Məhkəmə qərarları › İş №2(022)-1839/2025

Biləsuvar Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(022)-1839/2025

28.10.2025 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Biləsuvar rayonu İş № 2(022)-1839/2025 28.10.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X1, Kreditor Biləsuvar rayonu Nərimankənd kəndində yaşayan, xx.xx.1977-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş Borclu qarşı pul tələbi barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM: Kreditorun məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, o, Biləsuvar şəhərində elektro texnika və məişət əşyaları məhsullarının satışını həyata keçirir. Biləsuvar rayonu Ağalıkənd kəndində qeydiyyatda olan və həmin invanda yaşayan Borclu ilə aralarında bağlanmış 25 may 2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən o, Borclu “Samsung A34” markalı mobil telefonu satmağı, Borclu isə ilkin ödəniş etmədən hissə-hissə ödəmək şərli ilə, 2024cü ilin iyun ayından 2025-ci ilin avqust ayınadək, hər ayın 25-də ayda 72 manat olmaqla, ümumilikdə 864 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. O, öhdəliklərini icra etməklə Borclu “Samsung A34” markalı mobil telefonu satmasına baxmayaraq, Borclu hər ay razılaşdırılmış məbləğdə pulu tam ödəməmiş, ümumi borcundan cəmi 146 manat ödəniş etmiş, öhdəliklərin yerinə yetirilməsindən birtərəfli olaraq imtina etmişdir. Bununla da onun əsas borc üzrə 718 manat, cərimə borcu üzrə 71 manat məbləğində borcu yaranmışdır Odur ki, Borclu 25 may 2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən əsas borca görə 718 (yeddi yüz on səkkiz) manat, cərimə borcuna görə 71 (yetmiş bir) manat, cəmi 789 (yeddi yüz səksən doqquz) manat və ödənilmiş dövlət rüsumuna görə 100 manal məbləğində pulun alınıb ona verilməsi haqqında məhkəmə əmri qəbul edilməsini xahiş etmişdir. Ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, Kreditor borcun tutulması tələbi aşkardır. Həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə və sadə yazılı formada bağlanmış əqdə əsaslanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 276-cı maddəsinə əsasən məhkəmə əmri verilə bilər. İş materiallarında olan 25 may 2024-cü il tarixli kredit müqaviləsindən görünür ki, kreditor borcluya “Samsung A34” markalı mobil telefonu 864 manata 12 ay müddətinə hər ay 72 manat ödəmək şərtilə satmış, borclu isə həmin borclarını 2025-ci ilin avqust ayına kimi hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Kreditor məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 100 manat məbləğində pul vəsaiti də borcludan kreditorun xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 275, 276, 280-282 və 284-cü maddələrini rəhbər tutaraq Ə M R E T D İ M: Borclu Biləsuvar rayonu Nərimankənd kəndində yaşayan, xx.xx.1977-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş Borclu Kreditor xeyrinə 25 may 2024-cü il tarixli müqaviləyə əsasən “Samsung A34” markalı mobil telefona görə əsas borc üzrə 718 (yeddi yüz on səkkiz) manat, cərimə borcuna görə 71 (yetmiş bir) manat, cəmi 789 (yeddi yüz səksən doqquz) manat və ödənilmiş dövlət rüsumuna görə 100 manat məbləğində pul vəsaiti tutulsun. Borclu məhkəmə əmrinin aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı Biləsuvar Rayon Məhkəməsini yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Məhkəmə əmri icra sənədi hesab edilir. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar