Məhkəmə qərarları › İş №2(022)-1355/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1355/2025

28.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1355/2025 28.08.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı Adışirin qızının, Cavabdeh iştirakları ilə, İddiaçı Adışirin qızının Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Adışirin qızı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2005-ci ildə anadan olmuş X1, xx.xx.2007-ci il tarixdə anadan olmuş X3, xx.xx.2013-cü il tarixdə anadan olmuş X2 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər uşaq üçün hər ay 60 manat, minimum əmək haqqının 0,15 misli, 4 uğaşa görə 240 manat alimentin Cavabdeh alənarsaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Adışirin qızı məhkəmədə izahatında göstərmişdir ki, el adəti üzrə Cavabdehla evlənərək, 23 may 2006-ci il tarixdə nikahları Biləsuvar rayon Zəhmətabad kənd İcra nümayəndəliyində 11 nömrə ilə qeyd edilmişdir. Birgəyaşayış dövründə xx.xx.2005-ci ildə Məsumə, xx.xx.2007-ci İl tarixdə Hüseyn, xx.xx.2013-cü il tarixdə Zeynəb və xx.xx.2015-ci il tarixdə isə Həsən adlı uşaqları anadan olmuşdur.Biləsuvar rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(022)-518/2022 nömrəli qətanməsinə əsasən nikahları pozulmuş, xx.xx.2005-ci ildə anadan olmuş X1, xx.xx.2007-ci il tarixdə anadan olmuş X3, xx.xx.2013-cü il tarixdə anadan olmuş X2 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X4 onun yanında saxlanılması müəyyən edimişdir. İşə baxılarkən ərizəsinə əsasən aliment kəsilməmişdir. Hazırda isə aliment tələb etməyə zərurət yaranmışdır. 2025-ci ildə minimum əmək haqqı 400 manat müəyyən edilmişdir. Buna görə də ölkə üzrə uşaqların minimum yaşayış səviyyəsi nəzərə alınmaqla aliment ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul edərək göstərmişdir ki, o, hazırda övladlarının saxlanmasında iştirak etməklə iddiaçıya 300 (üç yüz) manatadək aliment ödəməyə razıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan AZ-İİİ № 600118 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2015-ci il tarixdə anadan olmuşdur. Uşağın ata adı qrafasında Cavabdeh, ana adı qrafasında isə İddiaçı Adışirin qızı qeyd olunmuşdur. İş materiallarında olan AZ-İİİ № 156311 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2013-cü il tarixdə anadan olmuşdur. Uşağın ata adı qrafasında Cavabdeh, ana adı qrafasında isə İddiaçı Adışirin qızı qeyd olunmuşdur. İş materiallarında olan AZ-İ № 920907 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2007-ci il tarixdə anadan olmuşdur. Uşağın ata adı qrafasında Cavabdeh, ana adı qrafasında isə İddiaçı Adışirin qızı qeyd olunmuşdur. İş materiallarında olan AZ-İ № 408334 saylı X9 Şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı Adışirin qızının nikahları Biləsuvar rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. İş materiallarında olan Biləsuvar rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(022)- 518/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı Adışirin qızının iddiası təmin edilmiş, İddiaçı Adışirin qızı ilə Cavabdeh arasında 23 may 2006-cı il tarixdə Biləsuvar Rayon icra Hakimiyyəti Başçısının Zəhmətabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 11 nömrəsi ilə qeyd edilmiş nikahın pozulması, 09 oktyabr 2005-ci ildə anadan olmuş X1, 28 yanvar 2007-ci ildə anadan olmuş X3, 22 avqust 2013-cü ildə andan olmuş X2 və 22 avqust 2015-ci ildə andan olmuş X4 İddiaçı Adışirin qızının yanında qalmları müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli MŞB/MT057/2025-00042 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirə bilməməsi barədə arayışından görünür ki, tərəflər mediasiya sessiyasında iştirak etməmişlər. İddiaçı Adışirin qızı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarına əlavə olunmuş məlumatların elektron sorğulama tarixindən görünür ki, Cavabdeh “DOST İŞ MƏRKƏZİ” məhdud məsuliyyətli cəmiyyətində sosial işçi işləməklə, aylıq əmək haqqı 400.0 manatdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. AM-in 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də, məhkəmə hesab edir ki, cavabdeh ərizə ilə ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etdiyi üçün aliment həmin vaxtdan tutulmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrdən görünür ki, X6 xx.xx.2007-ci il tarixdə və X5 09 oktyabr 2005-ci ildə anadan olmuşlar. Göründüyü kimi hər iki uşaq artıq yetkinlik yaşına çatmışlar. Beləliklə, məhkəmə iddiaçı ilə yanaşı cavabdehin də uşağı saxlamaq vəzifəsini, uşaqlar üçün yaşayış minimumunun məbləğini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, tərəflərin birgə nikahından xx.xx.2013-cü il tarixdə anadan olmuş X2 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün xx.xx.2025-ci il tarixdən hesablanmaqla cavabdehin qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi və hər ay hər bir uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla minimum əmək haqqı məbləğinin 0,19 misli miqdarında sabit pul məbləğində aliment Cavabdeh İddiaçı Adışirin qızının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı Adışirin qızının Cavabdeh ilə birgə nikahlarından 22 avqust 2013-cü il tarixdə anadan olmuş X2 və 22 avqust 2015-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün Cavabdeh qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi (1/3 hissəsi) və hər ay hər bir uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla minimum əmək haqqı məbləğinin 0,19 misli miqdarında sabit pul məbləğində aliment İddiaçı Adışirin qızının xeyrinə tutulsun. Alimentin tutulması xx.xx.2025-ci il tarixdən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apellyasiya şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar