Məhkəmə qərarları › İş №2(022)-1329/2025

Biləsuvar Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(022)-1329/2025

22.07.2025 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Biləsuvar rayonu İş № 2(022)-1329/2025 22.07.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X1, Kreditor Biləsuvar rayonu Nəsimi kəndində yaşayan, xx.xx.1992-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş Borclu qarşı pul tələbi barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM: Kreditorun məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, o, Biləsuvar şəhərində yaşayır. Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyatdan keçməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olur və buna dair VOEN-ni də vardır. Əsasən o,məişət əşyalarının satışı ilə məşğul olur. 2024-cü ilin iyun ayının 16-da cavabdeh onunla malın nisyə alqı-satqısına dair müqavilə bağlamaqla ondan 1950 manat dəyərində X4 кondisioneri nisyə almışdır. Aralarında tərtib edilmiş ödəmə cədvəlinə əsasən cavabdeh hər ay, yəni 12 ay müddətinə 159 manat pulu ödəməyi öhdəsinə götürmüşdür. İlkin ödəniş kimi cavabdeh 50 manat ödədikdən sonra ümumiyyətlə götürdüyü malın pulunu ödəməмишдир. Dəfələrlə cavabdehdən ödənişləri tələb etsə də pulu ödəməmişdir. Aralarında olan müqaviləйя görə cavabdeh hər gecikdirilən günə görə ona ödənilməyən məbləğin 0,1 faizi pul ödəməli idi. Hazırda cavabdeh müqavilə üzrə 12 aydır ki, yəni 360 gün borcu gecikdirir və borcunu ödəmir. Ödənilməyən məbləğ 1900 manat, 0,1 faizi 1 manat 90 qəpik edir. Hazırda onun müqavilə üzrə gecikdərməyə görə, yəni 360 günə 684 manat təşkil edir. Odur ki, cavabdeh Borclu nisyə aldığı mala görə borclu olduğu əsas borcuna görə 1900 manat, gecikdirilmiş müddət üzrə dəbbə borcuna görə 300 manat, dövlət rüsumuna görə 100 manat olmaqla, cəmi 2300 manat pulun alınaraq ona verilməsinə dair əmr çıxarılmasını xahiş etmişdir. Ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, Kreditor borcun tutulması tələbi aşkardır. Həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə və sadə yazılı formada bağlanmış əqdə əsaslanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 276-cı maddəsinə əsasən məhkəmə əmri verilə bilər. İş materiallarında olan 16 iyun 2024-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, kreditor borcluya X4 кondisioneri 1950 manata 12 ay müddətinə hər ay 159 manat ödəmək şərtilə satmış, borclu isə həmin X4 кondisioner üçün 12 ay müddətinə hər ay 159 manat borcunu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 275, 276, 280-282 və 284-cü maddələrini rəhbər tutaraq Ə M R E T D İ M: Borclu Biləsuvar rayonu Nəsimi kəndində yaşayan, xx.xx.1992-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş Borclu Kreditor xeyrinə 16 iyun 2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X4 кondisionerə görə əsas borc üzrə 1900 (min doqquz yüz) manat, gecikdirilmiş müddət üzrə dəbbə borcuna görə 300 (üç yüz) manat, dövlət rüsumuna görə 100 (yüz) manat olmaqla, cəmi 2300 (iki min üç yüz) manat pul vəsaiti tutulsun. Borclu məhkəmə əmrinin aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı Biləsuvar Rayon Məhkəməsini yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Məhkəmə əmri icra sənədi hesab edilir. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar