Məhkəmə qərarları › İş №2(022)-1035/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1035/2025

08.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1035/2025 08.07.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X1 üçün 27 yanvar 2025-ci il tarixdən hesablanmaqla, uşaq yetkinlik yaşına çatana qədər hər ay bir uşaq üçün 240 manat olmaqla, sabit pul məbləğindən alimentin cavabdehdən tutulması və mediasiya üçün ödənilmiş 61 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh ilə 25 oktyabr 2013-cü ildə Biləsuvar rayonu qeydiyyat idarəsində rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan 15 noyabr 2013-cü il təvəllüdlü X6 və 28 mart 2016-cı il təvəllüdlü X11 doğulmuşdur. Cavabdehlə aralarında tez-tez mübahisələr, söz-söhbətlər olduğu üçün onlar boşanmış və hazırda uşağın biri X6 iddiaçı ilə birgə yaşayır. Rəna oğlu Ümid Babazadə ilə atasına məxsus evdə yaşayır. Odur ki, Cavabdeh ilə birgə nikahlarından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X1 üçün 27 yanvar 2025-ci il tarixdən hesablanmaqla, uşaq yetkinlik yaşına çatana qədər hər ay bir uşaq üçün 240 manat olmaqla, sabit pul məbləğindən alimentin cavabdehdən tutulması və mediasiya üçün ödənilmiş 61 manat pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, hazırda heç bir yerdə işləmədiyini, başqa gəlir yeri olmadığını, iddiaçı ilə birgə nikahlarından doğulmuş 28 mart 2016-cı il təvəllüdlü X8 çox çətinliklə saxladığını bildirərək, iddia tələbinin əsassız olduğunu, ona görə də təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİİ seriyalı № 215624 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2013-cü il tarixdə anadan olmuşdur. Uşağın ata adı qrafasında İddiaçı, ana adı qrafasında isə Cavabdeh qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli MŞL/MT014/2025-00456 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, Cavabdeh mediasiya sessiyasının saatı və yeri barədə əvvəlcədən poçt vasitəsilə məlumatlandırılmışdır. Lakin o, mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarına əlavə edilmiş Biləsuvar rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(022)-653/2024 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı X10 qarşı nikah qeydinin pozulması və uşaqların himayəyə verilməsi barədə iddiası qismən təmin edilmiş, İddiaçı ilə cavabdeh X12 arasında 25 oktyabr 2013-cü il tarixdə Biləsuvar Rayon Aşağı- Cürəli kəndi üzrə inzibati ərazi nümayəndəliyində 25 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahlarından xx.xx.2013-cu il tarixdə doğulmuş X4 atası İddiaçı Cavaşir oğlunun, xx.xx.2016-cı il tarixdə doğulmuş X7 anası X9 yanında saxlanılması qət edilmişdir. İş materiallarında olan Biləsuvar rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(022)- 570/2025 saylı qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı qarşı aliment tələbinə qarşı iddia qismən təmin edilmiş, 20 fevral 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan 8 mart 2016-cı il təvəllüdlü X2 üçün cavabdeh İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikasında 2025-ci il üçün uşaqların yaşayış minimumu 246 (iki yüz qırx altı) manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə işin faktiki hallarını hərtərəfli və tam şəkildə araşdıraraq, hər iki valideynin uşaqları saxlamaq vəzifəsini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, tərəflərin birgə nikahlarından xx.xx.2013-cü il tarixdə doğulmuş X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmasından ötrü sonrakı artımlar nəzərə alınmaqla minimum aylıq əmək haqqı məbləğinin 0,2 (sıfır tam onda iki) misli miqdarında sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilməlidir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh ərizə ilə ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etdiyi üçün aliment həmin vaxtdan tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2013-cü il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılmasından ötrü, sonrakı artımlar nəzərə alınmaqla minimum aylıq əmək haqqı məbləğinin 0,2 (sıfır tam onda iki ) misli miqdarında sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilsin. Alimentin tutulması xx.xx.2025-ci il tarixdən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apellyasiya şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar