Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-1268/2023 02.10.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi ilə, məsləhətçi (iclas katibi) X6 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı Biləsuvar Rayon Məhkəməsinin 04 noyabr 2019-cu il tarixli, 2(022)-598/2019 saylı qətnaməsinə əsasən təyin edilmiş alimentin miqdarının azaldılaraq, ondan cavabdehlə birgə nikahlarından 28 iyun 2013-cü il tarixdə anadan olmuş X2 və 31 mart 2015-ci il tarixdə anadan olmuş X1 üçün hər ay əmək haqqının 3/1 hissəsi miqdarında aliment tutulması və mediyasiya şürasına ödənilmiş dövlət rüsumunun əvəzi qismində 55 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: 27 sentyabr 2023-cü il tarixdə İddiaçı Cavabdeh qarşı Biləsuvar Rayon Məhkəməsinin 04 noyabr 2019-cu il tarixli, 2(022)-598/2019 saylı qətnaməsinə əsasən təyin edilmiş alimentin miqdarının azaldılaraq, ondan cavabdehlə birgə nikahlarından 28 iyun 2013-cü il tarixdə anadan olmuş X2 və 31 mart 2015-ci il tarixdə anadan olmuş X1 üçün hər ay əmək haqqının 3/1 hissəsi miqdarında aliment tutulması və mediyasiya şürasına ödənilmiş dövlət rüsumunun əvəzi qismində 55 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi məhkəməyə daxil olmuşdur. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək, hesab edir ki, iddia ərizəsi geri qaytarılmaıldır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 150.0.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 112.1.6-ci maddəsinə görə ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə görə isə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu tutulur. Lakin məhkəməyə daxil olmuş iddia ərizəsinə yalnız mediyasiya sesiyasında iştirak etmək üçün mediyasiya təşkilatın ödənilmiş 55 manat məbləğində dövlət rüsumunun ödənilməsi haqqında qəbz əlavə edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, mediyasiya sesiyasında iştirak etmək üçün mediyasiya təşkilatın ödənilmiş 55 manat məbləğində dövlət rüsumunu məhkəmədə iddia qaldırıması üçün ödənilmiş dövlət rüsumu kimi hesab edilə bilməz və iddiaçı məhkəmə qətnaməsi ilə tutulması müəyyən edilmiş alimentin məbləğinin azaldılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, Azərbaycan Respublikası MPM-nin 112.1.6-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddələri ilə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə qəbzi iddia ərizəsinə əlavə etməlidir. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı Biləsuvar Rayon Məhkəməsinin 04 noyabr 2019-cu il tarixli, 2(022)-598/2019 saylı qətnaməsinə əsasən təyin edilmiş alimentin miqdarının azaldılaraq, ondan cavabdehlə birgə nikahlarından 28 iyun 2013-cü il tarixdə anadan olmuş X2 və 31 mart 2015-ci il tarixdə anadan olmuş X1 üçün hər ay əmək haqqının 3/1 hissəsi miqdarında aliment tutulması və mediyasiya şürasına ödənilmiş dövlət rüsumunun əvəzi qismində 55 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah edilsin ki, nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №2(022)-1268/2023
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-1268/2023
02.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver