Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-183/2025 06.02.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehna qarşı iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2008-ci il tarixdə doğulmuş X4 adlı övladının yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay üçün sabit pul məbləğində 235 (iki yüz otuz beş) manat miqdarında alimentin tutulmasının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırdı ki, o, cavabdehlə rəsmi nikahda olmuşdur. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2014- cü il tarixli, 2(073)- 358/2014 saylı qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuş, xx.xx.2008-ci il tarixdə doğulmuş X1 və xx.xx.2011-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək onun yanında saxlanılması müəyyən edilmişdir. Nikahın pozulması zamanı oğlu Hüseynin atalığı müəyyən edilmədiyindən Hüseynə görə aliment müəyyən edilməmişdir. Həmin vaxt kiçik övladı Leylaya görə aliment müəyyən edilmişdir. Cari ilin ortalarında o, aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Həmin vaxt onun ərizəsi əsasında, iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bu gün oğlu Hüseyn 16 yaşındadır. Bu günə qədər cavabdeh övladı Hüseyn ilə maraqlanmamışdır. Bu da uşağın maddi vəziyyətinə təsir edir. Bu gün övladının saxlanılması üçün cavabdehdən alimentin tutulması zəruridir. Bu övladlarının qanunvericiliklə təsbit edilmiş hüququdur. Cavabdeh fərdi əməklə məşğul olur, normal qazancı vardır. Qazancından başqa o qazi olaraq, müavinət də alır. Uşağın saxlanılması üçün cavabdehin aliment ödəmək imkanı vardır.O, cavabdehə aralarında olan aliment tələbi üzrə mübahisənin məhkəmədən kənar, mediasiya yolu ilə həll edilməsinə dair təklif verərək mediasiya prosesini başlatsa da, mediasiya prosesi mübahisənin həlli ilə bağlı bir nəticə əldə edilməmişdir.Odur ki, xx.xx.2008-ci il tarixdə doğulmuş X4 adlı övladının yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay üçün sabit pul məbləğində 235 (iki yüz otuz beş) manat miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məlumat vermədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əlavə edilmiş Cəlilabad RİHB-nin Cəlilabad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 21 yanvar 2025-ci il tarixli № 5-41/2-5-189/2024 saylı sorğuya cavab məktubundan görünür ki, Cavabdeh qeydiyyatda olduğu ünvan 1 ünvanda yaşaması müəyyən edilməmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Biləsuvar rayonu Nəsimi kəndində qeydiyyatdadır. İş materiallarında olan 07 iyun 2024-cü il tarixli № 05/Q-561/69 saylı arayışdan görünür ki, X4 xx.xx.2008-ci il tarixdə anadan olmuşdur. Uşağın ata adı qrafasında Cavabdeh, ana adı qrafasında isə İddiaçı qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli MŞL/MT014/2024-00533 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, Cavabdeh mediasiya sessiyasının saatı və yeri barədə əvvəlcədən poçt vasitəsilə məlumatlandırılmışdır. Lakin o, mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarına əlavə edilmiş AZ-İ № 217551 saylı X3 Şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı 25 may 2015-ci il tarixdə Cəlilabad rayon qeydiyyat şöbəsi tərəfindən 31 nömrə ilə nikahları pozulmuşdur. İş materiallarına əlavə edilmiş Cəlilabad rayon məhkəməsinin 23 iyun 2014-cü il tarixli 2(073)-358/2014 saylı Qətnaməsinin surətindən görünür ki, 02 sentyabr 2011-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cəlilabad şəhəri M.Hadi küçəsi 122 saylı evdə yaşayan Cavabdeh qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında aliment tutularaq Bləsuvar rayonu İsmətli kəndində yaşayan İddiaçı ödənilməsi qət edilmişdir “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023-cü il tarixli sərəncamına görə minimum aylıq əmək haqqının məbləği 01 yanvar 2023-cü il tarixdən 345 manat həddində müəyyən edilmişdir. Məhkəmə belə hesab edir ki, tərəflərin birgə nikahlarından xx.xx.2008-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün minimum aylıq əmək haqqı nəzərə alınmaqla hər ay hər uşağa 80 (səksən) manat sabit pul məbləğində alimentin təyin edilməsi uşaqların mənafeyinə uyğun hesab edilməklə müəyyən edilməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarını hərtərəfli və tam şəkildə araşdıraraq, iddiaçı ilə yanaşı, cavabdehin də uşağı saxlamaq vəzifəsini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, tərəflərin birgə nikahlarından xx.xx.2008-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşlarına çatana kimi saxlanılmasından ötürü sonrakı artımlar nəzərə alınmaqla minimum aylıq əmək haqqı məbləğinin 0,24 (sıfır tam yüzdə iyirmi dörd) misli miqdarında sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilməlidir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh ərizə ilə ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etdiyi üçün aliment həmin vaxtdan tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2008-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılmasından ötürü, sonrakı artımlar nəzərə alınmaqla, minimum aylıq əmək haqqı məbləğinin 0,24 (sıfır tam yüzdə iyirmi dörd) misli miqdarında sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilsin. Alimentin tutulması 29 noyabr 2024-cü il tarixdən hesablansın. İddia qalan hissədə rədd edilsin. Mediasiya xərci olan 60 (altmış) manat pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apellyasiya şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(022)-183/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-183/2025
06.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver