Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1083/2023 19.10.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 10 oktyabr 2010-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: 21 avqust 2023-cü il tarixdə İddiaçı Cavabdeh qarşı 10 oktyabr 2010-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, o və Cavabdeh 2006-cı ildə ailə həyatı qurmuş, lakin onlar nikahlarını 21 dekabr 2015-ci il tarixdə rəsmiləşdirmişlər. Onların birgə nikahından 3 övladı doğulmuşdur. Onlar arasında əvvəllər mehriban münasibət olsa da, zamanla bu vəziyyət pozulmuş və onlar ayrılmışlar. Biləsuvar Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 2(022)-50/2023 saylı qətnaməsi ilə onlar arasında nikah pozulmuş, onların birgə nikahından doğulmuş iki övladı X3 və X2 anaları Cavabdeh yanında qalması, həmin uşaqların yetkinlik yaşına çatanədək ondan hər ay hər uşaq üçün 100 manat, cəmi 200 manat sabit pul məbləğinin sonuncunun xeyrinə tutulması, habelə birgə nikahlarından doğulmuş digər uşaqları X1 isə onun yanında saxlanması qət edilmişdir. O, məhkəmə qətnaməsi çıxarıldığı vaxt ondan hər ay hər uşaq üçün 100 manat sabit pul məbləğində alimentin tutulmasına razı olmuş və Cavabdeh onun yanında saxlanılmış uşağı üçün aliment tutulmasını məhkəmədən tələb etməmişdir. Buna səbəb isə onun həmin vaxt maddi vəziyyətinin yaxşı olması olmuşdur. Lakin hazırda onun maddi vəziyyəti pisləşdiyinə görə cavabdehə aliment borcu yaranmışdır. Həmin borcu ödəməyə onun maddi imkanı yoxdur və buna görə də hazırda onun mövcud olan aliment borcu artmaqda davam edir. Həmçinin o, uşağının zəruri ehtiyaclarını qarşılamaqda çətinlik çəkir. Buna görə də o, Biləsuvar Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 2(022)-50/2023 saylı qətnaməsi ilə onun yanında qalması qət edilmiş M.Ə.Quluzadənin yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən onun xeyrinə aliment tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan başqa, iddiaçı bildirdi ki, müxtəlif dövlərdə onun istifadəsində müxtəlif markalı avtomaşınlar olsa da, həmin avtomaşınlar onun adına olmamışdır və artıq satılmışdır. O, 4 ildir ki, Bakı şəhərində “Opera” şadlıq sarayının həyətində dayanacağın mühafizəçisi işləsə də, son dövrlərdə maddi vəziyyəti pisləşmişdir. Cavabdeh də xadimə işləsə də uşaqlarını kommunal şəraiti bərbad olan evdə saxlayır. Buna görə də o, oğlu Mirsamirin saxlamaq üçün cavabdehə verməyə razı deyil. Sonda, İddiaçı iddiasını təmin edilərək, Cavabdeh onun xeyrinə 10 oktyabr 2010-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində aliment tutulmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, o və İddiaçı 2006-cı ildə faktiki nikah münasibətlərinə daxil olsalar da, onlar birgə nikahlarını 2015-ci ildə rəsmiləşdirmişlər. Onların birgə nikahından 3 övladı doğulmuşdur. Onlar arasında əvvəllər mehriban münasibət olsa da, zamanla bu vəziyyət pozulmuş və onlar ayrılmışlar. Biləsuvar Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 2(022)-50/2023 saylı qətnaməsi ilə onlar arasında nikah pozulmuş, onların birgə nikahından doğulmuş iki övladı X3 və X2 onun yanında qalması, həmin uşaqların yetkinlik yaşına çatanədək İddiaçı hər ay hər uşaq üçün 100 manat, cəmi 200 manat sabit pul məbləğinin onun xeyrinə tutulması, habelə birgə nikahlarından doğulmuş digər uşaqları X1 isə İddiaçı yanında saxlanması qət edilmişdir. Həmin məhkəmə qərarı çıxarıldığı zaman İddiaçı ondan aliment tutulmasını istəməmiş, habelə sonuncu maddi vəziyyətinin aşağı olmasını əsas gətirərək, ondan tutulacaq aliment miqdarının az olmasını məhkəmədən xahiş etmişdir. Həmin vaxtdan hazırki tarixə qədər iddiaçı aliment öhdəliyini vaxtında və lazımi miqdarda icra etməmiş və nəticədə sonuncunun ona xeyli miqdarda, 05 oktyabr 2023-cü il tarixə 1.802 manat məbləğində aliment borcu yaranmışdır. Buna görə də o, şikayət etmiş və nəticədə İddiaçı inzibati qaydada məsuliyyətə cəlb edilmişdir. Həmin vaxtı iddiaçı ona aliment borcunu ödəyəcəyini və bundan sonrakı aylarda da vaxtında aliment vermək öhdəliyini yerinə yetirəcəyinə dair vəd vermiş və buna görə də o, məhkəmədən sonuncu barəsində daha yüngül növdə inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Biləsuvar Rayon Məhkəməsinin hakiminin 05 oktyabr 2023-cü il tarixli, 3(022)-994/2023 saylı inzibati xəta haqqında iş üzrə qərarı ilə İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və onun barəsində 500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Halbuki iddiaçı həmin vaxtdan sonra da ona olan aliment borcundan cəmi 1000 manat ödəniş etmişdir. O, hazırda Biləsuvar şəhərində müxtəlif ünvanlarda xadiməlik etsə də, rəsmi olaraq heç bir yerdə işləmir və əldə etdiyi gəlirlə özünün və uşaqlarının zəruri ehtiyaclarını qarşılamaqda çətinlik çəkir. Həmçinin onun hazırda səhhətində problemləri olsa da, müalicə almağa imkanı yoxdur. İddiaçı isə ona heç bir yardım göstərmir, buna görə də o, hazırda iki övladını təkbaşına və ehtiyac içində güclə böyüdür. İddiaçı isə Bakı şəhərində “Opera” adlı restoranda mühafizə rəisi kimi çalışır, həmçinin bahalı xarici istehsal olan avtomaşını var, lakin o, ona olan aliment borcunu ödəməməklə yanaşı, hər ay uşaqlarını saxlamaq üçün ödəməli olduğu alimenti də ödəmir. Onun fikrincə İddiaçı hazırda alimet tələbi barədə iddia ilə məhkəməyə müraciət etməsinin səbəbi onun sonuncu barədə aliment öhdəliyini icra etməsi və ona olan borcunu ödəməsi barədə tələbi olmuşdur. Onun hazırda maddi vəziyyəti aşağıdır və nəinki iddiaçının yanında qalan övladı üçün aliment ödəmək, hətta müalicə almaq üçün belə pulu yoxdur. Sonda, Cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Biləsuvar rayon qeydiyyat şöbəsinin 10 avqust 2023-cü il tarixli,05/Q-1344/69 nömrəli arayışından görünür ki, X5 03 oktyabr 2023-cü il tarixdə, Biləsuvar rayonu, Xırmandalı kəndində anadan olmuş və onun barəsində 25 dekabr 2014-cü il tarixdə 1012 nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir. İşdə olan Biləsuvar rayon qeydiyyat şöbəsinin 10 avqust 2023-cü il tarixli,05/Q-1345/69 nömrəli arayışından görünür ki, X5 03 oktyabr 2023-cü il tarixdə, Biləsuvar rayonu, Xırmandalı kəndində anadan olmuş və onun barəsində 15 sentyabr 2015-ci il tarixdə 373 nömrəli atalığı müəyyən etmək haqqında akt qeydi tərtib edilmişdir. Mülki iş materiallarına əlavə edilmiş AZE seriyalı, 11435537 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 atası İddiaçı və anası Cavabdehdir. İşdə olan Biləsuvar Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 2(022)-50/2023 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının Əliabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 21 dekabr 2015-ci il tarixdə 10 nömrəsi ilə qeydə alınmış nikah pozulması, 23 dekabr 2007-ci il təvəllüdlü X3 və 25 aprel 2013-cü il təvəllüdlü X2 anaları Cavabdeh, 03 oktyabr 2010-cu il təvəllüdlü X1 atası İddiaçı yanında saxlanılmaları, 23 dekabr 2007-ci il təvəllüdlü N.İddiaçıanın və 25 aprel 2013-cü il təvəllüdlü M.Ə.Quluzadənin yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər uşağa görə hər ay 100 manat, cəmi 200 manat sabit pul məbləğində alimentin İddiaçı Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2023-cü ildə yaşayış minimumu haqqında» 09 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa görə 2023-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023-cü il tarixli sərəncamına görə minimum aylıq əmək haqqının məbləği 01 yanvar 2023-cü il tarixdən 345 manat həddində müəyyən edilmişdir. İş materiallarından görünür ki, Biləsuvar Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 2(022)-50/2023 saylı qətnaməsinə əsasən İddiaçı hazırki iş üzrə Cavabdeh xeyrinə birgə nikahdan olan iki uşağın saxlanması üçün hər ay hər uşağa görə 100 manat, cəmi 200 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İddiaçı tutulması qət edilmiş həmin aliment məbləği isə 2023-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilmiş 220 manat məbləğində pul vəsaitinin yarısından da aşağıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.3-cü maddəsinin tələbinə görə tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. İş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin hakiminin 05 oktyabr 2023-cü il tarixli, 3(022)-994/2023 saylı inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, İddiaçı Biləsuvar Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 2(022)-50/2023 saylı qətnaməsi icra etməmiş, buna görə də sonuncunun tələbkar Cavabdeh 1.802 manat məbləğində aliment borcu yaranmışdır. Biləsuvar Rayon Məhkəməsinin hakiminin 05 oktyabr 2023-cü il tarixli, 3(022)-994/2023 saylı inzibati xəta haqqında iş üzrə qərarı ilə İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və onun barəsində 500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında tədqiq edilmiş halları ilə müəyyən olunur ki, İddiaçı Cavabdeh tərəflərin birgə nikahlarından doğulmuş və sonuncunun yanında saxlanılmaları müəyyən edilmiş uşaqların saxlanması üçün məhkəmə tərəfindən qət edilmiş alimenti mütəmadi şəkildə ödəmir və nəticədə həmin şəxsə aliment borcu yaranmışdır. Buna görə də Cavabdeh hazırda birgə nikahdan olan 2 övladının yaşayış minimumu üzrə xərclərin böyük hissəsini tək ödəyir. Buna görə də məhkəmə Cavabdeh daimi iş yerinin və sabit gəlirlərinin olmamasını, həmçinin iddiaçı ilə cavabdehin birgə nikahlarından doğulmuş 3 uşağından 2 uşağın cavabdehin yanında qalmasını nəzərə alaraq hesab edir ki, Cavabdeh iddiaçıya nisbətən daha aztəminatlı valideyn sayılmalıdır və cavabdehdən iddiaçının xeyrinə aliment tutulması cavabdehin maddi vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdirəcəkdir. Bundan başqa, işdə olan sübutlarla təsdiq olunur ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edildikdən sonra tərəflərin maddi vəziyyətində hər hansı diqqətəlayiq dəyişikliklər olmamışdır. Belə ki, İddiaçı isə məhkəmə iclasında iddia tələbini Biləsuvar Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 2(022)-50/2023 saylı qətnaməsi qəbul edildikdən sonra maddi vəziyyətinin mənfi istiqamətdə dəyişilməsi və hazırda maddi cəhətdən aşağı vəziyyətdə olması ilə əsaslandırsa da, həmin qətnamə çıxarıldıqdan sonra maddi vəziyyətində hər hansı diqqətəlayiq dəyişiklik olmasını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, aliment tutulması barədə Biləsuvar Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 2(022)-50/2023 saylı qətnaməsi qəbul edildikdən sonra iddiaçının maddi vəziyyətində pisləşməyə doğru hər hansı diqqətəlayiq hal baş vermədiyinə və iddiaçıdan cavabdehin xeyrinə tutulan alimentin məbləği üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumum miqdarından əhəmiyyətli dərəcədə az olduğuna görəcavabdehdən iddiaçının xeyrinə aliment tutulmasına əsaslar yoxdur və iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı 10 oktyabr 2010-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiası rədd edilsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasiına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №2(022)-1083/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1083/2023
19.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver