Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1265/2023 21.11.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2010-cu il tarixdə doğulmuş X6 və xx.xx.2014-cü il tarixdə doğulmuş X7 adlı övladlarının yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdehdən hər ay üçün sabit pul məbləğində 220 manat alimentin tutulmasına barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, cavabdehlə xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2010-cu il tarixdə X6 və xx.xx.2014-cü il tarixdə X7 adlı övladların doğulmuşlar. Onun qızı Nərminin atalığı müəyyən edilmişdir. O, cavabdehlə birgə yaşasa da, artıq xeyli vaxtdır övladları ilə maraqlanmır.Cavabdehlə aralarında bağılanmış nikahın pozulmasını istəmir.Yalnız cavabdehdən uşaqlarının saxlanılması üçün aliment tələb edir.Odur ki, iddiasının təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Nəcəfova X3 rayon Amankənd kəndində qeydiyyatdadıır. Biləsuvar RİHB-nin Əsgərabad kənd İzibati Ərazi Dairəsi Üzrə Nümayəndliyinin xx.xx.2023-cü il tarixli 5-39-18/2-786/2023 saylı arayışından görünür ki, Nəcəfova X3 rayonu Əsgərabad kəndində yaşayır. İş materiallarında olan 15 sentyabr 2023-cü il tarixli № Q-1448/69 saylı arayışdan görünür ki, Cavabdeh və İddiaçı nikahları 28 oktyabr 2010-cu il tarixdə Biləsuvar rayon Qeydiyyat şöbəsi tərəfindən 350 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan 13 sentyabr 2023-cü il tarixli № 05/Q-1449/69 saylı arayışdan görünür ki, X6 xx.xx.2010-cu il tarixdə anadan olmuşdur. Uşağın ata adı qrafasında Cavabdeh, ana adı qrafasında isə İddiaçı qeyd olunmuşdur. İş materiallarında olan 13 sentyabr 2023-cü il tarixli № 05/Q-1450/69 saylı arayışdan görünür ki, X6 xx.xx.2010-cu il tarixdə anadan olmuşdur. xx.xx.2010-cu il tarixdə barəsində Biləsuvar rayon Qeydiyyat şöbəsi tərəfindən 257 nömrəli atalığın müəyyən edilməsi haqqında akt qeydi tərtib edilmişdir. Uşağın ata adı qrafasında Cavabdeh, ana adı qrafasında isə İddiaçı qeyd olunmuşdur. İş materiallarında olan 13 sentyabr 2023-cü il tarixli № 05/Q-1451/69 saylı arayışdan görünür ki, X7 xx.xx.2015-ci il tarixdə anadan olmuşdur. Uşağın ata adı qrafasında Cavabdeh, ana adı qrafasında isə İddiaçı qeyd olunmuşdur. Elektron informasiya sistemindən əldə olunmuş məlumatdan görünür ki, Cavabdeh X2 idarəsində mexanik vəzifəsində çalışır və aylıq əmək haqqı 476 manatdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli MŞL/MT014/2023-02246 saylı Mediasiya Şurasının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasının saatı və yeri barədə əvvəlcədən poçt vasitəsilə məlumatlanmışdır. Həmçinin İddiaçı 55 manat məbləğində mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2023-cü ildə yaşayış minimumu haqqında» 09 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa görə 2023-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Beləliklə, məhkəmə işin faktiki hallarını hərtərəfli və tam şəkildə araşdıraraq, iddiaçı ilə yanaşı cavabdehin da uşağı saxlamaq vəzifəsini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2010-cu il tarixdə doğulmuş X6 və xx.xx.2014-cü il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay cavabdehin qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi ( 1/3 hissəsi ) və hər bir uşağa görə hər ay 50 manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. AM-in 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh ərizə ilə ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etdiyi üçün aliment həmin vaxtdan tutulmalıdır. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Ona görə də məhkəmə hesab edir ki, iddia ərizəsi verilərkən mediasiya üçün xərclənmiş pul vəsaitinin bir hissəsinin əvəzi qismində 45 manat məbləğində pul vəsaiti cavabdehdən alınıb iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2010-cu il tarixdə doğulmuş X1 və xx.xx.2014-cü il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi (1/3 hissəsi ) və hər bir uşağa görə hər ay 50 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Alimentin tutulması xx.xx.2023-cü il tarixdən müəyyən edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə alimentin tutulması hissədində dərhal icra edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(022)-1265/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1265/2023
21.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver