Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-348/2024 02.04.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı cavabdeh X4 iştirakı ilə, İddiaçı avabdeh X8 qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh X8 qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X3 18 mart 2020-ci il təvəllüdlü X1 hər ay 235 manat sabit pul məbləğində alimentin tutulması və Mediasiya prosesinə dair ödədiyi 60 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək göstərdi ki, cavabdeh X16 ilə ailə həyatı qurmuş, 14 fevral 2019-cu il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikah dövründə, yəni 18 mart 2020-ci il tarixdə X10 adlı uşaqları anadan olmuşdur.Biləsuvar rayon məhkəməsinin 2(022)-502/2022- saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh X11 ilə aralarında bağlanmış nikah pozulmuş, 18 mart 2020-ci il tarixdə anadan olmuş X10 adlı uşağının onun yanında qalması müəyyən edilmiş, X1 üçün X3 hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq ona verilməsi qət edilmişdir.Cavabdeh X11 əvvəllər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tabeliyində olan Daxili Qoşunlarda xidmət etdiyindən X1 üçün müəyyən edilmiş aliment onun əmək haqqından tutulurdu. Biləsuvar İcra və Probasiya Şöbəsindən aldığı məlumata görə cavabdeh 2023-cü ilin noyabr ayında işdən azad olunmuş və hal-hazırda fərdi əməklə məşğuldur və onun qazancı qeyri müntəzəmdir.Artıq 3 (üç) aya yaxındır ki, cavabdeh uşağın saxlanması üçün heç bir maddi yardım etmir. Buna görə məcbur qalıb alimentin sabit pul məbləğində müəyyən olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Heç bir yedə işləmir, azyaşlı uşağının təlim-tərbiyyəsi ilə məşğul olur. Uşağının yaşaması üçün heç bir yerdən ona maddi yardım olunmur. Ata-anasının köməkliyi ilə çətinliklədə olsa uşağını saxlaya bilir. Hazırki iddia tələbi ilə bağlı ilkin olaraq Mediasiya Şurasına müraciət etmiş, cavabdeh təyin edilmiş ilkin mediasiya sesiyasında iştirak etsə də, prosesin davam etdirilməsindən imtina etmişdir. Sonda iddiaçı iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh X11 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o, 2017-ci ildən 2023-cü ilin noyabr ayına kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tabeliyində olan Daxili Qoşunlarda müddətdən artıq hərbi qulluqçu kimi işləməklə, aylıq əmək haqqı 1200 manat olmuşdur.Hazırda isə Azinvest şirkətində fəhlə işləyir və aylıq əmək haqqı 450 manat təşkil edir. Odur ki, iddiaçının iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının və cavabdehin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Biləsyvar rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(022)- 502/2022 sayl qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh ilə X12 arasında fevral 2019-cu ildə Biləsuvar rayon Qeydiyyat Şöbəsində bağlanmış və nikah bağlanması haqqında akt qeydləri kitabında 19 nömrəsi ilə qeyd edilmiş nikah pozulmuş,18 mart 2020ci ildə anadan olmuş X6 anası X7 yanında qalması müəyyən edilməklə, 18 mart 2020-ci ildə anadan olmuş X2 üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin dördə bir hissəsi miqdarında X7 xeyrinə aliment tutulmuş, alimentin tutulması 22 aprel 2022-ci il tarixdən X13 yetkinlik yaşına çatana qədər müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli MŞL/MT014/2024-00121 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, İddiaçı və Cavabdeh mediasiya sessiyasında iştirak etmişlər və İddiaçı 60 manat mediasiya xərcini ödəmişdir. İş materiallarında olan elektron çıxarışdan görünür ki, Cavabdeh “X17” QSC-də fəhlə işləməklə aylıq əmək haqqı 498.29 manatdır. İş materiallarında olan AZ-İİ № 554858 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X14 nikahı 09 fevral 2023-cü il tarixdə Biləsuvar rayon Qeydiyyat şöbəsi tərəfindən 26 nömrə ilə qeyd edilmişlər. İş materiallarında olan AZ-İV № 919963 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2023-cü il tarixdə anadan olmuşdur.Uşağın ata adı qrafasında Cavabdeh, ana adı qrafasında X9 göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Həmin Məcəllənin 75.1-ci maddəsinin tələbinə görə qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıbyaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsin əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İşin müəyyən edilmiş hallarından görünür ki, Biləsuvar rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(022)-502/2022 saylı qətnaməsi ilə 18 mart 2020-ci ildə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay qazancının və başqa gəlirlərinin dördə bir hissəsi miqdarında X7 xeyrinə aliment tutulmuş, alimentin tutulması 22 aprel 2022-ci il tarixdən X13 yetkinlik yaşına çatana qədər müəyyən edilmişdir. Yuxarıda qeyd olunan məhkəmə qətnaməsi ilə müəyyən olunur ki, 18 mart 2020-ci ildə anadan olmuş X13 anası İddiaçı yanında yaşayır. İşin müəyyən edilmiş hallarından görünür ki, Biləsyvar rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(022)-502/2022 sayl qətnaməsi ilə tərəflərin birgə nikahlarından 18 mart 2020-ci ildə anadan olmuş X2 üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin dördə bir hissəsi miqdarında alimentin X7 xeyrinə tutulması qət edilmişdir. Hazırda Cavabdeh “X17” QSC-də fəhlə işləməklə aylıq əmək haqqı 498.29 manat təşkil edir. Ona görə də iddiaçının istinad etdiyi hal, yəni Cavabdeh işsiz olması öz təsdiqini tapmadığından alimentin sabit pul məbləğində müəyyən edilməsinə əsas vermir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə iddiaçının onun yanında yaşayan Rəsul adlı uşağın saxlanması üçün uşağın atası Ruslan Pənahalızadədən alimentin sabit pul məbləğində müəyyən edilməsi tələbi təmin edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh X8 qarşı birgə nikahlarından doğulmuş 18 mart 2020-ci il təvəllüdlü X1 üçün hər ay 235 manat sabit pul məbləğində alimentin tutulması tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X26
Məhkəmə qərarları › İş №2(022)-348/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-348/2024
02.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver