Məhkəmə qərarları › İş №2(022)-1966/2025

Biləsuvar Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(022)-1966/2025

14.11.2025 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Biləsuvar rayonu İş № 2(022)-1966/2025 14.11.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X1, Kreditor Biləsuvar şəhəri, S.Vurğun küçəsi, ev 60-da yaşayan, xx.xx.1992-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş Borclu qarşı pul tələbi barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM: Kreditorun məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, o, Biləsuvar şəhərində yaşayır. Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyatdan keçməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olur və buna dair VOEN-ni də vardır. Əsasən o, məişət əşyalarının satışı ilə məşğul olur. 11 may 2024-cü il tarixdə Borclu onunla malın nisiyə alqı-satqısına dair müqavilə bağlamaqla ondan 2300 (iki min üç yüz) manat dəyərində “Shivaki 18” markalı kondisioner nisiyə almışdır. Aralarında tərtib edilmiş ödəniş cədvəlinə əsasən borclu hər ay 15 (on beş) ay müddətinə ilkin ödəniş “100” manat olmaqla, hər ay üçün 150 (bir yüz əlli) manat pul vəsaitini ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu kondisioner götürdükdən sonra 2200 manat məbləğində qalan puldan bu günə kimi heç bir ödəniş etməmişdir. Dəfələrlə ödənişlərin ödəməsini tələb etsə də, borclu pulu ödəməkdən yayınır və ödəmir.Aralarında olan müqaviləyə əsasən borclu hər gecikdirilən günə görə ona ödənilməyən məbləğin 0, 1% -ni ödəməli idi. Hazırda borclu müqavilə üzrə borcu gecikdirir. Ödənilməyən məbləğ 2200 manat və 0,1 %-i gecikdirilmiş borca görə 105.6 manat məbləğində dəbbə pulu təşkil edir. Ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, Kreditor borcun tutulması tələbi aşkardır. Həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə və sadə yazılı formada bağlanmış əqdə əsaslanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 276-cı maddəsinə əsasən məhkəmə əmri verilə bilər. İş materiallarında olan 11 may 2024-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, kreditor borcluya “Shivaki 18” markalı kondisioneri 2300 manata 15 ay müddətinə hər ay 150 manat ödəmək şərtilə satmış, borclu isə həmin “Shivaki 18” markalı kondisioner üçün 15 ay müddətinə hər ay 150 manat borcunu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 275, 276, 280-282 və 284-cü maddələrini rəhbər tutaraq Ə M R E T D İ M: Borclu Biləsuvar şəhəri, S.Vurğun küçəsi, ev 60-da yaşayan, xx.xx.1992-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş Borclu Kreditor xeyrinə 11 may 2024-cü il tarixli alqısatqı müqaviləsinə əsasən 2300 manat dəyərində “Shivaki 18” markalı kondisionerə görə 2200 (iki min iki yüz) manat, gecikdirilmiş müddətə görə 50 (əlli) manat dəbbə pulu və ödənilmiş dövlət rüsumuna görə 100 (bir yüz) manat olmaqla, cəmi 2350 (iki min üç yüz əlli) manat pul vəsaiti tutulsun. Borclu məhkəmə əmrinin aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı Biləsuvar Rayon Məhkəməsini yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Məhkəmə əmri icra sənədi hesab edilir. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar