Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Biləsuvar rayonu İş № 2(022)-1372/2025 29.07.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X1, Kreditor Biləsuvar rayonu, Bəydili kəndi, M.Hüseyn küçəsi, ev 11-də yaşayan, xx.xx.1981-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş Borclu qarşı pul tələbi barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM: Kreditorun məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, o, Biləsuvar şəhərində yaşayır. Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyatdan keçməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olur və buna dair VOEN-ni də vardır. Əsasən o,məişət əşyalarının satışı ilə məşğul olur. 2024-cü ilin mart ayının 15-də cavabdeh onunla malın nisyə alqı-satqısına dair müqavilə bağlamaqla ondan 1400 manat dəyərində "QUİCKS" Markalı paltaryuyanı nisyə alмышдыр. Aralarında tərtib edilmiş ödəmə cədvəlinə əsasən cavabdeh hər ay, yəni 12 ay müddətinə 117 manat pulu ödəməyi öhdəsinə götürмцшдцр. Lakin cavabdeh malı nisyə aldıqdan sonra ümumiyyətlə götürdüyü malın pulunu ödəməмишдир. Dəfələrlə cavabdehdən ödənişləri tələb etsə də pulu ödəməmişdir. Bundan başqa, 2025-ci ilin aprel ayının 05-də cavabdeh onunla malın nisyə alqısatqısına dair müqavilə bağlamaqla ondan 1500 manat dəyərində "Samsunq" Markalı televizoru nisyə alмышдыр. Aralarında tərtib edilmiş ödəmə cədvəlinə əsasən cavabdeh hər ay, yəni 12 ay müddətinə 125 manat pulu ödəməyi öhdəsinə götürмцшдцр. Lakin cavabdeh malı nisyə aldıqdan sonra ümumiyyətlə götürdüyü malın pulunu ödəməмишдир. Dəfələrlə cavabdehdən ödənişləri tələb etsə də pulu ödəməmişdir. Aralarında olan müqavilələrə görə cavabdeh hər gecikdirilən günə görə ona ödənilməyən məbləğin 0,1 faizi pul ödəməli idi. Hazırda cavabdeh 1-ci müqavilə üzrə, yəni 1400 manat dəyərində "QUİCKS" Markalı paltaryuyanla bağlı 15 aydır ki, yəni 440 gündür borcu gecikdirir və borcunu ödəmir. Ödənilməyən məbləğ 1400 manat, 0,1 faizi 1 manat 40 qəpik edir. Hazırda onun müqavilə üzrə gecikdərməyə görə, yəni 440 günə görə 616 manat təşkil edir. Cavabdehlə bağlanmış 1500 manat dəyərində "Samsunq" Markalı televizorla bağlı müqavilə üzrə 14 aydır ki, yəni 410 gündür borcu gecikdirir və borcunu ödəmir. Ödənilməyən məbləğ 1500 manat, 0,1 faizi 1 manat 50 qəpik edir. Hazırda onun müqavilə üzrə gecikdərməyə görə, yəni 410 günə görə 615 manat təşkil edir. Odur ki, cavabdeh Borclu nisyə aldığı, birinci müqavilə üzrə, yəni 1400 manat dəyərində "QUİCKS" Markalı paltaryuyana görə borclu olduğu əsas borcuna görə 1400 manat, gecikdirilmiş müddət üzrə dəbbə borcuna görə 75 manat, 2-ci müqavilə üzrə, yəni 1500 manat dəyərində "Samsunq" Markalı televizorla bağlı əsas borcuna görə 1500 manat, gecikdirilmiş müddət üzrə dəbbə borcuna görə 75 manat, cəmi 2 müqavilə üzrə əsas borca görə 2900 manat, dəbbə borclarına görə 2 müqavilə üzrə cəmi 150 manat olmaqla, dövlət rüsumuna görə ödənilmiş 100 manat olmaqla, ümumilikdə 3150 (üç min yüz əlli) manat pulun alınaraq ona verilməsinə dair əmr çıxarılmasını xahiş etmişdir. Ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, Kreditor borcun tutulması tələbi aşkardır. Həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə və sadə yazılı formada bağlanmış əqdə əsaslanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 276-cı maddəsinə əsasən məhkəmə əmri verilə bilər. İş materiallarında olan 15 mart 2024-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, kreditor borcluya "QUİCKS" Markalı paltaryuyanı 1400 manata 12 ay müddətinə hər ay 117 manat ödəmək şərtilə satmış, borclu isə həmin "QUİCKS" Markalı paltaryuyan üçün 12 ay müddətinə hər ay 117 manat, 05 aprel 2025-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, kreditor borcluya "Samsunq" Markalı televizoru 1500 manata 12 ay müddətinə hər ay 125 manat ödəmək şərtilə satmış, borclu isə həmin "Samsunq" Markalı televizor üçün 12 ay müddətinə hər ay 125 manat borcunu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 275, 276, 280-282 və 284-cü maddələrini rəhbər tutaraq Ə M R E T D İ M: Borclu Biləsuvar rayonu, Bəydili kəndi, M.Hüseyn küçəsi, ev 11-də yaşayan, xx.xx.1981-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş Borclu Kreditor xeyrinə 15 mart 2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən 1400 manat dəyərində "QUİCKS" Markalı paltaryuyana görə borclu olduğu əsas borcuna görə 1400 manat, gecikdirilmiş müddət üzrə dəbbə borcuna görə 75 manat, 05 aprel 2025-ci il tarixli alqı-satqı müqaviləsi üzrə, yəni 1500 manat dəyərində "Samsunq" Markalı televizorla bağlı əsas borcuna görə 1500 manat, gecikdirilmiş müddət üzrə dəbbə borcuna görə 75 manat, cəmi ики müqavilə üzrə əsas borca görə 2900 manat, dəbbə borclarına görə cəmi 150 manat olmaqla, dövlət rüsumuna görə ödənilmiş 100 manat olmaqla, ümumilikdə 3150 (üç min yüz əlli) manat pul vəsaiti tutulsun. Borclu məhkəmə əmrinin aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı Biləsuvar Rayon Məhkəməsini yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Məhkəmə əmri icra sənədi hesab edilir. X3
Məhkəmə qərarları › İş №2(022)-1372/2025
Biləsuvar Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(022)-1372/2025
29.07.2025 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver