Məhkəmə qərarları › İş №2(022)-1796/2025

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-1796/2025

21.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-1796/2025 21.10.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh alimentin tutularaq qızı X1 verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, o, törətdiyi cinayət əməlinə görə həbs olunmuş və hazırda cəza çəkir.O, tək ana olmaqla, xx.xx.2021-ci il təvəllüdlü bir qız övladı vardır. Belə ki, onun qızının atası Cavabdehdur.Cavabdeh ilə rəsmi nikahları olmasa da, uşağın atalığı müəyyən edilmişdir.Onun özü həbsdə olduğundan azyaşlı övladına anası qayğı göstərir. Hazırda anası pensiyaçı olmaqla heç bir yerdə işləmir və onun azyaşlı övladını aldığı pensiyası ilə saxlayır. Bu da onun maddi durumunda çətinliyə səbəb olur. Cavabdeh Bakı şəhrində telefon satışı dükanında işləməklə qazancı vardır . Lakin cavabdeh övladına heç bir maddi yardım göstərmir. Odur ki, Cavabdeh qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün alimentin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, iddia ərizəsi iddiaçıya geri qaytarılmalıdır Azərbaycan Respublikası MPM-nin 150.0. maddəsinə əsasən iddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.7. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd. Belə ki, hazırkı tələblə bağlı iş materiallarına mediasiya prosesinin keçirilməsi ilə bağlı heç bir sənəd əlavə edilməmişdir. Belə olduğu halda iddia ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. MPM-nin 152.1-ci maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.6-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; İddiaçı cavabdehdən aliment tələbi ilə bağlı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu üçün həmin tələbə riayət etməklə mediasiya təşkilatına müraciət etməli və mediasiyanın arayışını iddia ərizəsinə əlavə etməli idi. Lakin iddiaçının mediasiya təşkilatına müraciət etməsi iş materialları ilə müəyyən olunmur. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkmə icraatı mümkündür. Şərh olunanlara əsasən və MPM-in 149-152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq. QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar