Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1866/2025 24.12.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X9 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı tərəflərin faktiki nikahlarından 16 oktyabr 2014-cü il tarixdə doğulmuş X2 və 05 aprel 2016-cı il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 235 manat, cəmi 470 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: 31 oktyabr 2025-ci il tarixdə İddiaçı Cavabdeh qarşı tərəflərin faktiki nikahlarından 16 oktyabr 2014-cü il tarixdə doğulmuş X2 və 05 aprel 2016-cı il tarixdə doğulmuş X3 iddiaçının yanında saxlanmaları, həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 235 manat, cəmi 470 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, o və Cavabdeh 2011-ci ildə el adəti üzrə toy edib, faktiki nikaha girmişlər, lakin nikahlarını qeydiyyata aldırmamışlar. Onların faktiki nikahından iki uşağı doğulmuşdur. O və cavabdeh faktiki nikahlarını qeydiyyat orqanında rəsmiləşdirmədiklərinə görə 16 oktyabr 2014-cü il tarixdə doğulmuş qızı Zeynəbin atalığının müəyyən edilməsi və həmin uşağın saxlanması üçün aliment tutulması barədə o, məhkəmədə idda qaldırmışdır. Məhkəmə qətnaməsi ilə həmin uşağın atalığı müəyyən edildikdən və aliment tutulması qət edildikdən sonra o, yenidən Cavabdehla ər-arvad münasibətlərini bərpa etmiş, onların 05 aprel 2016-cı ildə Dəniz adlı oğlu doğulmuş və həmin uşağın atalığı Cavabdeh qeydiyyat orqanına bu barədə ərizə verməsi əsasında müəyyən edilmişdir. Həmin dövrdə o, cavabdehin təkidi ilə aliment barədə icra sənədinə icrasına xitam verilməsi barədə icra orqanına ərizə vermiş və həmin icra sənədinə xitam verilmişdir. Lakin bundan sonra onunla cavabdeh arasında ər-arvad münasibətlərinə yenidən son qoyulmuşdur. O, Cavabdeh artıq 9 ildir ki, ayrılmışdır. Hazırda o, uşaqları ilə birlikdə Bakı şəhərində yaşayır. Bu müddətdə cavabdeh nə onunla, nə də uşaqları ilə maraqlanmamışdır. Uşaqları kiçik olduqda o, uşaqlarının maddi ehtiyaclarını özü ödəyə bilsə də, hazırda uşaqlarının zəruri ehtiyaclarını qarşılamaqda çətinlik çəkir. Buna görə də o, Cavabdeh qarşı aliment tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, hazırda heç bir yerdə işləmir. Buna görə də cavabdeh də bir valideyn kimi uşaqlarına qarşı öz öhdəliyini yerinə yetirməlidir. Sonda, İddiaçı iddia tələbinin təmin edilərək, Cavabdeh onun xeyrinə hər ay hər uşağa görə 235 manat, cəmi 470 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən təkrarən məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Biləsuvar rayon qeydiyyat şöbəsi tərəfindən təqdim edilmiş 10 oktyabr 2025-ci il tarixli, 05/Q-1184/69 nömrəli və 05/Q-568/69 nömrəli arayışdan görünür ki, X5 16 oktyabr 2014-cü il tarixdə Biləsuvar şəhərində doğulmuş və həmin uşaq barəsində 29 oktyabr 2014-cü il tarixdə 865 nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir. Doğum haqqında akt qeydlərində X2 anası qismində İddiaçı, atası qismində isə Cavabdeh qeyd edilmişdir. Mülki iş materiallarına əlavə edilmiş Biləsuvar rayon qeydiyyat şöbəsi tərəfindən təqdim edilmiş 10 oktyabr 2025-ci il tarixli, 05/Q-1185/69 nömrəli arayışdan görünür ki, X6 05 aprel 2016-cı il tarixdə Biləsuvar şəhərində doğulmuş və həmin uşaq barəsində 13 aprel 2016-cı il tarixdə 323 nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir. Doğum haqqında akt qeydlərində X3 anası qismində İddiaçı, atası qismində isə Cavabdeh qeyd edilmişdir. İş materiallarında olan Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Aşağı Cürəli kənd inzibati ərazi dairəsi üzrə nümyayəndəliyi tərəfindən verilmiş 10 oktyabr 2025-ci il tarixli, 5-39-16/½-232/2025 nömrəli arayışdan görünür ki, İddiaçı, həqiqətən də, Biləsuvar rayonu, Aşağı Cürəli kəndində yaşayır. Mülki işdə olan Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin 24 dekabr 2025-ci il traixli, 3-16-35-36/2-149745Ə2025 nömrəli arayışından görünür ki, İddiaçı Cavabdeh ailment tələbi barədə Biləsuvar rayon Məhkəməsinin 17 aprel 2015-ci il traixli, 2(022)- 332/2015 saylı qətnaməsi əsasında verilmiş icra sənədi üzrə tələbkarın ərizəsinə əsasən icra məmurunun 01 mart 2016-cı il tarixli qərarı ilə icraata xitam verilmişdir. Hazırda Biləsuvar rayon İcra və Probasiya Şöbəsini icraatında İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə icra sənədi yoxdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən, alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» 27 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası Qanununa görə 2025-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 246 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli sərəncamına görə isə minimum aylıq əmək haqqının məbləği 01 yanvar 2025-ci il tarixdən 400 manat həddində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarın 8.4-1-ci bəndində məhkəmələr izah edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikası MPM-nin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərməlidir.Məhkəmə tərəflərin maddi vəziyyətini, hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləğini, cavabdeh ilə yanaşı iddiaçının da birgə nikahdan olan uşaqları saxlamaq vəzifəsini, habelə uşaqlar təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması zərurətini, tərəflərin birgə nikahdan doğulmuş uşaqların saxlanması üçün sabit pul məbləğində aliment tutulmasına razılığını, 2025-ci ildə bir uşağın minimum yaşayış xərclərinin 246 manat təşkil etməsini nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə yetkinlik yaşına çatmayan 2 uşağın saxlanması üçün hər ay hər uşağa görə, sonrakı artımlar nəzərə alınmaqla, 172 manat, yəni iddianın qaldırıldığı vaxtda - 2025-ci ildə ölkə üzrə qüvvədə olmuş minimum aylıq əmək haqqı məbləğinin 0,43 misli miqdarında, cəmi 344 manat sabit pul məbləğində aliment tutulmalıdır. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün aliment tutulması barədə məhkəmədə 31 oktyabr 2025-ci il tarixdə iddia qaldırdığına görə aliment həmin vaxtdan tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məsəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq, cavabdehdən tutularaq, dövlət nəfinə alınır. Bununla əlaqədar məhkəmə hesab edir ki, iddiaçı aliment tələbi üzrə qanunla müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyinə görə, aliment tələbi hissəsində iddia isə qismən təmin edildiyi üçün, iddianın təmin edilmiş məbləğinə münasib olaraq 61 manat 28 qəpik məbləğində pul vəsaiti cavabdehdən dövlət büdcəsi nəfinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 10-1, 216- 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. 16 oktyabr 2014-cü il tarixdə anadan olmuş X2 və 05 aprel 2016-cı il tarixdə anadan olmuş X1 üçün Cavabdeh hər ay hər uşağa görə, sonrakı artımlar nəzərə alınmaqla, iddianın qaldırıldığı vaxtda - 2025-ci ildə ölkə üzrə qüvvədə olan minimum aylıq əmək haqqı məbləğinin 0,43 (sıfır tam yüzdə qırx üç) misli miqdarında, sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. X2 və X1 üçün alimentin tutulması 31 oktyabr 2025-ci il tarixdən həmin uşaqlar yetkinlik yaşına çatana qədər müəyyən edilsin. Cavabdeh dövlət rüsumunun çatışmayan hissəsinə münasib olaraq, 61 (altmış bir) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində pul vəsaiti dövlət büdcəsinin nəfinə tutulsun. Qətnamə aliment tutulması hissəsində dərhal icra edilsin. İddiaçı iddiası qalan hissədə rədd edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №2(022)-1866/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1866/2025
24.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver