Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1132/2025 22.07.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh onun xeyrinə xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmasından ötrü hər ay sabit pul məbləğində 250 manat məbləğində alimentin, mediyasiya təşkilatına ödənilmiş 60 manat rusumun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2022-ci ildə Biləsuvar rayon sakini Cavabdeh ilə ailə həyatı qurmuşdur. Onların rəsmi nikahlarından xx.xx.2023-cü ildə X3 adlı uşaqları anadan olmuş və hal- hazırda onunla birlikdə yaşayır.O, Cavabdeh ilə ailə həyatı qurduqdan sonra onun həyatı çox mürrəkkəb keçmişdir. Belə ki, Cavabdeh birgə yaşadıqları müddət ərzində heç bir səbəb olmadan dava-dalaş salırdı, onların hər günü dava-dalaş içərisində keçirdi. O, onu bir ailə kimi saymırdı, onu bir ailə kimi qəbul etmirdi. Buna görə də cavabdeh Biləsuvar rayon məhkəməsinə nikahın pozulmasına dair iddia ərizəsi ilə müraciət etmişdir.Cavabdehin iddia ərizəsinə baxılaraq xx.xx.2025-ci il tarixdə məhkəmə qətnaməsinə əsasən nikah qeydi pozularakan aliment almamışdır, indi ehtiyacı olduqu üçün aliment tələb edir. Hazırda uşağı ilə birlikdə Biləsuvar şəhəriində yaşayır. Odur ki, Cavabdeh onun xeyrinə xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmasından ötrü hər sabit pul məbləğində 250 manat məbləğində alimentin və mediyasiya təşkilatına ödənilmiş 60 manat rusumun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında izahatında göstərmişdir ki, iddia tələbini qismən qəbul edir.Belə ki, hazırda bərbər olaraq fərdi əmək fəaliyyəti ilə məşğul olur, gündəlik 10- 15 manat qazanc əldə edir. Ona görə də iddiaçının tələb etdiyi 250 manat məbləğində alimenti ödəmək iqtidarında deyildir. İddiaçıya hər ay yalnız 130-140 manat aliment ödəyə bilər. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ № 468284 saylı atalığın müəyyən edilməsi haqqında Şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 27 iyun 2023-cü ildə İddiaçı doğulmuş X2 atası hesab edilmişdir. İş materiallarında olan AZ-İV № 986854 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2023-cü il tarixdə anadan olmuşdur. Uşağın ata adı qrafasında Cavabdeh, ana adı qrafasında isə İddiaçı qeyd olunmuşdur. İş materiallarında olan MŞC/MT020/2025-00308 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışından görünür ki, Cavabdeh ilkin müdiasiya sessiyasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, mediasiya sessiaysında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sesiyasında iştirak emiş, sesiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan Biləsuvar rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(022)- 748/2025 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə X4 arasında 14 iyun 2024-cü il tarixdə Biləsyvar rayon Qeydiyyat Şöbəsi tərəfindən 124 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikasının Qanununa" görə 2025-ci il üçün uşaqların yaşayış minimumu 246 (iki yüz qırx altı) manat müəyyən edilmişdir. Məhkəmə belə hesab edir ki, tərəflərin birgə nikahlarından xx.xx.2023-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla minimum əmək haqqı məbləğinin 0,45 (sıfır tam yüzdə qırx beş) misli miqdarında sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarını hərtərəfli və tam şəkildə araşdıraraq, iddiaçı ilə yanaşı, cavabdehin də uşağı saxlamaq vəzifəsini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, tərəflərin birgə nikahlarından xx.xx.2023-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla minimum aylıq əmək haqqı məbləğinin hər ay 0,45 (sıfır tam yüzdə qırx beş) misli miqdarında sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilməlidir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh ərizə ilə ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etdiyi üçün aliment həmin vaxtdan tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı Cavabdeh ilə birgə nikahlarından xx.xx.2023-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılmasından ötrü hər ay sonrakı artımlar nəzərə alınmaqla minimum aylıq əmək haqqı məbləğinin 0,45 (sıfır tam yüzdə qırx beş) misli miqdarında sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilsin. Alimentin tutulması xx.xx.2025-ci il tarixdən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apellyasiya şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(022)-1132/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1132/2025
22.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver