Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-119/2023 31.05.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, İddiaçı, onun vəkili, Biləsuvar rayon vəkil bürosunun vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı tərəflərin birgə nikahından 17 iyul 2013-cü il tarixdə doğulmuş X3 iddiaçının yanında saxlanması və həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Biləsuvar rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli, 2(022)- 275/2020 saylı qətnaməsi ilə qət edilmiş aliment öhdəçiliyinə xitam verilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı tərəflərin birgə nikahından 03 oktyabr 2008-ci il tarixdə doğulmuş X1, 09 fevral 2012-ci il tarixdə doğulmuş X5 və 17 iyul 2013-cü il tarixdə doğulmuş X3 cavabdehdən alınaraq iddiaçıya verilməsi və uşaqların iddiaçının yanında qalmaları, habelə həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün Biləsuvar rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli, 2(022)-275/2020 saylı qətnaməsi ilə qət edilmiş aliment öhdəçiliyinə xitam verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmə baxışı zamanı İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh qarşı tərəflərin birgə nikahından 17 iyul 2013-cü il tarixdə doğulmuş X3 iddiaçının yanında saxlanması və həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Biləsuvar rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli, 2(022)-275/2020 saylı qətnaməsi ilə qət edilmiş aliment öhdəçiliyinə xitam verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında azaldılmış iddia tələbini müdafiə edərək göstərdi ki, o, Cavabdeh ilə 04 noyabr 2008-ci il tarixdə rəsmi nikah bağlamış və onların birgə nikahlarından 3 övladı vardır. Onunla Cavabdeh arasında ər-arvad münasibətləri 2019-cu ildən kəsilmiş, həmin vaxt Cavabdeh birgə nikahlarından olan uşaqları Ayan və Nərmini özü ilə götürərək, valideynlərinin evinə qayıtmış, sonuncu uşağı Aylin isə onun yanında qalmışdır. Bununla belə, 2020-ci ilin yanvar ayında Cavabdeh ona qarşı onların birgə nikahından doğulmuş uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 200 manat, cəmi 600 manat sabit pul məbləğində alimentin ondan cavabdehin xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Biləsuvar rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli, 2(022)-275/2020 saylı qətnaməsi ilə Cavabdeh iddiası qismən təmin edilərək, ondan cavabdehin xeyrinə hər ay hər uşağa görə 85 manat, cəmi 255 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Bundan sonra onun iddiası əsasında Biləsuvar rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2(022)- 257/2020 saylı qətnaməsi ilə ikisi arasında olan nikah pozulmuşdur. Həmin qətnamə ilə onların birgə nikahlarından doğulmuş uşaqlarının cavabdehin yanında qalmaları, habelə onlar arasında faktiki ər-arvad münasibətləri kəsildiyi vaxtdan məhkəmə qətnaməsi çıxarılan vaxta kimi onun yanında yaşayan A.X.Məmmədlinin ondan alınıb, Cavabdeh verilməsi qət edilmişdir. Lakin o, məhkəmənin həmin qətnaməsi ilə razılaşmamış və həmin qərardan Şirvan Apellyasiya Məhkəməsinə “Biləsuvar rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2(022)-257/2020 saylı qətnaməsinin X3 anası Cavabdeh yanında saxlanması hissəsində ləğv edilməsi və həmin uşağın atası İddiaçı yanında saxlanması barədə yeni qətnamə qəbul edilməsi” barədə apellyasiya şikayət ünvanlamışdır. Belə ki, onların birgə nikahından anadan olmuş A.R.Məmmədli cavabdehlə onun arasında faktiki ər-arvad münasibətləri kəsildiyi gündən onun yanında qalmış və mənəvi cəhətdən ona daha çox bağlı olmuşdur. Bundan başqa, həmin uşağın bütün qayğısını onun qardaşının arvadı Rəna çəkmiş və Aylin Məmmədli onun qardaşının övladlarını öz bacı və qardaşı kimi bilir. Belə ki, Cavabdeh A.R.Məmmədli qarşısında valideyn kimi öz borcunu yerinə yetirə bilməmişdir. X10 Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(106)-937/2021 saylı qətnaməsi ilə onun şikayəti təmin edilməmiş və Biləsuvar rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2(022)-257/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Bundan sonra o, Şirvan Apellyasiya Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(106)-937/2021 saylı qətnaməsindən kassasiya şikayəti versə də, həmin məhkəmənin 26 avqust 2021-ci il tarixli, 2(106)-937/2021 saylı qərardadı ilə onun kassasiya şikayəti geri qaytarılmışdır. Bütün bu hallara baxmayaraq, cavabdehlə onun birgə nikahından doğulmuş Aylin Məmmədli hələ də onun yanındadır, lakin o, sonuncunun onun yanında qalmasının rəsmi şəkildə müəyyən edilməsini istəyir. Bundan başqa, əvvəllər Biləsuvar rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2(022)-257/2020 saylı qətnaməsindən verdiyi şikayətlər yalnız A.X.Məmmədlinin ona daha çox bağlı olması və onun yanında qalması əsasına söykənirdisə, hazırki tarixdə onun yeni qətnamə qəbul edilməsi ilə bağlı müraciətinə səbəb olan əsas dəyişmişdir. Belə ki, onunla Cavabdeh özündən yaşca 12 yaş kiçik, böyük qızı Nərmindən isə cəmi 5 yaş böyük olan, Yevlax rayon sakimi X11 ilə evlənmişdir. O anlayır ki, başqasının şəxsi həyatına qarışmaq hüquqazidd əməldir, lakin qızı Aylin Məmmədlinin rəsmi şəkildə himayəsinda saxlanması qət edilən Cavabdeh hazırki yaşadığı mühit həmin uşağın tərbiyəsinə və psixi inkişafına mənfi yöndə təsir edə bilər. Belə ki, o eşitmişdir ki, həmin nikah baş tutmazdan əvvəl Cavabdeh ilə hazırki əri arasında qeyri-rəsmi münasibətlər olmuş və cavabdeh həmin şəxslə evlərində görüşdüyü zaman məsələdən sonuncunun valideynlərinin xəbəri olmuşdur. Bundan sonra R.R.Məmmədov Cavabdeh valideynləri tərəfindən döyülmüş və Biləsuvar rayon polis şöbəsində cinayət işi açılmışdır. Lakin R.R.Məmmədov Cavabdeh ilə evlənəcəyinə söz verdiyinə görə iş üzrə icraata xitam verilmiş və ikili nikah münasibətlərinə girmişlər. Hazırda həmin şəxslərin nikahından azyaşlı 1 uşaqları var. O, ilk əvvəl cavabdehlə onun birgə nikahında doğulmuş və hazırda analarının yanında yaşayan digər qızlarının da ona verilməsini məhkəmədən xahiş etsə də, həmin uşaqların Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Daimi Komissiyanın rəyində anaları ilə birgə qalmaq istəmələrinə görə o, həmin rəylə tanış olduqdan sonra iddia tələbinin həcmini azaltmışdır və hazırda yalnız X3 ona verilməsini məhkəmədən xahiş edir. Həmçinin, məhkəmə tərəfindən onun iddiasının təmin ediləcəyi təqdirdə, o, cavabdehdən həmin uşağın saxlanması üçün aliment tələb etməyəcək. O, Biləsuvar rayon Məhkəməsinin icraatında olan hazırki işlə bağlı işi məhkəmədə baxılmağa hazırlamaq mərhələsində rəy alınması həvalə edilmiş Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Daimi Komissiyanın 16 may 2023-cü il tarixli rəyi ilə razıdır. Bundan başqa, Biləsuvar rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli qətanaməsinin icrası ilə bağlı Cavabdeh Biləsuvar rayon icra və probasiya şöbəsinə yönləndirdiyi ərizə yalandır, A.X.Məmmədli heç vaxt ondan alınmamış və cavabdehlə onun faktki ər-arvad münasibətləri sonlandığı vaxtdan hazırki tarixə kimi onun yanındadır. Cavabdehin sözügedən hərəkətindən də halhazırda onun yanında yaşayan Aylin Məmmədliyə qarşı heç bir ana sevgisi olmadığını anlamaq olar. Çünki belə bir ərizə ilə qətnamənin icrasını dayandırmaq istəyi ilə həmin şəxsin uşağından imtina etməsi eyni xarakterli hərəkətdir. Bundan əlavə, Məhkəmə tərəfindən onun xeyrinə qərar qəbul edildiyi təqdirdə, o, övladının anası ilə görüşməsinə mane olmayacaq və onlar arasında ana-uşaq münasibətinin kəsilməməsi üçün əlindən gələni edəcəkdir. Çünki o anlayır ki, bir uşağın yetkinlik yaşına çatana kimi ana ilə qurduğu bağlılıq onun gələcəyinin formalaşmasında əhəmiyyətli rola malikdir. Sonda, İddiaçı məhkəmədən iddiasının təmin edilərək, cavabdehlə onun birgə nikahından doğulmuş A.X.Məmmədlinin onun yanında qalması, habelə həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Biləsuvar rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli, 2(022)- 275/2020 saylı qətnaməsi ilə qət edilmiş aliment öhdəçiliyinə xitam verilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən təkrarən məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Biləsuvar rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli, 2(022)-275/2020 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh İddiaçı qarşı onların birgə nikahından 03 oktyabr 2008-ci il tarixdə anadan olmuş X1, 09 fevral 2012-ci il tarixdə anadan olmuş X7 və 17 iyul 2013-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 200 manat, cəmi 600 manat sabit pul məbləğində alimentin İddiaçı Cavabdeh xeyrinə tutulması barədə iddiası qismən təmin edilərək, İddiaçının xeyrinə həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 85 manat, cəmi 255 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Mülki işdə olan Biləsuvar rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2(022)- 257/2020 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı və Cavabdeh arasında olan nikah pozulmuş, həmin nikahdan doğulmuş X1, X5 və X3 anaları Cavabdeh yanında qalmaları və X3 atası İddiaçı alınaraq, Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(106)-937/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Biləsuvar rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2(022)-257/2020 saylı qətnaməsinin “17 iyul 2013-cü il tarixdə anadan olmuş X9 anası Cavabdeh yanında saxlansın” hissəsində ləğv edilməsi və A.X.Məmmədlinin atası İddiaçı yanında saxlanması barədə yeni qətnamə qəbul edilməsi barədə şikayəti təmin edilməmiş və Biləsuvar rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2(022)-257/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2(106)- 937/2021 saylı qərardadının surətindən görünür ki, İddiaçı Şirvan Apellyasiya Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(106)-937/2021 saylı qətnaməsindən vermiş olduğu kassasiya şikayəti geri qaytarılmışdır. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Biləsuvar rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2(022)-257/2020 saylı qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. İş materiallarıına əlavə edilmiş Biləsuvar rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 2(022)-119/2023 saylı qərardadından görünür ki, İddiaçı və Cavabdeh birgə nikahından olan uşaqları – 03 oktyabr 2008-ci il tarixdə doğulmuş X1, 09 fevral 2012-ci il tarixdə doğulmuş X5 və 17 iyul 2013-cü il tarixdə doğulmuş X3 hazırki şəraitdə valideynlərindən hansının yanında qalmalarının uşaqların mənafeyinə uyğun olması, Biləsuvar rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2(022)-257/2020 saylı qətnaməsi ilə həmin uşaqların Cavabdeh yanında qalmaları müəyyən edildikdən sonra uşaqlarına mənafeyinə toxunan hər hansı xüsusatların medana gəlib-gəlməməsi və həmin xüsususatların uşaqların sonuncunun yanında qalmalarını istisna edib-etməməsi barədə əsaslandırılmış rəyi məhkəməyə təqdim etmək Biləsuvar rayon İcra Hakimiyyəti Başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Daimi Komissiyaya həvalə edilmişdir. Mülki işdə olan Biləsuvar rayon İcra Hakimiyyəti Başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Daimi Komissiyayanın 16 may 2023-cü il tarixli rəyindən görünür ki, Məmmədov X4 rayonu, Ağayrı kəndində qeydiyyatdadır və hazırda həmin kənddə atası X2 məxsus fərdi yaşayış evində övladı X9, atası, anası və digər ailə üzvləri ilə birlikdə yaşayır. Cavabdeh isə Biləsuvar rayonu, Günəşli kəndində qeydiyyatdadır və hazırda həmin kənddə özünə məxsus fərdi yaşayış evində birinci həyat yoldaşı ilə nikahından olan övladları X6, X12, ikinci həyat yoldaşı və ikinci həyat yoldaşı ilə nikahından olan körpə övladı ilə birlikdə yaşayır. Hər iki ünvanda uşaqların yaşaması üçün normal şərait mövcuddur. Uşaqlar valideynlərinin öhdəsində olduğu müddət ərzində onların hüquq və mənafeyi layiqincə qorunmuş, fiziki və əqli inkişaflarına xələl yetirilməmiş, tərbiyələrində biganəliyə yol verilməmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 52-ci maddəsinin tələbini nəzərə almaqla, İddiaçı ilə Cavabdeh birgə nikahından doğulmuş uşaqları N.İddiaçının, A.X.Məmmədlinin və A.X.Məmmədlinin fikri yazılı qaydada öyrənilmiş və N.İddiaçının, A.X.Məmmədli anaları Cavabdeh, A.X.Məmmədli isə atası İddiaçı yanında qalmaq istədiklərini bildirmişlər. İddiaçı və Cavabdeh övladlarını tərbiyə etmələrinə əngəl ola biləcək psixi və xroniki xəstəliklərinin olmaması, davranışlarında uşaqlar üçün təhlükəli heç bir halın müşahidə edilməməsi, zərərli vərdişlərinin olmaması 03 oktyabr 2008-ci il təvəllüdlü N.İddiaçının və 09 fevral 2012-ci il təvəllüdlü A.X.Məmmədlinin anaları Cavabdeh, 17 iyul 2013-cü il təvəllüdlü A.X.Məmmədlinin isə atası İddiaçı yanında qalmasına əsas verir və uşaqların mənafeyinə uyğundur. İşdə olan Biləsuvar rayon Məhkəməsinin sorğusuna Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin 31 may 2023-cü il tarixli cavab məktubundan və həmin məktuuba əlavə edilmiş sənədlərdən görünür ki, Biləsuvar rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2(022)-257/2020 saylı icra sənədində qeyd olunan tələb tam şəkildə icra edildiyinə görə iş üzrə Cavabdeh ərizəsi ilə həmin iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşağın qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.4-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşağın yaşayış yeri onların razılığı ilə həll edilir. «Uşaq hüquqları haqqında» 20 noyabr 1989-cu il tarixli BMT Konvensiyasının 3-cü və 4-cü maddələrinə əsəsən uşaq barəsində bütün tədbirlərdə onun maraqları tam həcmdə nəzərə alınmalıdır. Dövlət bu hüquqların həyata keçirilməsi üçün bütün mümkün tədbirləri görməlidir. Həmin Konvensiyanın 36-cı maddəsinə əsasən uşaqlar onların inkişafına zərər vuran hər bir fəaliyyətdən müdafiə hüququna malikdirlər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşağın mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşağın həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 8-ci maddəsinə əsasən, hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. «Elşolts Almaniyaya qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 13 iyul 2000-ci il tarixli qərarına görə Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz (§50). Avropa İnsan Hüquqları Məhkəməsi oxşar hüquqi mövqeyini «Johansen Norveçə qarşı» işi üzrə 07 avqust 1996-cı il tarixli qərarında (§78) da ortaya qoymuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Qərarının 7.8-ci bəndində məhkəmələrə izah etmişdir ki, nikahın pozulması zamanı uşağın valideynlərdən hansının yanında qalması məsələsinin və ya uşaqla bağlı mübahisənin həll olunması, bu barədə məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra uşaq tələbinə dair yeni əsaslarla iddia qaldırılmasına mane olmur. İş materiallarında olan İddiaçı Cavabdeh qarşı tərəflərin birgə nikahından 03 oktyabr 2008-ci il tarixdə doğulmuş X1, 09 fevral 2012-ci il tarixdə doğulmuş X5 və 17 iyul 2013-cü il tarixdə doğulmuş X3 cavabdehdən alınaraq iddiaçıya verilməsi və uşaqların iddiaçının yanında qalmaları, habelə həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün Biləsuvar rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli, 2(022)- 275/2020 saylı qətnaməsi ilə qət edilmiş aliment öhdəçiliyinə xitam verilməsi barədə iddia ərizəsindən görünür ki, həmin ərizədə İddiaçı göstərmişdir ki, “Biləsuvar rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli 2(022)-257/2020 saylı qətnaməsi icraya verildikdən sonra qızım Aylin anasının yanına qayıtmaq istəmədiyini bildirdi və yenə də mənimlə qaldı və hal-hazırda da mənimlə birlikdə yaşayır. Bildirirəm ki, cavabdeh yenidən ailə qurmuşdur. Cavabdeh mənim uşaqlarla görüşərək ünsiyyətdə olmağıma mane olur. Lakin mən uşaqları görürəm və onlarla ünsiyyətdə olduqda onların mənə bağlılıqları açıqaşkar görünür. Bir ata kimi mən qızlarımın təhsili, tərbiyəsi ilə məşğul olub, onları boyabaşa çatdırmaq istəyirəm. Mənim qızlarımın başqa adamın yanında mən sağ ikən qalmalarını qətiyyən istəmirəm. Onlardan ayrı yaşamağım məni çox narahat edir. Belə ki, cavabdehin yenidən evləndiyi şəxslə aralarında 12 yaş fərqi vardır. Yəni Cavabdeh 34 aşı, onun ərinin isə 22 yaşı vardır. Onların nikahları bildiyimə görə müəyyən səbələrdən bağlanılmışdır. Onlar nikah bağlamamışddan qabaq hadisələri olmuş və bununla bağlı polis şöbəsində cinayət işi olmuşdur. Hazıra cavabdeh Günəşli tam orta məktəbində xadimə işləyir, əri isə işləmir. Uşaqlar isə evdə olurlar. Bildirmək istəyirəm ki, cavabdehin hazırki nikahı ilə bağlı tərəflər arasında ola bilsin ədavət var. Bu ziddiyyətlər bir ata kimi məni çox narahat edir.” Bununla əlaqədar məhkəmə iddia ərizəsində göstərilən həmin xüsusatı, yəni Biləsuvar rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli 2(022)-257/2020 saylı qətnaməsi qanuni qüvvəyə mindikdən sonra yeni əsasın yaranması - boşanmadan sonra tərəflərin yetkinlik yaşına çatmayan uşağı Aylin Məmmədlinin ananın yanında deyil, atanın yanında qalmaları barədə İddiaçı mülahizəsini əsas tutaraq, iddia ərizəsini icraata götürmüşdür. Beləliklə məhkəmə hesab edir ki, Biləsuvar rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli 2(022)-257/2020 saylı qətnaməsi ilə birgə nikahdan olan uşaqların yaşayış yerinin ana Cavabdeh yanında qalması müəyyən edilsə də, hazırda iddiaçının əvvəllər öz iddiasını əsaslandırğı şərait dəyişmiş və hazırki iş üzrə İddiaçı iddiasını “A.X.Məmmədlinin məhkəmə qətnaməsi çıxarıldan hazırki tarixə kimi onun yanında qalması və ona bağlılığının anasına bağlılığından əhəmiyyətli dərəcədə çox olması ilə yanaşı, Cavabdeh onlar arasındakı nikah pozulduqdan sonra özündən kiçik yaşda biri ilə evlənməsini və həmin şəxslə eyni evdə yaşamasının uşağın tərbiyəsinə və psixi inkişafına mənfi təsir göstərə biləcəyi mülahizələrinə istinad etdiyi üçün iddianın yolverilməzliyinə görə iş üzrə icraata xitam verilməsinə əsaslar yoxdur və iddiaçının irəli sürdüyü həmin mülahizələrə və əsasa mahiyyəti üzrə qiymət verilməsi və iş üzrə qətnamə çıxarılması mülki-prosessual qanunvericilinin prinsiplərinə uyğundur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarının 7.1-ci bəndinə görə yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı, onun fikri, uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı, valideynlərin mənəvi və sair keyfiyyətləri, valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər, uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti səhhəti nəzərə alınmaqla) ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən Qərarının 7.2-ci bəndinə əsasən valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdə üstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün mütləq (həlledici) əsas ola bilməz. Həmin Qərarın 7.3-cü bəndinə uyğun olaraq nikahın pozulması tələbinə dair işə baxılarkən yetkinlik yaşına çatmayan uşaqların hansı valideynin yanında qalmaları ilə bağlı mübahisə yaranarsa, eləcə də uşaqların kimin yanında qalması ilə bağlı ər-arvad arasında bağlanmış saziş uşaqların və ya tərəflərdən birinin maraqlarını pozarsa, məhkəmə iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq uşağın maraqlarının müdafiəsi üçün Ailə Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş qaydada qəyyumluq və himayə orqanını işdə iştirak etməyə cəlb etməlidir. Həmin orqan mübahisə ilə bağlı uşağın və ayrı yaşayan valideynlərin həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair əsalandırılmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Alınan rəy məhkəmə üçün məcburi əhəmiyyətə malik deyil və məhkəmə tərəfindən uşağın üstün mənafeyi əsas götürülməklə MPM-nin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydada qiymətləndirilir. Beləliklə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Qərarının tələblərini nəzərə alaraq, məhkəmə tərəfindən tərəflər arasında mübahisənin həlli məqsədi ilə iddiaçının və cavabdehin hazırki həyat şəraiti, uşaqların onların yanında yaşaması ilə bağlı zəruri ehtiyaclarının qarşılanıb-qarşılanmaması, onların tərbiyəsi və təhsili ilə bağlı məlumat alınması və digər mübahisənin həllində əhəmiyyətli rol oynaya biləcək xüsusatların aydınlaşması üçün həmin məhkəmənin 09 fevral 2023-cü il tarixli, 2(022)- 119/2023 saylı qərardadı ilə mübahisənin həlli üçün rəy alınması Qəyyumluq və Himayəçilik üzrə Daimi Komissiyaya həvalə edilmişdir. Qəyyumluq və Himayəçilik üzrə Daimi Komissiyanın 16 may 2023-cü il tarixli rəyi ilə iddiaçının və cavabdehin yaşadığı hər iki ünvanda uşaqların yaşaması üçün normal şəraitin mövcud olduğu, uşaqlar valideynlərinin öhdəsində olduğu müddət ərzində onların hüquq və mənafeyi layiqincə qorunduğu, fiziki və əqli inkişaflarına xələl yetirilmədiyi, tərbiyələrində biganəliyə yol verilmədiyi müəyyən edilmişdir. Bundan başqa, İddiaçı ilə Cavabdeh birgə nikahından doğulmuş uşaqları N.İddiaçının, A.X.Məmmədlinin və A.X.Məmmədlinin fikri yazılı qaydada öyrənilmiş və hal-hazırda iş üzrə cavabdeh ilə birgə yaşayan N.İddiaçı və A.X.Məmmədli anaları Cavabdeh yanında qalmaq istədiklərini bildirmişlər. Hazırki tarixdə iddiaçı ilə birlikdə yaşayan A.X.Məmmədli isə atası İddiaçı yanında qalmaq istədiyini bildirmişdir. Həmin rəyin nəticəsi olaraq isə hər iki valideyndə övladlarını tərbiyə etmələrinə əngəl ola biləcək psixi və xroniki xəstəliklərinin olmaması, davranışlarında uşaqlar üçün təhlükəli heç bir halın müşahidə edilməməsi, zərərli vərdişlərinin olmaması əsas götürülərək, tərəflərin birgə nikahından doğulmuş övladları 03 oktyabr 2008-ci il təvəllüdlü N.İddiaçının və 09 fevral 2012-ci il təvəllüdlü A.X.Məmmədlinin anaları Cavabdeh, 17 iyul 2013-cü il təvəllüdlü A.X.Məmmədlinin isə atası İddiaçı yanında qalmasının uşaqların mənafeyinə uyğun olması qənaətinə gəlinmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsinə görə isə uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı Qərarının 7.4-cü bəndində məhkəmələrə izah edilmişdir ki, uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüquq təmin olunmalıdır. Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci və Ailə Məcəlləsinin 52-ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Uşağın fikrinin obyektiv qiymətləndirilməsini təmin etmək üçün onun pedaqoqunun, təhsil müəssisəsinin nümayəndəsinin (tərbiyəçinin), yaxud uşaq psixoloqunun və ya qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə dinlənilməsi məqsədə müvafiqdir. Maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Məhkəmə iclasında dindirilmiş, tərəflərin 10 yaşına çatmamış uşağı – 17 iyul 2013cü il tarixdə anadan olmuş X9 bildirdi ki, onun valideynləri artıq 4 ildir ki, ayrılmışlar və həmin vaxtdan o, atasının yanında yaşayır, atasına bağlıdır və bundan sonra da atasının yanında qalmaq istəyir. O, bu fikrini anası Cavabdeh da bildirmişdir və ona görə anası onu zorla öz yanına aparmaqdan imtina etmişdir. Buna görə də o, valideynləri ayrı ünvanda yaşayarlarsa o, atasının yanında qalmaq istəyir. Çünki, o, bacılarına və anasına qarşı heç bir doğmalıq hiss etmir və buna görə də o, anası və bacıları ilə eyni evdə yaşamaq istəmir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşağın həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8- 2/2016 saylı Qərarının 7.6-cı bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacıqardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə uyğundur. Beləliklə, məhkəmə hesab edir ki, hal-hazırda atası İddiaçı yanında yaşayan 17 iyul 2013-cü il tarixdə anadan olmuş X9 atasının yanında saxlanmalıdır. Belə ki, həmin uşağın anası Cavabdeh yanında saxlanmasını və atası İddiaçı alınaraq anasına verilməsini qət edən Biləsuvar rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli 2(022)-257/2020 saylı qətnaməsinin çıxarılmasından artıq 3 il vaxt keçmişdir. Həmin qətnamə çıxarıldığı vaxt A.X.Məmmədlinin 6 yaşı olmuş, habelə qətnamə çıxarılanadək, yəni ata və anasının faktiki ər-arvad münasibətləri kəsildiyi və ayrı yaşamağa başladıqları vaxtdan (2019-cu ildən) o, atası İddiaçı yanında yaşamışdır. Yəni həmin uşaq kiçik yaşlarından bəri atası ilə dərin bağ qurmuş, 9 illik həyatının yarısından çoxusunu anası ilə sağlam ünsiyyət qurmadan yaşamışdır. A.X.Məmmədlinin yerinin dəyişdirilməsi və ya həmin məhkəmənin 02 noyabr 2020-ci il tarixli 2(022)-257/2020 saylı qətnaməsinin məcburi şəkildə icra edilərək, sonuncunun atasından alınaraq anasının himayəsinə verilməsi nəinki uşaq, hətta yetkinlik yaşına çatmış şəxsin psixologiyası üçün ağır travma ola bilər. Çünki həmin uşağın məhkəmə iclasında verdiyi izhatından da görmək olur ki, o, nə anasını, nə də bacılarına bağlıdır, ümümiyyətlə onlarla eyni evdə yaşamaq istəmir. Qanunvericiliyin tələb etdiyi kimi, yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələrinin onların qanunla qorunan ən yaxşı mənafelərinə uyğunluğu məsələsi, şübhəsiz ki, mübahisənin həlli istiqamətində əhəmiyyətli rol oynayır. Lakin məhkəmənin fikrincə, müstəsna hallar kateqoriyasına hazırkı mübahisədə olduğu kimi uşağın ümümiyyətlə, anasını və bacılarına bağlı olmaması, çox kiçik yaşlardan tamamilə fərqli bir mühitdə və ayrı insanlar dairəsində böyüməsini aid etmək olar. Barəsində mübahisə aparılan uşaqlardan biri olan X3 fiziki və psixi cəhətdən normal inkişafının təmin edilməsi məhkəmənin simasında dövlətin ən ümdə vəzifəsidir və dövlət hakimiyyəti orqanı kimi məhkəmə uşağın istəyi ilə yanaşı onun fiziki və əqli inkişafını da nəzərə alaraq, hesab edir ki, Aylin Məmmədlinin uzun illərdir ki öyrəşdiyi mühitdən və doğma bağ qurduğu insanlardan ayrılmasının sonuncunun mənafeyinə ziddir. Belə ki, yetkinlik yaşına çatmayan Aylin Məmmədlinin mənafeyi onun anası və bacıları ilə bağ qurması üçün atası İddiaçı alınıb tanımadığı insanlardan ibarət mühitdə yaşayan Cavabdeh himayəsinə verilməsindən üstündür. Bundan əlavə hüquq cəmiyyətdə yaranmış ictimai münasibətləri tənzimləyir və həmin ictimai münasibətlərin təbiətinə zidd olan, süni şəkildə implementasiya edilməyə çalışılan hüquq normaları funksionallığını zamanla itirməyə məcburdur. Mülki iş materiallarından da göründüyü kimi Biləsuvar rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli 2(022)-257/2020 saylı qətnaməsi X3 anası Cavabdeh yanında qalması və onun atası İddiaçı alınıb anasına verilməsi hissəsində artıq öz fünksionallığını itirmişdir. Çünki artıq həmin qətnamənin qəbul edilməsindən 3 il keçmiş və qətnamə həmin hissədə icra edilməmişdir. Məhkəmənin qəbul etdiyi qərarlar nizamladığı ictimai münasibətlərin təbiətinə uyğun olmalıdır və uzun müddət ərzində məhkəmənin qərarı icra edilə bilinmirsə, deməli, artıq öz funksionallığını və səmərəliliyini itirmişdir. Həmçinin İddiaçı cavabdehin hazırki evliliyi və əri barədə iddia ərizəsində ifadə etdiyi mülahizələrini təsdiq edən heç bir sübut məhkəməyə təqdim etmədiyinə görə məhkəmə hesab edir ki, iddiaçının cavabdehin ikinci evliliyi barədə iddiaları formal mülahizələrə söykənir və məhkəmə həmin mülahizələr əsasında mübahisənin həlli istiqamətində qərar qəbul edə bilməz. Belə ki, yuxarıda qeyd edilən xüsusatları nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı və Cavabdeh birgə nikahından Cavabdeh 17 iyul 2013-cü il tarixdə anadan olmuş X3 iddiaçıdan alınaraq, ona verilməsi barədə tələbi olmadığını nəzərə alaraq, həmin uşaq atası İddiaçı yanında saxlanmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Belə ki, iş materiallarında olan Biləsuvar rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli, 2(022)-275/2020 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh xeyrinə 03 oktyabr 2008-ci il tarixdə anadan olmuş X1, 09 fevral 2012-ci il tarixdə anadan olmuş X5 və 17 iyul 2013-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 85 manat, cəmi 255 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İddiaçı azaldılmış iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla cavabdehin birgə nikahlarından 17 iyul 2013-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Biləsuvar rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli, 2(022)- 275/2020 saylı qətnaməsi ilə qət edilmiş aliment öhdəçiliyinə xitam verilməsini də xahiş etmişdir. Beləliklə, iddiaçının xahişi tam təmin edildiyinə görə Biləsuvar rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli, 2(022)-275/2020 saylı qətnaməsi ilə 17 iyul 2013-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanmasına görə müəyyən edilmiş aliment öhdəçiliyinə xitam verilməlidir. Həmçinin İddiaçı Cavabdeh qarşı onların birgə nikahından doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün aliment tələbi olmamasını nəzərə alaraq, məhkəmə hesab edir ki, həmin uşağın saxlanması üçün Cavabdeh iddiaçının xeyrinə aliment tutulmasına ehtiyac yoxdur. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə isə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı və Cavabdeh birgə nikahından doğulmuş 17 iyul 2013-cü il təvəllüdlü A.X.Məmmədli atası İddiaçı yanında saxlanmalı və Biləsuvar rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli, 2(022)-275/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün sonuncudan Cavabdeh xeyrinə aliment tutulması öhdəçiliyinə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 238-253, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı tərəflərin birgə nikahından 17 iyul 2013-cü il tarixdə doğulmuş X3 iddiaçının yanında saxlanması və həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Biləsuvar rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli, 2(022)- 275/2020 saylı qətnaməsi ilə qət edilmiş aliment öhdəçiliyinə xitam verilməsi barədə iddiası təmin edilsin. İddiaçı və Cavabdeh birgə nikahlarından 17 iyul 2013-cü il tarixdə doğulmuş X3 atası İddiaçı yanında qalması müəyyən edilsin. İddiaçı Biləsuvar rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli, 2(022)-275/2020 saylı qətnaməsi ilə 17 iyul 2013-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanmasına görə müəyyən edilmiş aliment öhdəçiliyinə xitam verilsin. Qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə ondan Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №2(022)-119/2023
Biləsuvar Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(022)-119/2023
31.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver