Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-140/2024 25.01.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X17 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı tərəflərin birgə nikahlarından 20 yanvar 2012-ci il tarixdə doğulmuş X6, 20 sentyabr 2014-cü il tarixdə doğulmuş X9 və 16 noyabr 2018-ci il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 80 manat, cəmi 240 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: 28 noyabr 2023-cü il tarixdə İddiaçı Cavabdeh qarşı tərəflərin birgə nikahlarından 20 yanvar 2012-ci il tarixdə doğulmuş X6, 20 sentyabr 2014-cü il tarixdə doğulmuş X9 və 16 noyabr 2018-ci il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 220 manat, cəmi 660 manat sabit pul məbləğində alimentin və ilkin mediasiya sessiyasında iştirakla bağlı çəkilmiş xərcin əvəzi qismində 55 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılması dövründə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdehin birgə nikahlarından 20 yanvar 2012-ci il tarixdə doğulmuş X6, 20 sentyabr 2014-cü il tarixdə doğulmuş X9 və 16 noyabr 2018-ci il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 80 manat, cəmi 240 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında dəqiqləşdirilmiş iddia tələbini müdafiə edərək, göstərdi ki, o və Cavabdeh el adəti üzrə toy edib, faktiki nikaha daxil olmuş, daha sonra isə onlar nikahlarını qeydiyyat orqanında qeydə aldırmışlar. Cavabdehlə onun birgə nikahından 3 uşağı doğulmuşlar. Onların münasibətləri ilk vaxtlar normal olsa da, sonradan pisləşmiş və məhkəmə qərarı əsasnında onlar arasında bağlanmış nikah pozulmuşdur. O, həmin məhkəmə qətnaməsi çıxarıldığı vaxt Cavabdeh həmin uşaqların saxlanmaları üçün aliment tələb etməmişdir. Buna səbəb isə cavabdehin anasını hər ay mütəmadi olaraq ona və uşaqlarına maddi yardım göstərməsi olmuşdur. Cavabdeh hazırda Rusiya Federasiyasında yaşayır və həmin şəxsin valideynlərinin sözlərinə görə cavabdeh həmin ölkədə cəzaçəkmə müəssisəində cəza çəkir. O, hazırda maddi imkanı aşağı olduğuna görə uşaqlarınn xərcini qarşılaya bilmir. Bununla əlaqədar o, ünvanlı sosial yardım almaq məqsədilə müvafiq dövlət qurumuna müraciət etsə də, həmin orqanın vəzifəli şəxsləri onun aliment almadığını əsas tutaraq, ona ünvanlı sosial yardım verməkdən imtina edirlər. Buna görə də cavabdehlə birgə nikahından olan uşaqların saxlanması üçün cavabdehdən aliment tutulması barədə məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur. Sonda, İddiaçı iddiasının təmin edilərək, cavabdehdən onun xeyrində uşaqlarının saxlanması üçün hər ay hər uşağa görə 80 manat, cəmi 240 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etdi. Cavabdeh X8 faktiki olduğu yer məlum olmadığına görə onun məhkəmə iclaslarında iştirakını təmin etmək mümkün olmamışdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan AZ-İİ seriyalı, 829086 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 20 yanvar 2012-ci il tarixdə Biləsuvar rayonunda doğulmuşdur. Həmin şəhadətnamədə G.E.Qasımlının atası qismində X14, anası qismində X11 göstərilmişdir. Mülki iş materiallarına əlavə edilmiş AZ-İİİ seriyalı, 419860 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 20 dentaybr 2014-cü il tarixdə Biləsuvar rayonunda doğulmuşdur. Həmin şəhadətnamədə E.E.Qasımlının atası qismində X14, anası qismində X11 göstərilmişdir. İşdə olan AZ-İV seriyalı, 217063 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 16 noyabr 2018-ci il tarixdə Biləsuvar rayonunda doğulmuşdur. Həmin şəhadətnamədə R.E.Qasımlının atası qismində X14, anası qismində X11 göstərilmişdir. Mülki iş materiallarında olan AZ-İ seriyalı, 216822 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X14 arasında bağlanmış nikah 31 mart 2026-cı il tarixdə ləğv edilmişdir. İşdə olan Biləsuvar rayon İcra Hakimiyyəti başçısının Bəydili kənd inzibati ərazi dairəsi üzrə nümyayəndəliyi tərəfindən verilmiş 23 noyabr 2023-cü il tarixli arayışdan görünür ki, X11 həqiqətən də Biləsuvar rayonu, Bəydili kəndində yaşayır və onun X10, X15 və X12 tərkibdə ailə üzvləri var. Mülki iş materiallarında olan “Elektron məhkəmə” informasiya sisteminin “Srhədkeçmə məlumatları” alt sistemindən çıxarışdan görünür ki, X4 dəfə 02 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası ərazisini tərk etmiş və geri qayıtmamışdır. İşdə olan Biləsuvar rayon İcra Hakimiyyəti başçısının Bəydili kənd inzibati ərazi dairəsi üzrə nümyayəndəliyi tərəfindən verilmiş 11 yanvar 2024-cü il tarixli, 5-39-2/2- 31/2024 nömrəli arayışdan görünür ki, X14 hazırda Biləsuvar rayonu, Bəydili kəndi ərazisində yoxdur və həmin şəxsin atası X2 görə E.N.Qasımov Rusiya Federasiyasına getmiş və orada həbs olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gİlkinri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən, alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» 26 dekabr 2023-ci il tarixli Azərbaycan Respublikası Qanununa görə 2024-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023-cü il tarixli sərəncamına görə minimum aylıq əmək haqqının məbləği 01 yanvar 2023-cü il tarixdən 345 manat həddində müəyyən edilmişdir. Bununla əlaqədar məhkəmə tərəflərin maddi vəziyyətini və cavabdehin maddi vəziyyətinə dair iddiaçı tərəfindən sübutların təqdim edilməməsini, eləcə də cavabdehlə yanaşı iddiaçının da birgə nikahdan olan uşağı saxlamaq vəzifəsini, habelə uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması zərurətini, 2024-cü il üzrə uşaqlar üçün yaşayış minimumunun 235 manat olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə yetkinlik yaşına çatmayan uşaqlarının saxlanması üçün hər ay hər uşağa görə 80 manat, yəni minimum aylıq əmək haqqı məbləğinin 0,23 misli miqdarında, cəmi 240 manat sabit pul məbləğində aliment tutulmalıdır. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün aliment tutulması barədə məhkəmədə 28 noyabr 2023-cü il tarixdə iddia qaldırdığına görə aliment həmin vaxtdan tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Azərbaysan Respublikası Mülki-Prosessual Məsəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq, cavabdehdən tutularaq, dövlət nəfinə alınır. Bununla əlaqədar məhkəmə hesab edir ki, iddiaçı aliment tələbi üzrə qanunla müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyinə görə, aliment tələbi hissəsində iddia isə tam təmin edildiyi üçün, iddianın təmin edilmiş məbləğinə münasib olaraq 58 manat 80 qəpik məbləğində pul vəsaiti cavabdehdən dövlət büdcəsi nəfinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. 20 yanvar 2012-ci il tarixdə anadan olmuş X6, 20 sentyabr 2014-cü il tarixdə anadan olmuş X9 və 16 noyabr 2018-ci il tarixdə anadan olmuş X1 üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 80 (səksən) manat, yəni minimum aylıq əmək haqqı məbləğinin 0,23 (sıfır tam yüzdə iyirmi üç) misli miqdarında, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutulsun. X6, X9 və X3 üçün alimentin tutulması 28 noyabr 2023-cü il tarixdən həmin uşaqlar yetkinlik yaşına çatana qədər müəyyən edilsin. Cavabdeh iş üzrə dövlət rüsumunun əvəzi qismində 58 (əlli səkkiz) manat 80 (səksən) qəpik məbləğində pul vəsaiti dövlət büdcəsinin nəfinə tutulsun. Qətnamə aliment tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən 1 (bir) ay müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasiına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №2(022)-140/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-140/2024
25.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver