Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Biləsuvar rayonu İş № 2(022)-1303/2023 06.10.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X2, ünvan 1 ünvanında yerləşən Kreditor Biləsuvar rayonu Çaylı kəndində yaşayan, xx.xx.1995-ci il tarixdə Biləsuvar rayonunda anadan Borclu qarşı pul tələbi barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM: Kreditorun məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, kreditor Nərimanov X1 şəhərində elektro texnika və məişət əşyaları məhsulların satışını həyata keçirir. Biləsuvar rayonu Çaylı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Borclu ilə aralarında bağlanmış 14 yanvar 2023-cü il tarixli, 1437 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən Borclu qızna “Neos’! markalı televizoru satmağı, Borclu isə 50 manat məbləğində ilkin ödəniş etdikdən sonra, hissə-hissə ödəmək şərti ilə 2023-cü ilin fevral ayından 2024-cü ilin aprel ayınadək, hər ayın 14-də, ayda 37 manat olmaqla, ümumilikdə 555 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. kreditor öhdəliklərini icra etməklə Borclu “Neos” markalı televizoru satmağına baxmayaraq, Borclu hər ay razılaşdırılmış məbləğdə pulu tam ödəməmiş, ümumi borcundan cəmi 111 manat ödəniş etmiş, öhdəliklərin yerinə yetirilməsindən birtərəfli olaraq imtina etmişdir. Beləliklə Borclu əsas borc üzrə 444 manat, cərimə borcu üzrə 50 manat məbləğində borc pulun alınıb kreditora verilməsi haqqında məhkəmə əmri qəbul edilməsini xahiş etmişdir. Ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, Kreditor borcun tutulması tələbi aşkardır. Həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə və sadə yazılı formada bağlanmış əqdə əsaslanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 276-cı maddəsinə əsasən məhkəmə əmri verilə bilər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli BBLK 001437 saylı nisyə alqı-satış müqaviləsindən və satılmış məhsulların təhvil-təslim olunması haqqında Əlavə 3 Aktından görünür ki, Kreditor NEOS markalı, 40N50000 SADƏ modelli, dəyəri 605 (altı yüz beş) manat olan televizoru borcluya 15 ay müddətinə hər ay 37 manat ödəmək şərti ilə 50 manat ilkin ödəniş etməklə 605 manata satmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. MM-in 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Kreditor məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 100 manat məbləğində pul vəsaiti də borcludan kreditorun xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 275, 276, 280-282. və 284-cü maddələrini rəhbər tutaraq ƏMR ETDİM: Biləsuvar rayonu Çaylı kəndində yaşayan, xx.xx.1995-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş Borclu Kreditor xeyrinə əsas borc olaraq 444 (dörd yüz qırx dörd) manat, cərimə borcu olaraq 50 (əlli) manat, cəmi 494 (dörd yüz doxsan dörd) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 (yüz) manat məbləğində pul vəsaiti tutulsun. Borclu məhkəmə əmrinin aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı Biləsuvar Rayon Məhkəməsini yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Məhkəmə əmri icra sənədi hesab edilir. X4
Məhkəmə qərarları › İş №2(022)-1303/2023
Biləsuvar Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(022)-1303/2023
06.10.2023 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver