Məhkəmə qərarları › İş №2(022)-1180/2023

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-1180/2023

24.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-1180/2023 24.10.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi ilə, məsləhətçi (iclas katibi) X7 oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh, cavabdehin nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı tərəflərin birgə nikahlarından 19 noyabr 2021-ci il tarixdə anadan olmuş X2 və 13 avqust 2017-ci il tarixdə anadan olmuş X1 iddiaçının yanında saxlanılması, həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün və hər ay hər uşağa görə 220 manat alimentin, əlavə xərclər qismində tibbi müalicə ilə bağlı 100 manat, iddiaçının heç bir yerdə işləmədən uşaqlara baxdığı üçün 50 manat, mediasiya təşkilatına ödənilimiş vəsaitin əvəzi qismində 50 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, işin məhkəmədə baxılmağa hazırlanmasına dair açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: 07 sentyabr 2023-cü il tarixdə İddiaçı Cavabdeh qarşı tərəflərin birgə nikahlarından 19 noyabr 2021-ci il tarixdə anadan olmuş X2 və 13 avqust 2017-ci il tarixdə anadan olmuş X1 iddiaçının yanında saxlanılması, həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün və hər ay hər uşağa görə 220 manat alimentin, əlavə xərclər qismində tibbi müalicə ilə bağlı 100 manat, iddiaçının heç bir yerdə işləmədən uşaqlara baxdığı üçün 50 manat, mediasiya təşkilatına ödənilimiş vəsaitin əvəzi qismində 50 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi məhkəməyə daxil olmuşdur. Həmin iddia ərizəsi icraata götürülərək, mülki işi məhkəmədə baxılmağa hazırlamaq haqqında məhkəmə iclası 24 oktyabr 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasında İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək bildirdi ki, o, halhazırda Cavabdehla barışmışdır və onlar birlikdə yaşayırlar. Buna görə də İddiaçı mülki işin mahiyyəti üzrə baxılmasını istəmədiyini və bununla əlaqədar Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında mülki işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyini və iddia ərizəsinin geri qaytarılmasına razı olduğunu bildirdi. Cavabdehin nümayəndəsi və vəkili X4 məhkəmə iclasında mülki işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyini və iddia ərizəsinin geri qaytarılmasına razı olduğunu bildirdi. Həmçinin iddiaçı, cavabdeh, cavabdehin nümayəndəsi və vəkili iddia ərizəsinin geri qaytarılmasının hüquqi nəticələrinin onlara məlum olduğunu bildirdilər. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Buna görə də məhkəmə iddiaçını, cavabdehi, cavabdehin nümayəndəsi və vəkilini dinləyərək hesab edir ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərin əsilləri, o cümlədən məhkəməyə təqdim edilmiş dövlət rüsumunun ödənilməsi barədə sənəd iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı tərəflərin birgə nikahlarından 19 noyabr 2021-ci il tarixdə anadan olmuş X2 və 13 avqust 2017-ci il tarixdə anadan olmuş X1 iddiaçının yanında saxlanılması, həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün və hər ay hər uşağa görə 220 manat alimentin, əlavə xərclər qismində tibbi müalicə ilə bağlı 100 manat, iddiaçının heç bir yerdə işləmədən uşaqlara baxdığı üçün 50 manat, mediasiya təşkilatına ödənilimiş vəsaitin əvəzi qismində 50 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar