Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1276/2025 21.08.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı nümayəndəsi vəkil X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2024-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 240 (iki yüz qırx ) manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə ailə qurmuş və nikahları rəsmi olaraq qeydiyyata alınmamışdır. Cavabdehlə birgə nikahdan xx.xx.2024-cü il tarixdə X5 anadan olmuşdur. Əvvəllər ailədə münasibətləri səmimi və mehriban olmuşdur. Sonradan xasiyyətləri uyğun gəlmədiyindən münasibətləri pozulmuşdur. Artıq onlar ayrı yaşayırlar. Uşaq onun yanındadır. Onların birgə yaşamaları və təsərrüfatı birgə idarə etmələri mümkün deyildir. X7iuna doğum haqqında şəhadətnamə verilərkən ata və ana arasında rəsmi nikah qeydi olmadığından cavabdehin ərizəsi əsasında atalıq müəyyən edilmişdir. Qeyd etdiyi kimi onlar ayrı-ayrılıqda yaşayırlar. O, uşağı ilə birlikdə Biləsuvar rayonu Aşağı Cürəli kəndində atasına məxsus evdə, cavabdeh isə Biləsuvar rayonu Xırmandalı kəndində yaşayır. xx.xx.2024-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılmasından ötəri cavabdehdən aliment ödəməsini istəyir. Odur ki, xx.xx.2024-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 240 (iki yüz qırx ) manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi vəkil X6 məhkəmıə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəməyə etiraz ərizəsi göndərərək göstərmişdir ki, İddiaçı birgə nikahlarından xx.xx.2024-cü il təvəllüdlü X4 240 manat aliment tələb edir.O, valideyn olaraq uşağının normal böyüməsini, inkişaf etməsini və tərbiyyə almasını istəyir.Lakin faktiki olaraq o, özündən asılı olmayan üzürlü səbəblərdən heç bir sahədə işləyə bilmir.Belə ki, İİ qrup əlildir, əmək qabiliyyətsizdir və dövlət tərəfindən buna görə cəmi 250 (iki yüz əlli) manat müavinət alır, maddi durumu və sağlamlığı ağır vəziyyətdədir. O, İİ qrup əlilliyə görə aldığı 250 manat müavinət özünün həyatda qalmasına və müalicəsi üçün dərmanlarına bəzən heç çatmır. Dövlətin ona verdiyi 250 manat müavinətin dəstəyi ilə bu həyatda sağ qalır. Bəzən heç dərmanlarına pul çatmır.Hazırda ölkə üzrə əhalinin əsas sosial-demoqrafık qrupları üzrə yaşayış minimumunun məbləği 2025-ci il üçün 285 manat olduğu bir halda o, faktiki olaraq 250 manat müavinət alır. Göründüyü kimi o, hazırda yaşayış minimumunun məbləğindən aşağı səviyyədə pul alır. Başqa heç bir yerdən gəliri yoxdur. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzi elektron sistemindən verilmiş xx.xx.2025-ci il tarixli (xəstalik sənədinə) çıxarışa əsasən, onun İİ qrup əlil olaraq əmək qabiliyyətsiz olduğu öz təsdiqini tapır.Eyni zamanda AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzi elektron sistemindən verilmiş xx.xx.2025-ci il tarixli digər sənədə əsasən dövlət ona İİ qrup əlilliyə görə 250 manat müavinət verilməsi öz əksini tapmışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məlumat vermədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İV № 986871 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2024-cü il tarixdə anadan olmuşdur. Uşağın ata adı qrafasında Cavabdeh, ana adı qrafasında isə İddiaçı qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli MŞL/MT014/2025-00020 saylı arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, mediasiya sessiaysında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sesiyasında iştirak emiş, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhakinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemi əlilliyin qiymətləndirilməsinin nəticəsinə dair arayışından görünür ki, Cavabdeh xx.xx.2007-ci il tarixdən müddətsiz İİ dərəcəli əlillik dərəcəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhakinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemindən əldə olunmuş sosial müavinat və təqaüd haqqında arayışdan görünür ki, Cavabdeh İİ qrup əlil olmaqla 250 manat əlilliyə görə müavinət (ümumi xəstəlik) təyin edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikasının Qanununa" görə 2025-ci il üçün uşaqların yaşayış minimumu 246 (iki yüz qırx altı) manat müəyyən edilmişdir. Məhkəmə işin qeyd olunan hallarını nəzərə alaraq belə hesab edir ki, iddia qismən təmin olunmalı, tərəflərin birgə nikahlarından xx.xx.2024-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay minimum əmək haqqı məbləğinin 0,2 (sıfır tam onda iki) misli miqdarında sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilməlidir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh ərizə ilə ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etdiyi üçün aliment həmin vaxtdan tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı Cavabdeh ilə birgə nikahlarından xx.xx.2024-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılmasından ötrü hər ay sonrakı artımlar nəzərə alınmaqla minimum aylıq əmək haqqı məbləğinin 0,2 (sıfır tam onda iki) misli miqdarında sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilsin. Alimentin tutulması xx.xx.2025-ci il tarixdən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apellyasiya şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(022)-1276/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1276/2025
21.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver