifadə verərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli 2(022)-122/2022 saylı qətnaməsinə əsasən xx.xx.2016-cı il tarixdə doğulmuş X8 və xx.xx.2017-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşağa görə 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində alimentin X2 alınıb X5 verilməsi müəyyən edilmişdir. İş materiallarında olan Ağcabədi rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli № 23-38-13 saylı arayışından görünür ki, X6 2640 manat aliment borcu yaranmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xx.xx.2023-cü il tarixli məkbundan görünür ki, X11 Bakı İstintaq Təcridxansında saxlanılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. İş materiallarına əlavə edilmiş Ağcabədi RİHB-nın Kəbirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli №320 saylı arayışından görünür ki, Ağcabədi rayon Kəbirli kənd sakinləri X12 və Abdulova X1 yaşamaqla, heç bir yerdə işləmirlər, pensiya və təqaüd almırlar. Qeyd olunan maddi hüquq normasının tələbi nəzərə alınaraq məhkəmə belə hesab edir ki, iş üzrə baba və nənə olaraq cavabdehlərdən nəvənin saxlanması üçün aliment tutulmasını şərtləndirən hal, yəni baba və nənənin zəruri vəsaitə malik olması nə iş materialları və nə də təqdim edilmiş sübutlarla öz təsdiqi tapmamışdır. Ona görə də İddiaçı cavabdehlər X7 və Cavabdeh2 qarşı hazırkı aliment tələbinə dair iddiası əsassız hesab olunduğundan rədd edilməlidir. MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər X7 və Cavabdeh2 qarşı aliment tələbi barədə iddiası rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X15

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar