Məhkəmə qərarları › İş №2(022)-1488/2023

Biləsuvar Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(022)-1488/2023

21.11.2023 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Biləsuvar rayonu İş № 2(022)-1488/2023 21.11.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X2, ünvan 1 ünvanında yerləşən Kreditor ünvan 2 ünvanında yaşayan, xx.xx.1993-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş Borclu qarşı pul tələbi barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM: Kreditorun məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, kreditor Nərimanov X1 şəhərində elektro texnika və məişət əşyaları məhsullarının satışını həyata keçirir. ünvan 4 ünvanda yaşayan Borclu ilə aralarında bağlanmış 09 avqust 2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən o, Borclu “AUX” markalı kondisioneri satmağı, Borclu isə 100 manat məbləğində ilkin ödəniş etdikdən sonra, hissə-hissə ödəmək şərti ilə 2023-cü ilin sentyabr ayından 2025-ci ilin fevral aynadək, hər ayın 9-da ayda 70 manat olmaqla, ümumilikdə 1260 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. O, öhdəliklərini icra etməklə Borclu “AUX” markalı kondisioneri satmasına baxmayaraq, Borclu hər ay razılaşdırılmış məbləğdə pulu tam ödəməmiş, ümumi borcundan heç bir ödəniş etməmiş, öhdəliklərin yerinə yetirilməsindən bir tərəfli olaraq imtina etmişdir. Bununla da onun əsas borc üzrə 1260 manat, cərimə borcu üzrə 126 manat məbləğində borc pulun alınıb kreditora verilməsi haqqında məhkəmə əmri qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan 09 avqust 2023-cü il tarixli BBLK 001858 saylı nisyə alqısatış müqaviləsindən görünür ki, Kreditor “Kondisoner Aux” 60-700 kva markalı dəyəri 1360 (min üç yüz altımış) manat olan kondisioneri borcluya 18 ay müddətinə hər ay 70 manat ödəmək şərti ilə 1260 manata satmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. MM-in 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası MPM-nin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu halda məhkmə əmri verilə bilər. Ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, Kreditor borcun tutulması tələbi aşkardır. Həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə və sadə yazılı formada bağlanmış əqdə əsaslanır. MPM-nin 280-cı maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmdən və izahatları dinlənilməsi üçün tərəflər çağırılmadan çıxarılır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Kreditor məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 100 manat məbləğində pul vəsaiti də borcludan kreditorun xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 275, 276, 280-282. və 284-cü maddələrini rəhbər tutaraq ƏMR ETDİM: ünvan 5 ünvanında yaşayan, xx.xx.1993-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş Borclu Kreditor xeyrinə əsas borc olaraq 1260 (bir min iki yüz altmış) manat, cərimə borcuna görə 126 (bir yüz iyirmi altı) manat, cəmi 1386 (bir min üç yüz səksən altı) manat və ödənilmiş dövlət rüsumuna görə 100 (bir yüz) manat məbləğində pul vəsaiti tutulsun. Borclu məhkəmə əmrinin aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı Biləsuvar Rayon Məhkəməsini yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Məhkəmə əmri icra sənədi hesab edilir. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar