Məhkəmə qərarları › İş №2(022)-1532/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1532/2024

17.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1532/2024 17.12.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3, cavabdeh X2 iştirakı ilə, İddiaçının cavabdeh X4 qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh X4 qarşı iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2010-cu ildə doğulmuş X8 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay sabit pul məbləğində 235 manat alimentin Cavabdeh Zülfuqar qızından alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X6 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək göstərdi ki, İddiaçı Cavabdeh ilə el adəti ilə ailə həyatı qurmuş, nikahlarını isə 08 iyun 2010-cu il tarixdə Biləsuvar RİHB-nın Bəydili kənd İƏD üzrə nümayəndəliyində qeyd etdimişlər. Birgəyaşayış dövründə xx.xx.2010-cu il tarixdə Nicat, xx.xx.2013-cü il tarixdə isə Aytac adlı uşaqları anadan olmuşdur.Biləsuvar rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(022)-33/2024 saylı qətnaməsinə əsasən iddiaçı ilə Cavabdeh arasında 08 iyun 2010-cu il tarixdə Biləsuvar rayon Bəydili kəndi üzrə inzibati ərazi nümayəndəliyində qeydə alınmış nikah pozulmuş, birgə nikahlarından xx.xx.2013-cü ildə doğulmuş X9 anası Cavabdeh, xx.xx.2010-cu ildə doğulmuş X8 atası İddiaçı yanında saxlanması, xx.xx.2013cü il təvəllüdlü X9 yetkinlik yaşma çatana qədər saxlanması üçün hər ay 120 manat sabit pul məbləğində alimentin iddiaçıdan alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Məhkəmənin qeyd edilmiş qətnaməsinə əsasən xx.xx.2010-cu ildə doğulmuş X8 iddiaçının yanında saxlanılması müəyyən edildiyindən həmin uşaq yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay sabit pul məbləğində aliment Cavabdeh alınaraq cavabdehə verilməlidir.Sonda iddiaçının nümayəndəsi iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh X5 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(022)-33/2024 sayl qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 08 iyun 2010-cu il tarixdə Biləsuvar Rayon Bəydili kəndi üzrə inzibati ərazi nümayəndəliyində qeydə alınmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından xx.xx.2013-cu il tarixdə doğulmuş X11 anası Cavabdeh, xx.xx.2010-cu il tarixdə doğulmuş X12 atası İddiaçı yanında saxlanılması, xx.xx.2013-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 120 (yüz iyirmi) manat sabit pul məbləğində alimentin İddiaçı alınaraq Cavabdeh verilməsi qət edilmiş, alimentin tutulması 02 aprel 2024-cü il tarixdən müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli MŞL/MT014/2024-01490 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, Cavabdeh ilkin mediasiya sesiyasının saatı və yeri barədə əvvəlcədən poçt vasitəsilə məlumatlandırılmışdır. Lakin, Cavabdeh ilkin mediasiya sesiyasında iştirak etməmişdir.İddiaçı mediasiya sessiyasında iştirak etmiş və İddiaçı 60 manat mediasiya xərcini ödəmişdir. İş materiallarında olan AZ-İ № 424939 saylı X7 Şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh nikahına Biləsuvar rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(022)-33/2024 sayl qətnaməsinə əsasən xx.xx.2024-cü il tarixdə Biləsuvar rayon Qeydiyyat Şöbəsi tərəfindən xitam verilmişdir. İş materiallarında olan AZ-İİİ № 200303 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2013-cü il tarixdə anadan olmuşdur.Uşağın ata adı qrafasında İddiaçı, ana adı qrafasında Cavabdeh göstərilmişdir. İş materiallarında olan AZ-İİ № 455711 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2010-cü il tarixdə anadan olmuşdur. Uşağın ata adı qrafasında İddiaçı, ana adı qrafasında Cavabdeh göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Həmin Məcəllənin 75.1-ci maddəsinin tələbinə görə qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıbyaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Yuxarıda qeyd olunan məhkəmə qətnaməsi ilə müəyyən olunur ki, xx.xx.2010-cu ildə doğulmuş X12 atası İddiaçı yanında, xx.xx.2013- cü ildə doğulmuş X11 isə anası Cavabdeh yanında yaşayır. İşin müəyyən edilmiş hallarından görünür ki, Biləsuvar rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(022)-33/2024 sayl qətnaməsi ilə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci və 78.3-cü maddəsinə əsasən tərəflərin maddi və ailə vəziyyəti, eyni zamanda hər iki validenin yanında uşağın qalmasına dair halı nəzərə alınaraq daha az təminatlı hesab olunan Cavabdeh xeyrinə onun yanında yaşayan xx.xx.2013-cü ildə doğulmuş X1 üçün uşağın atası İddiaçı hər ay 120 (yüz iyirmi) manat sabit pul məbləğində alimentin alınaraq Cavabdeh verilməsi müəyyən edilmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, iddiaçının istinad etdiyi hal, məhkəmə qətnaməsi ilə onunla Cavabdeh arasında nikah pozularkən eyni zamanda cavabdehlə birgə nikahlarından xx.xx.2010-cu ildə doğulmuş X8 onun yanında saxlanlmasını əsas gətirməklə həmin uşağın saxlanması üçün sabit pul məbləğində cavabdehdən 235 (iki yüz otuz beş) manat aliment tələbi əsaslı hesab edilə bilməz. Ona görə də İddiaçının cavabdeh X4 qarşı aliment tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh X4 qarşı xx.xx.2010-cu ildə doğulmuş X8 yetkinlik yaşma çatana qədər saxlanılması üçün hər ay sabit pul məbləğində 235 manat alimentin Cavabdeh Zülfuqar qızından alınaraq ona verilməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X14

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar