Məhkəmə qərarları › İş №2(022)-1440/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1440/2025

30.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1440/2025 30.10.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Mahir oğluna qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh Mahir oğluna qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh Mahir oğlundan hər ay sabit pul məbləğində 580 ( beş yüz səksən ) manat civarında alimentin alınaraq 22. 01. 2019-cu il tarixdə anadan olmuş X4, 01. 10. 2021-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Biləsuvar rayon Ovçubərə kənd sakini Cavabdeh Mahir oğlu ilə 2015-ci ilin avqust ayında ailə həyatı quraraq, nikahları 30 oktiyabr 2019-ci il tarixdə Biləsuvar şəhər Qeydiyyat Şöbəsində 09 № ilə qeydə alınmışdır. Ər-arvad münasibətlərindən 22.01. 2019 -cu il tarixdə X6, xx.xx.2021-ci il tarixdə isə X7 olmaqla, iki övladları dünyaya gəlmişdir. Onlar uzun bir müddət ərzində birgə yaşamalarına baxmayaraq, Cavabdeh Mahir oğlunun anası, yəni qaynanası Sevinc Əzizova və qaynatası Mahir Həsənov tərəfindən mütəmadi fiziki zorakılığa məruz qalmaqla, onlar tərəfindən şiddət görmüşdür. Hətta həyat yoldaşı Cavabdeh qeyri-əxlaqi həyat tərzi keçirmiş, eyni zamanda içki düşkünü olduğuna görə mütəmadi bir formada evə sərxoş vəziyyətdə gec-gec gəlmiş, onu yersiz yerə döyərək, təhqir etməklə işgəncələr vermişdir. Bunlardan cana duyduğu üçün bir ay bundan öncə qaldığı ünvanı tərk edərək övladları ilə birlikdə ünvan 1 ünvanına gedərək orada məskunlaşmışdır. Hal-hazırdada qeyd olunan ünvanda övladları ilə birlikdə yaşayır. Həmin müddət ərzindədə isə həyat yoldaşı tərəfindən ona hər hansı bir maddi və digər köməklik göstərilməyib.Bundan başqa, həm də himayəsində iki azyaşlı və əmək qabiliyyətsiz övladları olduğundan heç bir yerdə işləyə bilmir, uşaqlarının maddi təminatını ödəməkdə ciddi bir çətinlik çəkir. Cavabdeh Mahir oğlu ilə nikahlarına faktiki olaraq son qoyduğu müddət ərzində dəfələrlə Tahirdən birgə nikahdan doğulmuş övladlarını saxlamaq üçün maddi və digər köməkliyin göstərilməsini xahiş etsə də o, buna məhəl qoymayaraq onlarla maraqlanmamışdır. İddiaçı məhkəmıə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh Mahir oğlu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məlumat vermədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ № 359766 saylı X2 surətindən görünür ki, Cavabdeh Mahir oğlu ilə X1 nikahları 30 oktyabr 2019-cu il tarixdə Biləsuvar RİHB-nin Təzəkənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 09 nömrə ilə qeydə olunmuşdur. İş materiallarında olan AZ-İV № 642673 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2021-ci il tarixdə anadan olmuşdur. Uşağın ata adı qrafasında Cavabdeh Mahir oğlu, ana adı qrafasında isə İddiaçı qeyd olunmuşdur. İş materiallarında olan AZ-İV № 454688 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2019-cu il tarixdə anadan olmuşdur. Uşağın ata adı qrafasında Cavabdeh Mahir oğlu, ana adı qrafasında isə İddiaçı qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli MŞB/MT057/2025-00061 saylı arayışdan görünür ki, Cavabdeh Mahir oğlu ilkin mediasiya sessiyasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, mediasiya sessiaysında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sesiyasında iştirak emiş, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikasının Qanununa" görə 2025-ci il üçün uşaqların yaşayış minimumu 246 (iki yüz qırx altı) manat müəyyən edilmişdir. Məhkəmə işin qeyd olunan hallarını nəzərə alaraq belə hesab edir ki, iddia qismən təmin olunmalı, tərəflərin birgə nikahlarından xx.xx.2019-cu il tarixdə doğulmuş X4 və xx.xx.2021-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay hər bir uşağa minimum əmək haqqı məbləğinin 0,38 (sıfır tam yüzdə otuz səkkiz) misli miqdarında sabit pul məbləğində aliment Cavabdeh Mahir oğlundan alınaraq İddiaçı verilməlidir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh ərizə ilə ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etdiyi üçün aliment həmin vaxtdan tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı Cavabdeh Mahir oğlu ilə birgə nikahlarından xx.xx.2019-cu il tarixdə doğulmuş X4 və xx.xx.2021-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılmasından ötrü hər ay hər bir uşağa görə sonrakı artımlar nəzərə alınmaqla minimum aylıq əmək haqqı məbləğinin 0,38 (sıfır tam yüzdə otuz səkkiz) misli miqdarında sabit pul məbləğində aliment Cavabdeh Mahir oğlundan alınaraq İddiaçı verilsin. Alimentin tutulması xx.xx.2025-ci il tarixdən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apellyasiya şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar