Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Biləsuvar rayonu İş № 2(022)-2065/2025 04.12.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X1, Kreditor Biləsuvar rayonu İsmətıli kəndində yaşayan, xx.xx.1974-cü il tarixdə Biləsuvar rayonunda anadan olmuş Borclu qarşı pul tələbi barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM: Kreditorun məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, o, Biləsuvar şəhərində elektro texnika və məişət əşyaları məhsullarının satışını həyata keçirir. ünvan 1 ünvanda yaşayan Borclu ilə aralarında bağlanmış 25 dekabr 2024-cü il tarixli, nisyə alqı-satqı müqaviləsinə əsasən, o, Borclu "infinite" markalı mobil telefonu satmağı, Borclu isə ilkin ödəniş etmədən, hissəhissə ödəmək şərti ilə 2025-ci ilin yanvar ayından 2025-ci ilin dekabr ayınadək, hər ayın 25-də, ayda 30 manat olmaqla, ümumilikdə 360 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. O, öhdəliklərini icra etməklə Borclu “İnfinite” markalı mobil telefonu satmasına baxmayaraq, Borclu hər ay razılaşdırılmış məbləğdə pulu tam ödəməmiş, ümumi borcundan 250 manat ödəniş etmiş, qalıq borcunu ödəməkdən və öhdəliklərin yerinə yetirilməsindən bir tərəfli olaraq imtina etmişdir. Bununla da onun əsas borc üzrə 110 manat, cərimə borcu üzrə 20 manat məbləğində borcu yaranmışdır. Odur ki,Borclu 25 dekabr 2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən əsas borca görə 110 (bir yüz on) manat, cərimə borcuna görə 20 (iyirmi) manat, cəmi 130 (bir yüz otuz) manat və dənilmiş dövlət rüsumuna görə 100 (bir yüz) manat məbləğində pulun alınıb ona verilməsi haqqında məhkəmə əmri qəbul edilməsini xahiş etmişdir. Ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, Kreditor borcun tutulması tələbi aşkardır. Həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə və sadə yazılı formada bağlanmış əqdə əsaslanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 276-cı maddəsinə əsasən məhkəmə əmri verilə bilər. İş materiallarında olan 25 dekabr 2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, kreditor borcluya "İnfinite" markalı mobil telefonu 360 manata 12 ay müddətinə hər ay 30 manat ödəmək şərtilə satmış, borclu isə həmin borclarını "infinite" markalı mobil telefona görə 2025-ci ilin dekabr ayına kimi hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Kreditor məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 100 manat məbləğində pul vəsaiti də borcludan kreditorun xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 275, 276, 280-282 və 284-cü maddələrini rəhbər tutaraq Ə M R E T D İ M: Borclu Biləsuvar rayonu İsmətli kəndində yaşayan, xx.xx.1974-cü il tarixdə Biləsuvar rayonunda anadan olmuş Borclu Kreditor xeyrinə 25 dekabr 2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən "İnfinite" markalı mobil telefona görə əsas borc üzrə 110 (bir yüz on) manat, cərimə borcuna görə 20 (iyirmi) manat, cəmi 130 (bir yüz otuz) manat və dənilmiş dövlət rüsumuna görə 100 (bir yüz) manat məbləğində pul vəsaiti tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı Biləsuvar Rayon Məhkəməsini yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Məhkəmə əmri icra sənədi hesab edilir. X3
Məhkəmə qərarları › İş №2(022)-2065/2025
Biləsuvar Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(022)-2065/2025
04.12.2025 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver