Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-382/2024 20.05.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi vəkil X3, cavabdeh Biləsuvar Rayon X10 Hüquqi Şəxsin nümayəndəsi vəkil X6 iştirakları ilə, İddiaçı cavabdeh Biləsuvar Rayon Mərkəzi X2rşı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməklə əvvəlki işinə (xəstəxanada terapiya şöbəsinin müdiri) bərpa edilməsi, məcburi işburaxmağa görə əmək haqqı şəklində və onun vaxtında ödənilmədiyindən yaranmış ödəncə görə təqribən 45388 manat, əldən çıxmış fayda şəklində 35.000 manat, vurulmuş mənəvi ziyana görə 50.000 manat, ümumilikdə 135.766 manat pulun Biləsuvar Rayon X10 Hüquqi Şəxsdən alınıb ona verilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Biləsuvar Rayon Mərkəzi X2rşı cavabdehin onun müvəqqəti əmək müqaviləsinə xitam verilməsi üçün xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi barədə X7 xx.xx.2023-cü il tarixli imperativ qərarının təsdiq edilməsi, məcburi işburaxmaya görə əmək haqqı şəklində və onun vaxtında ödənilmədiyindən yaranmış ödənclərə görə təqribən 45338 AZN, əldən çıxmış fayda şəklində 35000 AZN, vurulmuş mənəvi ziyana görə 50000 AZN-ümumilikdə 130338 AZN məbləğində puluun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini dəqiqləşdirərək və ərizə təqdim edərək bildirmişdir ki, onunla cavabdeh Biləsuvar Rayon X10 Hüquqi Şəxsi arasında xx.xx.2021-ci il tarixdə 3 ay (xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək) müddətinə əmək müqaviləsi bağlanmışdır. Bağlanmış yazılı əmək müqaviləsi “Əmək və Məşğulluq” alt sistemində 1QENOP000300 nömrəli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi ilə qeydiyyata alınmışdır.Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə qeyd edilən əmək müqaviləsinə AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilərkən əmək müqaviləsinin bağlanma tarixi və müddəti nəzərə alınmamışdır. Belə ki, AR ƏM-nin 73-cü maddəsinin 1-ci hissəsinin tələbi pozulmuşdur.Həmin müqavilədə göstərilir ki, müddətli əmək müqaviləsinin vaxtı bitdikdə ona xitam verilir. Bu Məcəllənin 45ci maddəsinin 5-ci hissəsi nəzərə alınmaqla müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonra bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.Onunla bağlanmış müddətli əmək mqaviləsinə cavabdeh tərəfindən qanunsuz olaraq xitam verilməsi ilə bağlı AR ƏƏSMN yanında X13 Xidmətinə müraciət etmişdir. Müraciəti Xidmətin Şirvan-Salyan regional şöbəsi tərəfindən araşdırılmış və cavabdeh Əmək Məcəlləsinin yuxarıda qeyd edilən tələblərini pozduğu üçün xəstəxananın direktoru Məmmədtağı Əhmədov barəsində AR İXM-nin 192.6-cı maddəsi ilə xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və o, 1500-2000 manatadək şərti cərimə edilmişdir.Məlum olduğu kimi bu norma imperativ normadır.Bu imperativ norma haqqında məktub DƏM tərəfindən xx.xx.2023-cü il tarixdə xəstəxanaya çatdırılmışdır.Lakin, Əmək Məcəlləsinin tələbləri ciddi şəkildə pozulmasına baxmayaraq, xəstəxananın direktoru Məmmədtağı Əhmədov qanunsuz əməllərini davam etdirərək bu qərarın icrasından israrla imtina edir.Cavabdeh öz qanunazidd hərəkətinə səbəb kimi AR TƏBİB PHŞ-nin onunla müvəqqəti əmək müqaviləsi bağlanmasının məqsədəuyğun olmadığı barədə xx.xx.2023-cü il tarixli “PHŞ- 6/2-4015/2023” saylı məktubunu göstərmişdir. Nəticədə cavabdehin onunla bağlanmış əmək müqaviləsinə qanunsuz xitam verilməsi işburaxmaya səbəb olmuş, ona maddi və mənəvi ziyan dəymişdir.xx.xx.2023-cü il tarixdən əmək haqqı almamaqla keçirdiyi psixoloji, maddi və mənəvi gərginliklər nəticəsində səhhəti pozulmuş və əvvəlki bank kreditlərinin ödənilməsində çətinliklər yaranmışdır.Bununla da ona ziyan dəymişdir.Yaşının 65-dən yuxarı olması və mövcud ehtiyacları nəzərə alınsa nəticədə gecikdirilmiş əmək haqqının hər günü üçün əmək haqqının ağılabatan (yəni 1%-dən çox) məbləğində ödənc verilməsi tam ədalətli olardı. Odur ki, Biləsuvar Rayon Mərkəzi X1 bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməklə əvvəlki işinə (xəstəxanada terapiya şöbəsinin müdiri) bərpa edilməsi, məcburi işburaxmağa görə əmək haqqı şəklində və onun vaxtında ödənilmədiyindən yaranmış ödəncə görə təqribən 45388 manat, əldən çıxmış fayda şəklində 35.000 manat, vurulmuş mənəvi ziyana görə 50.000 manat, ümumilikdə 135.766 manat məbləğində pulun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı nümayəndəsi vəkil X8 iddiaçı ilə eyni məzmunda ifadə verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh Biləsuvar Rayon X10 Hüquqi Şəxsin nümayəndəsi vəkil X18 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, İddiaçı Biləsuvar rayon Mərkəzi X2rşı iddiasını əsassız hesab edir. Belə ki, İddiaçı Biləsuvar rayon X10 Hüquqi Şəxsdə müqavilə əsasında həkim vəzifəsində işləmişdir. 12 iyun 2023-cü il tarixdə müqavilə müddəti bitdiyindən Əmək Məcəlləsinin 68-ci maddəsinin tələbi ilə işdəın azad edilmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinə görə Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddiaçıh oğlu əmək mübahisəsinin həll edilməsi üçün 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməli olduğu halda 10 ay sonra məhkəməyə müraciət etmişdir. Hesab edir ki, iddiaçı qanunun tələbinə görə iddia müddətini buraxmışdır.İddia müddəti keçdiyindən iddia tələbi rədd edilməlidir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan ilkin mediasiya sessiyasının MŞL/MT014/2024- 00159 saylı xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Biləsuvar Rayon X10 hüquqi şəxsi ilkin mediasiyya sessiaysının saatı və yeri barəsində əvvəlcədən poçt vasitəsilə məlumatlandırılmış, o, ilkin mediasiya sessiaysında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və İddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan İddiaçı məxsus İT-İ № ******* nömrəli əmək kitabçasının surətindən və tərəflərin izahatlarından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının terapiya şöbəsinin şöbə müdiri vəzifəsinə AR ƏM-nin 10.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq yaş həddi səbəbi ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi bağlanmış əmək müaaviləsində nəzərdə tutulmuş 3 ay müddətə təyin edilmiş və xx.xx.2023-cü il tarixdən AR Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar iddiaçı ilə əmək münasibətlərinə xitam verilmişdir. İş materiallarında olan əmək müqaviləsinin surətindən görünür ki, Biləsuvar Rayon X10 Hüquqi şəxsinin direktoru X4 ilə İddiaçı arasında 10 noyabr 2021-ci il tarixdən 10 fevral 2022-ci il tarixə kimi 03 ay müddətinə əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan Biləsuvar Rayon X10 Hüquqi şəxsinin 12 iyun 2023-cü il tarixli PHŞ-6-30/3-1-416/2023 saylı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin surətindən görünür ki, Biləsuvar Rayon X10 Hüquqi şəxsin Terapiya şöbəsinin müdiri İddiaçı əmək müqaviləsinə 12 iyun 2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 14-cü maddəsinin 1-ci bəndinə əsasən əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində: qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasını; işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını; işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını; səlahiyyətləri çərçivəsində əmək qanunvericiliyinin təkmilləşdirilməsini; əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə görə əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinin xitam verilməsi əsaslarından biri kimi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş əmək müqaviləsinin surətindən görünür ki, Biləsuvar Rayon X10 Hüquqi şəxsinin direktoru X4 ilə İddiaçı arasında 10 noyabr 2021-ci il tarixdən 10 fevral 2022-ci il tarixə kimi, yəni 03 ay müddətinə əmək müqaviləsi bağlanmışdır. Lakin əmək müqaviləsində göstərilən 03 ay müddətin 10 fevral 2022-ci il tarixdə bitməsinə baxmayaraq Biləsuvar Rayon X10 Hüquqi şəxsi ilə İddiaçı arasında əmək münasibətləri davam etdirilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Qeyd olunan ƏM-nin 73-cü maddəsinin 1-ci bəndinin tələbinin işin faktiki halı üzrə tətbiqi belə qənaətə gəlməyə əsas verir ki, Biləsuvar Rayon X10 Hüquqi şəxsinin direktoru X4 ilə İddiaçı arasında 10 noyabr 2021-ci il tarixdən 10 fevral 2022-ci il tarixə kimi, yəni 03 ay müddətinə bağlanmış əmək müqaviləsinin müddətinin 10 fevral 2022-ci il tarixdə başa çatmasına baxmayaraq əmək münasibətləri davam etdirilmişdir ki, bu da həmin əmək müqaviləsinin 03 ay müddətinə, yəni 10 may 2022-ci il tarixədək uzadılmasına səbəb olmuşdur. İş materialları ilə müəyyən olunur ki, Biləsuvar Rayon X10 Hüquqi şəxsinin 12 iyun 2023-cü il tarixli PHŞ-6-30/3-1-416/2023 saylı əmri ilə Biləsuvar Rayon X10 Hüquqi şəxsin Terapiya şöbəsinin şöbə müdiri İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin b) bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə 12 iyun 2023-cü il tarixdən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Cavabdeh Biləsuvar Rayon X10 Hüquqi Şəxsin nümayəndəsi vəkil X12 iddia müəddətinin tətbiqi haqqında ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı Biləsuvar Rayon Mərkəzi X1 bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməklə əvvəlki işinə (xəstəxanada terapiya şöbəsinin müdiri) bərpa edilməsi tələbinin iddia müddətinin ötürülməsi səbəbindən rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2.-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən:
1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Biləsuvar Rayon X10 Hüquqi şəxsin Terapiya şöbəsinin müdiri İddiaçı əmək müqaviləsinə 12 iyun 2023-cü il tarixdə işəgötürən tərəfindən xitam verilmişdir. İddiaçı Dövlətov X5 Rayon Mərkəzi X1 bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməklə əvvəlki işinə (xəstəxanada terapiya şöbəsinin müdiri) bərpa edilməsi tələbi ilə 19 fevral 2024-cü il tarixdə, yəni hüququnun pozulmasının aşkar edildiyi gündən təxminən 08 (səkkiz) ay sonra məhkəməyə müraciət etmişdir ki, bu da ƏM-nin 296-cı maddəsinin tələbi nəzərə alınmaqla belə qənaətəyə gəlməyə əsas verir ki, iddiaçı hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə etməli olduğu halda etməmişdir. Bununla da iddiaçı iddia müddətini ötürmüşüdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Məhkəmə yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərini və işin faktiki halları nəzərə alaraq hesab edir ki, İddiaçının cavabdeh Biləsuvar Rayon Mərkəzi X1 bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməklə əvvəlki işinə (terapiya şöbəsinin müdiri) bərpa edilməsi, məcburi işburaxmağa görə əmək haqqı şəklində və onun vaxtında ödənilmədiyindən yaranmış ödəncə görə təqribən 45388 manat, əldən çıxmış fayda şəklində 35.000 manat, vurulmuş mənəvi ziyana görə 50.000 manat, ümumilikdə 135.766 manat məbləğində pulun Biləsuvar Rayon X10 Hüquqi Şəxsdən alınaraq ona verilməsi tələbinə dair iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
Q Ə T E T D İ:
İddiaçının cavabdeh Biləsuvar Rayon Mərkəzi X1 bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməklə əvvəlki işinə (terapiya şöbəsinin müdiri) bərpa edilməsi, məcburi işburaxmağa görə əmək haqqı şəklində və onun vaxtında ödənilmədiyindən yaranmış ödəncə görə təqribən 45388 manat, əldən çıxmış fayda şəklində 35.000 manat, vurulmuş mənəvi ziyana görə 50.000 manat, ümumilikdə 135.766 manat pulun Biləsuvar Rayon X10 Hüquqi Şəxsdən alınaraq ona verilməsi tələbinə dair iddiası rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
X17