Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1236/2025 19.08.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 21 yanvar 2007-ci il tarixdə doğulmuş Nihad və 17 may 2009-cu il tarixdə doğulmuş Ülvü adlı uşaqlarının saxlanması üçün hər ay sabit pul məbləğində hər uşağa 240 manat, cəmi 480 manat alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, o, Biləsuvar rayonunun Xırmandalı kəndində yaşayır. Cavabdeh ilə 2005-ci ildə faktiki nikah münasibətinə daxil olmuşdur. Rəsmi nikahlarını 22 iyun 2007-ci il tarixdə qeyd etdirmişdir. Birgə yaşadıqları illərdə, yəni 21 yanvar 2007-ci il tarixdə Nihad və 17 may 2009-cu il tarixdə Ülvü adlı uşaqları doğulmuşdur.Uzun müddətdir ki, cavabdeh onunla bütün əlaqələrini pozmaqla, nə ona baxır, nə də uşaqlarına. Çətin maddi durumdadır. Onun oğlu Nihad "Odlar Yurdu Universitetində" ödənişli əsasla oxuyur, illik ödənişini köçürsə də, qalma xərclərini ödəyə bilmir. Cavabdeh isə heç bir köməklik göstərmir. Hazırda özünün Beynəlxalq Banka 20 min manata yaxın borcu vardır. Bu pulları uşaqların təhsili ilə bağlı götürmüşdür.Cavabdeh müxtəlif işlərdə işləməklə qazancı normaldır. Odur ki, Cavabdeh 21 yanvar 2007-ci il tarixdə doğulmuş Nihad və 17 may 2009-cu il tarixdə doğulmuş Ülvü adlı uşaqlarının saxlanması üçün hər ay sabit pul məbləğində hər uşağa 240 manat, cəmi 480 manat alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə teleqram göndərərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini, uğaqlarından azyaşlı övladı üçün aliment ödəyəmə razı olduğunu, lakin 18 yaşı tamam olmuş övladına alimentin verilməsinə razı olmadığını bildirmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 02 iyul 2025-ci il tarixli № 05/Q-624/69 saylı nikah haqqında arayışdan görünür ki, Cavabdeh və İddiaçı nikahları 22 iyun 2007-ci il tarixdə Biləsuvar rayon Qeydiyyat Şöbəsi tərəfindən 151 nömrə ilə qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş 02 iyul 2025-ci il tarixli № 05/Q-623/69 saylı doğum haqqında arayışdan görünür ki, X4 xx.xx.2009-cu il tarixdə anadan olmuşdur. Uşağın ata adı qrafasında Cavabdeh, ana adı qrafasında isə İddiaçı qeyd olunmuşdur. İş materiallarında olan 02 iyul 2025-ci il tarixli № 05/Q-622/69 saylı doğum haqqında arayışdan görünür ki, X3 xx.xx.2007-ci il tarixdə anadan olmuşdur. Uşağın ata adı qrafasında Cavabdeh, ana adı qrafasında isə İddiaçı qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli MŞL/MT014/2025-00006 saylı arayışından görünür ki, Cavabdeh ilkin müdiasiya sessiyasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, mediasiya sessiaysında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikasının Qanununa" görə 2025-ci il üçün uşaqların yaşayış minimumu 246 (iki yüz qırx altı) manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinə görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 yanvar 2015-ci il tarixli qərarına görə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin “əmək qabiliyyəti olmayan” müddəası yetkinlik yaşına çatmış övladın bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi kimi başa düşülməlidir; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinin “və digər hallarda” müddəası əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidməti və ya müalicə ilə bu və ya digər şəkildə əlaqədar olan tibbi xidmətləri ehtiva edir; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinin “göstərilən kənar xidmət” müddəası birbaşa tibbi xidməti deyil, yetkinlik yaşına çatmış və maddi yardıma ehtiyacı olan övladlar üçün göstərilmiş və ya gələcəkdə göstərilməsi zəruri olan əlavə xidmətlərə görə xərcləri nəzərdə tutur. Beləliklə, məhkəmə işin faktiki hallarına və sadalanan qanunvericilik normalarına əsasən diqqətə çatdırır ki, Cavabdeh xx.xx.2007-ci ildə anadan olmuş X1 atasıdır, X3 “Odlar Yurdu” Universitetində ödənişli təhsil alır. Qeyd edilən hallar işin mübahisə edilməyən hallarıdır. Məhkəmə hesab edir ki, X1 ali təhsil alması zamanı atası Cavabdeh təhsil haqqının ödənilməsi zamanı əlavə xərclərin ödənilməsinə cəlb edilməsinə dair iddianın təmin edilməsi üçün qanuni əsas mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli qərarında eyni zamanda göstərilmişdir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Bunlarla yanaşı qeyd edilməlidir ki, hazırkı mübahisə üzrə iddianın təmin edilməməsi Cavabdeh məhkəmədən kənar qaydada X1 əlavə xərclərində iştirakını istisna etmir. Məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilməli, tərəflərin birgə yaşayışlarından xx.xx.2009-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay minimum əmək haqqı məbləğinin 0,5 (sıfır tam onda beş) misli miqdarında sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilməlidir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh ərizə ilə ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etdiyi üçün aliment həmin vaxtdan tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı Cavabdeh ilə birgə nikahlarından 17 may 2009-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmasından ötrü hər ay sonrakı artımlar nəzərə alınmaqla minimum aylıq əmək haqqı məbləğinin 0,5 (sıfır tam onda beş) misli miqdarında sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilsin. Alimentin tutulması xx.xx.2025-ci il tarixdən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apellyasiya şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(022)-1236/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1236/2025
19.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver