Məhkəmə qərarları › İş №2(022)-1311/2025

Biləsuvar Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(022)-1311/2025

17.07.2025 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Biləsuvar rayonu İş № 2(022)-1311/2025 17.07.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X2, Kreditor Biləsuvar rayonu Xırmandalı kəndində yaşayan, xx.xx.1981-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş X3 qarşı pul tələbi barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM: Kreditorun məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, o, Biləsuvar şəhərində yaşayır. Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyatdan keçməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olur və buna dair VOEN-ni də vardır. Əsasən o,məişət əşyalarının satışı ilə məşğul olur. 2025-ci ilin yanvar ayının 27-də cavabdeh onunla malın nisyə alqı-satqısına dair müqavilə bağlamaqla ondan cəmi dəyəri 5 min manat olan LG markalı soyuducu, Samsunq Markalı televizor və LG Markalı paltaryuyanı nisyə almışdır. Aralarında tərtib edilmiş ödəmə cədvəlinə əsasən cavabdeh hər ay, yəni 12 ay müddətinə 159 manat pulu ödəməyi öhdəsinə götürmüşdür. İlkin ödəniş kimi cavabdeh 100 manat ödədikdən sonra ümumiyyətlə götürdüyü malın pulunu ödəməmişdir. Dəfələrlə cavabdehdən ödənişləri tələb etsə də borcunu ödəməmişdir. Aralarında olan müqavilələrə görə cavabdeh hər gecikdirilən günə görə ona ödənilməyən məbləğin 0,1 faizi pul ödəməli idi. Hazırda cavabdeh müqavilə üzrə 5 aydır ki, yəni 150 gündür borcu gecikdirir və ödəmir. Ödənilməyən məbləğ 4900 manat, 0,1 faizi 4 manat 90 qəpik edir. Hazırda onun müqavilə üzrə gecikdərməyə görə, yəni 150 günə görə 735 manat təşkil edir. Odur ki, cavabdeh Borclu nisyə aldığı mallara görə borclu olduğu əsas borcuna görə 4900 manat, gecikdirilmiş müddət üzrə dəbbə borcuna görə 300 manat, dövlət rüsumuna görə 100 manat olmaqla, cəmi 5300 manat pulun alınaraq ona verilməsinə dair əmr çıxarılmasını xahiş etmişdir. Ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, Kreditor borcun tutulması tələbi aşkardır. Həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə və sadə yazılı formada bağlanmış əqdə əsaslanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 276-cı maddəsinə əsasən məhkəmə əmri verilə bilər. İş materiallarında olan 27 yanvar 2025-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, kreditor borcluya LG markalı soyuducu, Samsunq Markalı televizor və LG Markalı paltaryuyanı 5000 manata 12 ay müddətinə hər ay 409 manat ödəmək şərtilə satmış, borclu isə həmin LG markalı soyuducu, Samsunq Markalı televizor və LG Markalı paltaryuyan üçün 12 ay müddətinə hər ay 409 manat borcunu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 275, 276, 280-282 və 284-cü maddələrini rəhbər tutaraq Ə M R E T D İ M: Borclu Biləsuvar rayonu Xırmandalı kəndində yaşayan, xx.xx.1981-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş X1 Kreditor xeyrinə 27 yanvar 2025-ci il tarixli alqısatqı müqaviləsinə əsasən LG markalı soyuducu, Samsunq markalı televizor və LG markalı paltaryuyana görə əsas borc üzrə 4900 (dörd min doqquz yüz) manat, gecikdirilmiş müddət üzrə dəbbə borcuna görə 300 (üç yüz) manat, dövlət rüsumuna görə 100 (yüz) manat olmaqla, cəmi 5300 (beş min üç yüz) manat pul vəsaiti tutulsun. Borclu məhkəmə əmrinin aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı Biləsuvar Rayon Məhkəməsini yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Məhkəmə əmri icra sənədi hesab edilir. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar