Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-349/2024 29.03.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh hər bir uşağa görə hər ay 235 manat olmaqla, ümumilikdə 705 (yeddi yüz beş) manat sabit pul məbləğində alimentin və Mediasiya Prosesinə dair ödədiyi 60 (altımış) manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında göstərmişdir ki, Cavabdeh ilə ailə həyatı qurub, 18 yanvar 2019-cu il tarixdə nikahlarını rəsmiləşdirmişlər.Birgə nikah dövründə 29 yanvar 2019-cu il tarixdə X6, xx.xx.2020-ci il tarixdə X7 və xx.xx.2023-cü il tarixdə X8 adlı uşaqları anadan olmuşdur. Cavabdeh ilə ailə həyatı qurduqları ilk vaxtlar münasibətləri normal olsa da sonralar o, heç bir əsaslı səbəb olmadan evdə dava-dalaş salmış, azyaşlı uşaqlarının yanında onu döymüş və yaşadıqları evdən çıxartmışdır.O, məcbur qalıb azyaşlı uşaqları ilə birlikdə Biləsuvar rayonu Əsgərabad kəndində yaşayan ata-anasına məxsus evə getmişdir. Bundan sonra onların bir ailə kimi yaşamaları mümkün deyil.Artıq 3 aya yaxındır ki, o, uşaqları ilə birlikdə Cavabdeh ayrı yaşayır. Cavabdeh uşaqların saxlanması üçün heç bir maddi yardım etmir.Heç bir yedə işləmir, azyaşlı uşaqlarının təlim-tərbiyyəsi ilə məşğul olur. Uşaqlarının yaşaması üçün heç bir yerdən ona maddi yardım olunmur.Ata-anasının köməkliyi ilə çətinliklə də olsa uşaqlarını saxlaya bilir.Hazırki iddia tələbi ilə bağlı ilkin olaraq Mediasiya Şurasına müraciət etmişdir. Cavabdeh təyin edilmiş ilkin mediasiya sesiyasında iştirak etsə də prosesin davam etdirilməsindən imtina etmişdir. Buna görə də məcbur qalıb alimentin təyin olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda Cavabdeh hər bir uşağa görə hər ay 235 manat olmaqla, ümumilikdə 705 (yeddi yüz beş) manat sabit pul məbləğində alimentin və Mediasiya Prosesinə dair ödədiyi 60 (altımış) manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul etdiyini bildirdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının və cavabdehin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan AZ-İİ № 280561 saylı X1 surətindən görünür ki, Cavabdeh ilə X5 nikahları 18 yanvar 2019-cu il tarixdə Biləsuvar RİHB-nin Əsgərabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 01 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan AZ-İV № 217152 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2019-cu il tarixdə anadan olmuşdur. Uşağın ata adı qrafasında Cavabdeh, ana adı qrafasında isə X9 qeyd olunmuşdur. İş materiallarında olan AZ-İV № 439479 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2020-ci il tarixdə anadan olmuşdur. Uşağın ata adı qrafasında Cavabdeh, ana adı qrafasında isə İddiaçı qeyd olunmuşdur. İş materiallarında olan AZ-İV № 898074 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2023-cü il tarixdə anadan olmuşdur. Uşağın ata adı qrafasında Cavabdeh, ana adı qrafasında isə İddiaçı qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli MŞL/MTO14/2023-00140 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, Cavabdeh mediasiya sessiyasının saatı və yeri barədə əvvəlcədən poçt vasitəsilə məlumatlandırılmışdır. Lakin o, mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan “X10 Kompleksi” MMC-nin Biləsuvar pambıq istehsalı və emalı zavodu tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh “X10 Kompleksi” MMCnin Biləsuvar pambıq istehsalı və emalı zavodunda yardımçı fəhlə işləməklə aylıq əmək haqqısı 345 manatdır. “Uşaq hüquqları haqqında” 20 noyabr 1989-cu il tarixli BMT Konvensiyasının 3-cü və 4-cü maddələrinin tələblərinə əsəsən uşaq barəsində bütün tədbirlərdə uşaqların maraqları tam həcmdə nəzərə alınmalıdır. Dövlət bu hüquqların həyata keçirilməsi üçün bütün mümkün tədbirləri görməlidir. Həmin Konvensiyanın 36-cı maddəsinə əsasən uşaqlar onların inkişafına zərər vuran hər bir fəaliyyətdən müdafiə hüququna malikdirlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - “Uşaq hüquqları haqqında” Qanun) 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə görə 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.3. 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı. İşin müəyyən edilmiş hallarından görünür tərəflərin birgə nikahlarından 3 nəfər uşaqları - xx.xx.2019-cu il tarixdə X6, xx.xx.2020-ci il tarixdə X7 və xx.xx.2023-cü il tarixdə X8 anadan olmuşdur. İş materiallarından görünür ki, Cavabdeh “X10 Kompleksi” MMC-nin Biləsuvar pambıq istehsalı və emalı zavodunda yardımçı fəhlə işləməklə aylıq əmək haqqısı 345 manat təşkil edir. Ona görə də Ailə Məcəlləsinin 76.1.3-cü maddəsinin tələbi nəzərə alınmaqla uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehin qazancının (başqa gəlirlərin) yarısı miqdarında və eyni zamanda hər bir uşaq üçün ayda 45 manat, ayda cəmi 135 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilməlidir. AM-in 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh ərizə ilə ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etdiyi üçün aliment həmin vaxtdan tutulmalıdır. Beləliklə, məhkəmə iddiaçı ilə yanaşı cavabdehin də uşağı saxlamaq vəzifəsini, uşaqlar üçün yaşayış minimumunun məbləğini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, tərəflərin birgə nikaşlarından xx.xx.2019-cu il tarixdə anadan olmuş X2, xx.xx.2020-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2023-cü il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh qazancının (başqa gəlirlərin) yarısı miqdarında və eyni zamanda hər bir uşaq üçün ayda 45 manat, ayda cəmi 135 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2019-cu il tarixdə anadan olmuş X2, xx.xx.2020-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2023-cü il tarixdə anadan olmuş X4 yetkinlik yaşılarına çatana kimi saxlanılmaları üçün hər ay Cavabdeh qazancının (başqa gəlirlərin) yarısı və hər bir uşağa görə hər ay 45 manat olmaqla, cəmi ayda 135 (yüz otuz beş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablansın. İddia qalan hissədə rədd edilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apellyasiya şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(022)-349/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-349/2024
29.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver