Məhkəmə qərarları › İş №2(022)-291/2023

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-291/2023

25.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-291/2023 25.01.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi ilə, məsləhətçi (iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı 2022-ci ilin dekabr ayından başlayaraq tərəflərin birgə nikahından 21 dekabr 2022-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında alimentin və həmin uşağın 3 yaşı tamam olana qədər, yəni 21 dekabr 2022-ci il tarixdən 21 dekabr 2025-ci il tarixə qədər olan dövr üçün 7.200 manat məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: 09 yanvar 2023-cü il tarixdə İddiaçı Cavabdeh qarşı 2022-ci ilin dekabr ayından başlayaraq tərəflərin birgə nikahından 21 dekabr 2022-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında alimentin və həmin uşağın 3 yaşı tamam olana qədər, yəni 21 dekabr 2022-ci il tarixdən 21 dekabr 2025-ci il tarixə qədər olan dövr üçün 7.200 manat məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi məhkəməyə daxil olmuşdur. Həmin iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 149.2.4, 149.2.4-1 və 150.0.7-ci maddələrinin tələblərinə cavab vermir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2.4-ci maddəsinə əsasən iddiaçı iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat əlavə etməlidir. Həmçinin Azərbaycan Respublikası MPM-nin 149.2.4-1-ci maddəsinə əsasən iddia ərizəsində “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanuna uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda,həmin tələbə riayət edilməsinə dair məlumat göstərilməlidir. Həmin Məcəllənin 150.0.7-ci maddəsinə görə isə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Bundan başqa Azərbaycan Respublikası MPM-in 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Lakin məhkəməyə daxil olmuş iddia ərizəsinə tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələbinə riayət edilməsinə dair heç bir məlumat və ya sübut əlavə edilməmişdir. Halbuki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə əsasən, mediasiya aşağıdakılar üzrə tətbiq edilir: mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla); ailə münasibətlərindən irəli gələn mübahisələr; əmək münasibətlərindən irəli gələn mübahisələr və inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 26.1-ci maddəsinə əsasən, ailə münasibətlərindən irəli gələn nikahın davam etdirilməsi şərtləri, valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası və ailə münasibətlərindən irəli gələn digər mübahisələr barədə mübahisələr bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər. Məhkəmə hesab edir ki, ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak etməli halda, bunu etməyərək, birbaşa məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası MPM-nin 152.1.6-ci maddəsinə görə müqavilə ilə və ya həmin kateqoriyadan işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı 2022-ci ilin dekabr ayından başlayaraq tərəflərin birgə nikahından 21 dekabr 2022-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında alimentin və həmin uşağın 3 yaşı tamam olana qədər, yəni 21 dekabr 2022-ci il tarixdən 21 dekabr 2025-ci il tarixə qədər olan dövr üçün 7.200 manat məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah edilsin ki, nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar