Məhkəmə qərarları › İş №2(022)-344/2023

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-344/2023

11.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-344/2023 11.04.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı uşağının yanında qalmasının müəyyən edilməsi və aliment öhdəçiliyinə xitam verilməsi tələbi barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı uşağının yanında qalmasının müəyyən edilməsi və aliment öhdəliyinə xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək 10 fevral 2013-cü il tarixdə doğulmuş oğlu X2 onun yanında qalmasının müəyyən edilməklə, Biləsuvar rayon məhkəməsinin 02 noyabr 2021-ci il tarixli 2(022)- 880/2021 saylı qətnaməsinə əsasən həmin uşaqla bağlı aliment öhdəliyinə xitam verilməsinə, mediasiya təşkilatına ödədiyi 55 manat və dövlət rüsumuna görə ödədiyi 50 manat məbləğində pulu cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, hazırkı iddia ilə bağlı məhkəmə qətnaməsi mövcuddur. Belə ki, Biləsuvar rayon məhkəməsinin 02 noyabr 2021-ci il tarixli 2(022)-880/2021 saylı qətnaməsinə əsasən hazırda iddiaçıda olan oğlu X4 və digər uşağının onun yanında qalması müəyyən edilmişdir.Lakin, idiiaçı bir ildən çoxdur ki, oğlu Ayazı ondan alıb aparmış və geri qaytarmır.İddiaçı ona bildirmişdir ki, uşağı üçün pal-paltar almaq istəyir, o, da buna inanıb Ayazın onunla getməsinə razılır vermişdir.Lakin, həmin vaxtdan iddiaçı oğlu Ayazı geri gətirmir.O, Ayazı məktəbə buraxmır, təhsilindən yayındırır. Odur ki, İddiaçı oğlu Ayazın alınıb ona verilməsini xahiş etmişdir. Məhkəmə iş materialllarını tədqiq edərək və işdə olan sübutları araşdıraraq, tərəfləri dinləyərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı uşağı X2 yanında qalmasının müəyyən edilməsi və aliment öhdəliyinə xitam verilməsi tələbi barədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan Biləsuvar Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli 2(022)- 880/2021 saylı qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı iddiası qismən təmin edilərək, İddiaçı Əİlihüseyn oğlu ilə Cavabdeh arasında xx.xx.2011-ci il tarixdə 387 nömrə ilə Biləsuvar rayon Qeydiyyat Şöbəsində qeydiyyata alınmış nikah qeydi pozulmuş,xx.xx.2011-ci ildə anadan olmuş X3 və xx.xx.2013-cü ildə anadan olmuş X5 anaları Cavabdeh yanında saxlanılmaları müəyyən edilməklə xx.xx.2011-ci ildə anadan olmuş X1 və xx.xx.2013-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər uşağa görə hər ay 100 (yüz) manat, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment cavabdeh İddiaçı alınıb Cavabdeh verilməsi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Biləsuvar Rayon Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli 2(022)-1167/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı X2 onun yanında qalmasının müəyyən edilməsi və aliment öhdəliyinə xitam verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. MPM-in 261.0.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Cavabdeh qarşı X2 onun yanında qalmasının müəyyən edilməsi və aliment öhdəliyinə xitam verilməsi tələbinin təmin edilməməsinə dair Biləsuvar Rayon Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli 2(022)-1167/2022 saylı qanini qüvvəyə minmiş qətnaməsinin olmasına baxmayaraq iddiaçı eyni tərəfə qarşı eyni tələb və eyni əsasla məhkəməyə müraciət etmişdir. Buna görə də, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan mübahisəyə mahiyyəti üzrə baxılması qeyri-mümkündür. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 52, 261, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı X2 onun yanında qalmasının müəyyən edilməsi və aliment öhdəliyinə xitam verilməsi tələbi barədə iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar