Məhkəmə qərarları › İş №2(022)-1046/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1046/2023

10.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1046/2023 10.10.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi vəkil X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 18 yanvar 2017-ci il təvəllüdlü Nur adlı uşağının yetkinlik yaşına çatana kimi saxlanılmasından ötrü hər ay sabit pul məbləğində 220 manat alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2013-cü il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmişlər.Birgə yaşadıqları illərdə, yəni 18 yanvar 2017-ci il tarixdə Nur adlı uşaqları doğulmuşdur.Uşaq hazırda iddiaçının himayəsindədir.İlk illər mehriban yaşasalar da sonradan münasibətləri pozulmuşdur.Uzun müddətdir ki, cavabdeh iddiaçı ilə bütün əlaqələrini kəsmiş, cavabdeh nə iddiaçıya və nə də ki, uşağına baxır.Cavabdeh müxtəlif işlərdə işləməklə yaxşı qazancı vardır. İddiaçının nümayəndəsi Əli Hüseynov Cavabdeh 18 yanvar 2017-ci il təvəllüdlü Nur adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılmasından ötrü hər ay sabit pul məbləğində 220 manat alimentin alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Biləsuvar RİHB-nın Səmədabad kənd İzibati Ərazi Dairəsi Üzrə Nümayəndliyinin xx.xx.2023-cü il tarixli 5-39-14/2-454/23 saylı arayışından görünür ki, Səmədova X2 rayonu Səmədabad kəndində qeydiyyatdadır. İş materiallarında olan AZ-İ № 847463 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X4 nikahlarını 10 aprel 2013-cü il tarixdə Sabirabad RİHB-nın Azadkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 33 nömrə ilə qeyd etdirmişlər. İş materiallarında olan AZ-İV № 298992 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2017-ci il tarixdə anadan olmuşdur. Uşağın ata adı qrafasında Cavabdeh, ana adı qrafasında isə İddiaçı qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli MŞL/MT014/2023-00809 saylı Mediasiya Şurasının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasının saatı və yeri barədə əvvəlcədən poçt vasitəsilə məlumatlanmışdır. Həmçinin İddiaçı 55 manat məbləğində mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2023-cü ildə yaşayış minimumu haqqında» 09 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa görə 2023-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. AM-in 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh ərizə ilə ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etdiyi üçün aliment həmin vaxtdan tutulmalıdır. Beləliklə, məhkəmə iddiaçı ilə yanaşı cavabdehin də uşağı saxlamaq vəzifəsini, uşaqlar üçün yaşayış minimunun məbləğini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, tərəflərin birgə nikahlarından xx.xx.2017-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment müəyyən edilməli və həmin pul cavabdehdən alınıb iddiaçıya verilməlidir. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Ona görə də məhkəmə hesab edir ki, iddia ərizəsi verilərkən mediasiya üçün xərclənmiş pul vəsaitinin bir hissəsinin əvəzi qismində 45 manat məbləğində pul vəsaiti cavabdehdən alınıb iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2017-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. Alimentin tutulması xx.xx.2023-cü il tarixdən müəyyən edilsin. İddiaçı tərəfindən Mediasiya üçün xərclənmiş pul vəsaitinin əvəzi qismində 45 (qırx beş) manat məbləğində pul vəsaiti Cavabdeh alınıb İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə alimentin tutulması hissədində dərhal icra edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar