Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1980/2025 11.02.2026 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X3 məhkəmə-iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil2, Cavabdeh, cavabdehin vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment və əlavə xərc tələbi” barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı Cavabdeh ilə 25 iyun 2023-cü ildə ailə qurmuşdurlar. 18 aprel 2024-cü il tarixdə nikaha daxil olmuşlar. Birgə nikahlarından 29 aprel 2024-cü il tarixdə İsmayıllı Zaman Azər oğlu adlı uşaqları doğulmuşdur. 2024-cü ilin avqust ayında qaynanası onu körpə uşaqla birlikdə evdən məcburi qaydada çıxartmışdır. İddiaçə həmin vaxtdan ata evində yaşayır. Bu müddət ərzində Azərlə birlikdə atasının xalası qızı Tamilənin adına alınmış həyətyanı torpaq sahəsində özlərinə ev tikmişlər. 16 mart 2025-ci il tarixdə Azərlə birlikdə daimi yaşamaq üçün həmin evə köçmüşlər. O, həmin evdə beş ay yaşayandan sonra qaynanası azyaşlı uşaqla birlikdə onu həmin evdən çıxartmışdır. Onların məlumatı olmadan həmin həyətyanı torpaq sahəsini baldızının adına sənədləşdiriblər. Bununla əlaqədar olaraq müvafiq orqanlara müraciətlər etmişlər. Uşaq anadangəlmə hemofiliya xəstəliyindən əziyyət çəkir və mütəmadi müalicələr alır və pəhriz yeməkləri ilə qidalanır. Uşaq həm də raxitdir. Bununla əlaqədar uşağa aidiyyəti müalicələr olunur. Bütün bunlara onun əlavə xərcləri çıxır. Cavabdeh isə uşağın xəstəliyi ilə və onun müalicə xərcləri ilə maraqlanmır. Bütün müalicə xərclərini İddiaçı qarşılayır. İddiaçının tələbi: 29 aprel 2024-cü il tarixdə doğulmuş İsmayıllı Zaman Azər oğlu yetkinlik yaşına çatana qədər saxlanılması üçün 2025-ci ilin 31 dekabr tarixinə kimi, minimum əmək haqqının 0,70 faizi miqdarında (növbəti illərdə minimum əmək haqqının miqdarının artması mütləq nəzərə alınmaqla) hər ay sabit pul məbləğində 280 (iki yüz səksən) manat alimentin və əlavə xərcə görə hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində vəsaitin Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaya münasibəti: Cavabdeh tərəfindən İddiaçı iddia tələbinə qarşı 16 dekabr 2025-ci il tarixdə etiraz ərizəsi daxil olmuşdur. Cavabdeh bildirir ki, iddia tələbini qismən, yəni, 120 (yüz iyirmi) manat aliment məbləğinin ödənilməsi hissəsində qəbul edir. İddiaçı iddia ərizəsində göstərir ki, övladları Zamin hemofiliya xəstəsidir. Lakin cavabdeh uşağın atası kimi bildirir ki, bu yalandır. Əvvəla bu vaxta kimi uşağı xəstə olan vaxtlarda həkimə atası olaraq o aparmışdır. Həkim bu xəstəliyin olması haqqında heç bir söz deməyib. Uşağın zəifliyi vardır. Onu da həkimlər aradan qaldırılması üçün müalicə təyin etmişdilər və müalicə də olunub. İddiaçı Cəalalə Həsənli əlavə xərclərə görə alimentdən başqa, hər ay 150 (yüz əlli) manat məbləğində pulun tutulmasını tələb edir. Cavabdeh qeyd edir ki, uşağın xəstəliyi yoxdur. Ona görə bu tələb tamamilə əsassızdır. İddiaçının iddia tələbi hazırda toplam 280 manat + 150 manat= 430 (dörd yüz otuz) manat təşkil edir. Bu məbləğin bir işsiz kimi ödənilməsi qəti reallığa uyğun deyil. Məhkəmə qətnaməsini icra etmək hər bir vətəndaşın borcudur. Lakin maddi imkanı ilə zidd olan məbləğin ödənilməsi qeyd etdiyi real deyil. 29 aprel 2024-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanmasından ötrü, hər ay minimum əmək haqqının 0,70 misli miqdarında alimentin sabit pul məbləğində cavabdehdən tutulması tələbinin qismən, yəni, minumum əmək haqqının 0,30 misli miqdarında tutulması, əlavə xərclərə görə hər ay 150 (yüz əlli) manat məbləğində pulun cavabdehdən alınması tələbinə dair hissədə isə rədd edilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı vəkili Vəkil2 izahatında iddia tələbini müdafiə etdiyini, 29 aprel 2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay minimum əmək haqqının 0,70 misli miqdarında, yəni 280 (iki yüz səkəsn) manat sabit pul məbləğində alimentin və əlavə xərclərə görə ayda 150 (yüz əlli) manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, uşağın xəstəliyi ilə bağlı sənədləri, uşaq üçün alınmış dərmanlarla bağlı aptek qəbzləri məhkəməyə təqdim olunmuşdur. Həmçinin, iddiaçının uşağı davamlı olaraq xəstəliyinin müalicəsi ilə əlaqədar, həkim göstərişinə əsasən, masaja apardığını, həmin masaja görə hər ay 100 (yüz) manat pul köçürdüyünü göstərmişdir. Qeyd olunanlara əsasən təqdim etdikləri sənəd və sübutların əsas götürülməsini və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı izahatında iddia tələbini müdafiə etdiyini, övladının ağır dərəcəli raxidlik və hemofiliya xəstəliyindən əziyyət çəkdiyini, övladının xəstəliyinin ağır dərəcəli olması səbəbindən onu bəzən özəl xəstəxanalarda müalicə etdirdiyini və həmin xərclər də onun tərəfindən çəkildiyini, cavabdehin isə uşağın müalicəsi üçün ona heç bir köməklik göstərmədiyini bildirərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh vəkili Vəkil1 izahatında iddiaçı tərəfin dedikləri ilə razı olmadıqlarını, hemofoliya xəstəliyinin müalicəsinin dövlət tərəfindən pulsuz olaraq, icbari sığorta əsasında həyata keçirildiyini və həmin xəstələrin birbaşa dövlətin nəzarətində saxlanıldığını bildirmişdir. Cavabdeh izahatında, iddiaçı tərəfin təqdim etdiyi səs yazılarının ona məxsus olduğunu və həmin sözlərin onun tərəfindən deyildiyini, lakin həmin ifadələr tərəfindən sözgəlişi deyildiyini, həmçinin iddiaçı tərəfin də təqdim etdiyi qəbzlərdəki ödənişlərin hər ikisi tərəfindən ödənildiyini göstərmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının yanında Bağbanlar kənd ərazi icra nümayəndəliyi tərəfindən verilmiş 03 noyabr 2025-ci il tarixli, 5-39-6/2-706/2025 nömrəli arayışdan görünür ki, Həsənli X2 rayonu, Bağbanlar kəndində yaşayır. Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının yanında Bağbanlar kənd ərazi icra nümayəndəliyi tərəfindən verilmiş 09 dekabr 2025-ci il tarixli, 5-39-6/2-759/2025 nömrəli arayışın surətindən görünür ki, İsmayıllı X4 rayonu, Bağbanlar kəndində yaşayır. AZ-İİ seriyalı 592448 nömrəli “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasındakı nikah qeydi Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının yanında Bağbanlar kənd ərazi icra nümayəndəliyində 18 aprel 2024-cü il tarixdə 04 nömrəli akt qeydi ilə bağlanmışdır. AZ-İV seriyalı 987008 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, 29 aprel 2024-cü il təvəllüdlü İsmayıllı Zaman Azər oğlunun atası Cavabdeh, anası İddiaçıdır. Biləsuvar 1 saylı Mediasiya Təşkilatının MŞB/MT057/2025-00199 nömrəli, 14 noyabr 2025-ci il tarixli arayışdan görünür ki, aliment tələbinə dair mediasiya sessiyasında həm İddiaçı, həm də Cavabdeh istirak etmiş, lakin hər iki tərəf mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Azərbaycan Elmi Tədqiqat Travmotologiya və Oropediya İnstitutu” X7 29 dekabr 2025-ci il tarixli arayışının surətindən görünür ki, Zaman İsmayıllının diaqnozu sağ diz oynağının kontuziyası, hemartroz, ön çarpaz bağın zədələnməsi, sağ diz oynağının bağlarının zədələnməsi, travmatik sinovit, şişkinlik və hiperemiya kimi göstərilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Azərbaycan Elmi Tədqiqat Travmotologiya və Oropediya İnstitutu” X7 oynağı rentgenoqrafiyasının nəticələrinə dair sənədin surətindən görünür ki, 29 aprel 2024-cü il tarixdə doğulmuş Zaman İsmayıllının sağ bud sümüyünün distoloji osteoporotik görünüşündə olub, valgus deformasiyası aşkar edilmiş, sağ diz oynağında oynaq səthləri düzənsizdir. Sağ periartikulyar yumşaq toxumalar həcmlidir-şişkindir, sol diz oynağında kobud patologiya aşkar edilməmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışın surətindən görünür ki, 29 aprel 2024-cü il tarixdə doğulmuş Zaman İsmayıllının xəstəlik diaqnozu olaraq anadangəlmə sümük-əzələ deformasiyaları qeyd edilmişdir. “Vita Med” Tibb Mərkəzinin 13 yanvar 2026-cı il tarixli Arayışının surətindən görünür ki, 29 aprel 2024-cü il tarixdə doğulmuş İsmayıllı Zaman Azər oğlu “Vita Med” Tibb Mərkəzində 22 dekabr 2025-ci il tarixindən etibarən 10 gün müddətində həkim təyinatına əsasən masaj proseduru almışdır. “Vita Med” Tibb Mərkəzinə aid 22 dekabr 2025-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, fizioterapiya adlı prosedurun qiyməti 100 (yüz) manat m\bləğindədir. Travmatoloq qəbuluna dair qeydiyyat vərəqəsi üzrə qəbzdən görünür ki, xidmət haqqı qismində 50 (əlli) manat vəsait ödənilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş və məhkəmə iclasında tədqiq olunan audioyazıdan məlum olur ki, Cavabdeh aylıq olaraq 1000-1500 manat məbləğində gəlir əldə edir. Hüquqi əsaslandırma: Azərbaycan Respublikasının Konstitusiyasının: 17-ci maddəsinin 2-ci bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Konvensiya: Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.1-ci maddəsinə müvafiq olaraq aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay miqdarda aliment tutulur: 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı məbləğində. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər; 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur; 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər; 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. "Uşaq Hüquqları Haqqında" Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2026-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalaRəna müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli Qərarı. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 nömrəli Qərarı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli Qərarı. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan, qismən təmin edilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Məhkəmə qeyd edir ki, irəli sürülmüş “aliment və əlavə xərc tələbi” iki hissədən ibarət olmaqla, “aliment tələbi”nin qanuni əsasını Ailə Məcəlləsinin 78-ci maddəsi, “əlavə xərclər tələbi”nin qanuni əsasını isə Ailə Məcəlləsinin 81-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddələrin dispozitiv şərtləri mövcuddur. İşin mübahisəsiz halları ondan ibarətdir ki Cavabdeh İddiaçı ilə 18 aprel 2024-cü il tarixdə Biləsuvar rayonu, Bağbanlar kəndi üzrə ərazi inzibati nümayəndəliyində nikaha daxil olmuş, bu barədə 04 nömrəli akt qeydi edilmişdir. Birgə nikahdan doğulmuş 29 aprel 2024-cü il təvəllüdlü İsmayıllı Zaman Azər oğlunun və atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarına əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə qiymət verilməli, bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə hesab edir ki, mübahisə edilən hüquq münasibəti barədə qanuni, əsaslı və ədalətli nəticəyə gəlmək üçün ilk növbədə uşağın üstün maraqları rəhbər tutulmalıdır. Uşaqların “üstün maraqları” konsepsiyası - 20 noyabr 1959-cu il tarixli “Uşaq hüquqları Bəyannaməsi”nin 2-ci maddəsində nəzərdə tutulmuşdur. Bu termindən ilk dəfə 1989-cu ildə BMT-nin “Uşaq Hüquqları Konvensiyası”nın 3-cü maddəsinin 1-ci bəndində istifadə edilmişdir. Uşağın üstün maraqları məsələsi Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq sənədlərdə (İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya - 8-ci maddə), dövlətdaxili qanunvericilikdə (Azərbaycan Respublikasının Ailə Məcəlləsi – 6, 51, 56, 58, 60-cı maddələr və s.), o cümlədən Avropa İnsan hüquqları Məhkəməsinin presidentlərində (Pençevi Bolqarıstana qarşı işi, Şvitsgebel İsveçrəyə qarşı işi, Çbihi Loudoudi və başqaları Belçikaya qarşı işi və s.) təsbit edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.2-ci bəndində göstərilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır qaşU“) hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. İşin faktiki hallarından göründüyü kimi tərəflərin birgə nikahından bir uşaq doğulmuşdur və bu uşaq hazırda iddiaçının yanında qalır. Bu baxımdan uşağı yanında saxlayan, onun saxlanılması ilə bağlı gündəlik qayğıları çəkən iddiaçı uşağın saxlanılması üçün cavabdehdən aliment tələb etməkdə haqlı olmuşdur. Digər tərəfdən, nəzərə alınmalıdır ki, cari ildə uşaqların saxlanılması üçün yaşayış minimumu kimi müəyyən edilmiş məbləğ tərəflərin birgə nikahından doğulmuş uşağa da şamil edilməlidir. Üstəlik, uşaq daimi olaraq iddiaçının yanında qaldığından ona qulluq, sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşdüyü diqqətəlayiq hal kimi nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə hesab edir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment tutulması işin hallarına və uşağın üstün maraqlarına uyğundur. Məhkəmə belə nəticəyə gələrkən nəzərə alır ki, iddiaçı uşağın saxlanılması üçün cavabdehdən hər ay 280 manat sabit pul məbləğində aliment tutulmasını tələb etsə də cari ildə uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilmiş məbləğdən daha artıq məbləğdə aliment tutulmasının zəruriliyini əsaslandıra bilməmişdir. Bundan başqa, iddia tələbindən görünür ki, iddiaçı cavabdehdən 29 aprel 2024-cü il tarixdə doğulmuş İsmayıllı Zaman Azər oğlunun əlavə xərclərinə görə öz xeyrinə 150 (yüz əlli) manat sabit pul məbləğində vəsaitin tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, irəli sürülmüş bu tələb qismən əsaslı olduğundan, qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81.1-ci maddəsinə görə alimentin tutulması barədə saziş olmadıqda, müstəsna hallarla, o cümlədən ağır xəstə və ya xüsusi qayğıya ehtiyacı olan uşağa göstərilən kənar xidmətin haqqının ödənilməsi və digər zəruri xərclərlə əlaqədar yaranmış əlavə xərclərin ödənilməsi üçün valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən əlavə xərclərin ödənilməsi qaydası və miqdarı valideynlərin və uşağın ailə və maddi vəziyyəti, habelə diqqətəlayiq digər hallar nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. 81.3-cü maddəyə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. İş materialları ilə müəyyən olunur ki, 29 aprel 2024-cü il təvəllüdlü İsmayıllı Zaman Azər oğlunun sağlamlıq vəziyyəti ilə bağlı mütəmadi tibbi nəzarət və reabilitasiya tədbirləri həyata keçirilmişdir. Mülki işə əlavə edilmiş tibb müəssisələrinin arayışları və tibbi sənədlərdən, habelə “Vita Med” Tibb Mərkəzinin arayışı və ödəniş qəbzlərindən uşağın həkim təyinatı əsasında masaj/fizioterapiya prosedurları aldığı və bu məqsədlə 100 (yüz) manat məbləğində ödəniş edildiyi, eləcə də travmatoloq qəbuluna görə 50 (əlli) manat məbləğində xidmət haqqı ödənildiyi görünür. Cavabdeh tərəfin hemofiliya üzrə xidmətlərin icbari tibbi sığorta çərçivəsində qarşılanması barədə arqumenti nəzərə alınsa da, məhkəmə hesab edir ki, hazırkı işdə əlavə xərclər tələbi yalnız konkret diaqnozun mövcudluğu ilə deyil, uşağın sağlamlıq vəziyyəti ilə bağlı reabilitasiya, mütəmadi həkim nəzarəti və kənar tibbi xidmətlərin zəruriliyi ilə şərtlənir. Təqdim edilmiş sübutlar uşağın sağlamlığı ilə bağlı əlavə məsrəflərin faktiki mövcudluğunu təsdiq edir. Məhkəmə əlavə xərclərin miqdarını müəyyən edərkən uşağın üstün maraqlarını, xərclərin xarakterini, təqdim olunmuş sənədləri, tərəflərin maddi vəziyyətini və işin digər hallarını nəzərə alır. Bu baxımdan, əlavə xərclərin cavabdehdən hər ay 100 (yüz) manat sabit pul məbləğində tutulması qanunvericiliyin tələblərinə, sübutların məcmusuna və işin hallarına uyğun, habelə mütənasib və ədalətli hesab edilir. Məhkəmə işin hallarına, qanunvericiliyin sadalanan normalarına əsaslanaraq qeyd edir ki, iddia tələbi qismən təmin edilməli, 18 noyabr 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan 29 aprel 2024-cü il təvəllüdlü İsmayıllı Zaman Azər oğlunun saxlanılması üçün Cavabdeh iddiaçı İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.40 misli həddində sabit pul məbləğində aliment tutulmalı, Cavabdeh hər ay 100 (yüz) manat sabit pul məbləğində vəsait qismində əlavə xərc tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin, hesab edir ki, aliment tutulmasının əvvəli Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixdən, yəni 18 noyabr 2025-ci ci il tarixdən hesablanmalı və qətnamə dərhal icra edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənləri nəzərə alaraq İddiaçı tərəfindən mediasiya təşkilatına ödənilmiş 60 (altmış) manat məbləğində pul vəsaitinin 40 (qırx) manat məbləğində hissəsi Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən Cavabdeh iddiaçı İddiaçı xeyrinə tutulmalı, qalan hissəsi iddiaçıya aid edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar. Həmin Qanunun 9.4-cü bəndinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, irəli sürülmüş tələb üzrə 40 (qırx) manat məbləğində dövlət rüsumunun 25 (iyirmi beş) manat məbləğində hissəsi Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 18 noyabr 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan 29 aprel 2024-cü il təvəllüdlü İsmayıllı Zaman Azər oğlunun saxlanması üçün, Cavabdeh iddiaçı İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.40 misli həddində sabit pul məbləğində aliment tutulsun. Əlavə xərc qismində hər ay 100 (yüz) manat sabit pul məbləğində pul vəsaiti Cavabdeh iddiaçı İddiaçı xeyrinə tutulsun. Alimentin tutulmasının əvvəli 18 noyabr 2025-ci il tarixdən hesablansın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. İddiaçı tərəfindən mediasiya təşkilatına ödənilmiş 60 (altmış) manat məbləğində pul vəsaitinin 40 (qırx) manat məbləğində hissəsi Cavabdeh iddiaçı İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №2(022)-1980/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1980/2025
11.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver