Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-428/2025 19.03.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən Rəsulova Mədinə Camal qızı, X7 məhkəmə-iclas katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Sonradan xasiyyətlərində yaranan uyğunsuzluq səbəbindən həmin nikah Biləsuvar Rayon Məhkəməsinin 18 iyul 2022-ci il tarixli, 2(022)-560/2022 saylı qətnaməsinə əsasən pozulmuşdur. Birgə nikahlarından 30 dekabr 2009-cu il təvəllüdlü X4 və 28 fevral 2011-ci il təvəllüdlü X2 doğulmuşdur. Məhkəmə qətnaməsinə əsasən nikah qeydi pozularkən uşaqların ananın yanında saxlanılması müəyyən edilmişdir. Nikahın pozulmasına dair ərizədə məhkəmədə baxılarkən cavabdeh uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmasından ötrü alimenti könüllü olaraq hər ay ödəyəcəyinə dair söz vermişdir. Bu səbəbdən nikah pozularkən iddiaçı aliment tələb etməmişdir. Cavabdeh ilk əvvəllər öhdəçiliyinə əməl etmiş, sonradan uşaqların maddi təminatı ilə maraqlanmamış, öhdəçiliyini yerinə yetirməmişdir. İddiaçının tələbi: Cavabdeh 30 dekabr 2009-cu il təvəllüdlü X3 və 28 fevral 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmasından ötrü Cavabdeh qazancının 1/3 (üçdə bir) hissəsinin alimentin sabit pul məbləğində tutulması tələbi olaraq tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaya münasibəti: Cavabdeh tərəfindən İddiaçı iddia tələbinə qarşı heç bir yazılı etiraz və ya sənəd daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələblərini və iddia ərizəsində qeyd etdikləri halları təsdiq edərək Cavabdeh hər ay qazancının 1/3 (üçdə bir) hissəsinin alimentin sabit pul məbləğində tutulması tələbi olaraq tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirmişdir ki, cavabdeh iddia tələblərini qəbul edir, məhkəmə qətnaməsinə əsasən müəyyən ediləcək aliment məbləğini ödəməyə razıdır. İddia ərizəsinə əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: AZ- İİ seriyalı 424701 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, 30 dekabr 2009-cu il təvəllüdlü X3 atası Cavabdeh, anası İddiaçıdır. AZ- İİ seriyalı 603034 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, 28 fevral 2011-ci il təvəllüdlü X1 atası Cavabdeh, anası İddiaçıdır. Biləsuvar Rayon Məhkəməsinin 18 iyul 2022-ci il tarixli, 2(022)-560/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 19 dekabr 2008-ci il tarixdə Biləsuvar rayon qeydiyyat şöbəsində 321 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. Lənkəran 1 saylı Mediasiya Təşkilatının MŞL/MT014/2024-00063 nömrəli 22 yanvar 2025-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışa əsasən alimentin sabit pul məbləğində tutulması tələbinə dair mediasiya sessiyasında İddiaçı iştirak etmiş, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. “E-sosial” Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Elektron İnformasiya Sistemindən çıxarışdan görünür ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində çilingər-yığıcı, toxuculuq avadanlığı vəzifəsində işləyir və əmək haqqı 700 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 17-ci maddəsinin 2-ci bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Konvensiya: Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (alimentin sabit pul məbləğində tutulması tələbi) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.1-ci maddəsinə müvafiq olaraq alimentin sabit pul məbləğində tutulması tələbi ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay miqdarda alimentin sabit pul məbləğində tutulması tələbi tutulur: 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görəqazancın (başqa gəlirlərin) yarısı miqdarda alimentin sabit pul məbləğində tutulması tələbi tutulur. "Uşaq Hüquqları Haqqında" Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 9.1.2-ci maddəsinə əsasən alimentin sabit pul məbləğində tutulması tələbi alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli Qərarı. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən alimentin sabit pul məbləğində tutulması tələbi tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 nömrəli Qərarı. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə qeyd edir ki, aliment tələbinin qanuni əsasını Ailə Məcəlləsinin 76.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Həmin nikah Biləsuvar Rayon Məhkəməsinin 18 iyul 2022-ci il tarixli, 2(022)-560/2022 saylı qətnaməsinə əsasən pozulmuşdur. Tərəflərin birgə nikahlarından 30 dekabr 2009-cu il təvəllüdlü X4 və 28 fevral 2011-ci il təvəllüdlü X2 doğulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Məhkəmə hesab edir ki, mübahisə edilən hüquq münasibəti barədə qanuni, əsaslı və ədalətli nəticəyə gəlmək üçün ilk növbədə uşağın üstün maraqları rəhbər tutulmalıdır. Uşaqların “üstün maraqları” konsepsiyası - 20 noyabr 1959-cu il tarixli “Uşaq hüquqları Bəyannaməsi”nin 2-ci maddəsində nəzərdə tutulmuşdur. Bu termindən ilk dəfə 1989-cu ildə BMT-nin “Uşaq Hüquqları Konvensiyası”nın 3-cü maddəsinin 1-ci bəndində istifadə edilmişdir (§19). Uşağın üstün maraqları məsələsi Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq sənədlərdə (İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya - 8-ci maddə) (§17), dövlətdaxili qanunvericilikdə (Azərbaycan Respublikasının Ailə Məcəlləsi – 6, 51, 56, 58, 60-cı maddələr və s.), o cümlədən Avropa İnsan hüquqları Məhkəməsinin presidentlərində (Pençevi Bolqarıstana qarşı işi, Şvitsgebel İsveçrəyə qarşı işi, Çbihi Loudoudi və başqaları Belçikaya qarşı işi və s.) təsbit edilmişdir. Məhkəmə hesab edir ki, mübahisə edilən hüquq münasibəti barədə qanuni, əsaslı və ədalətli nəticəyə gəlmək üçün ilk növbədə uşağın üstün maraqları rəhbər tutulmalıdır. Uşaqların “üstün maraqları” konsepsiyası - 20 noyabr 1959-cu il tarixli “Uşaq hüquqları Bəyannaməsi”nin 2-ci maddəsində nəzərdə tutulmuşdur. Bu termindən ilk dəfə 1989-cu ildə BMT-nin “Uşaq Hüquqları Konvensiyası”nın 3-cü maddəsinin 1-ci bəndində istifadə edilmişdir (§12). Uşağın üstün maraqları məsələsi Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq sənədlərdə (İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya - 8-ci maddə) (§13), dövlətdaxili qanunvericilikdə (Azərbaycan Respublikasının Ailə Məcəlləsi – 6, 51, 56, 58, 60-cı maddələr və s.), o cümlədən Avropa İnsan hüquqları Məhkəməsinin presidentlərində (Pençevi Bolqarıstana qarşı işi, Şvitsgebel İsveçrəyə qarşı işi, Çbihi Loudoudi və başqaları Belçikaya qarşı işi və s.) təsbit edilmişdir. Məhkəmə Cavabdeh rəsmi iş yeri barədə məlumatın olmasını, uşağın mənafeyini və uşaq üçün yaşayış minimumunu nəzərə alaraq qeyd edir ki, birgə nikahdan olan 30 dekabr 2009-cu il təvəllüdlü X3 və 28 fevral 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmasından ötrü Cavabdeh hər ay əmək haqqının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsində alimentin sabit pul məbləğində tutulması tələbiin tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə hesab edir ki, alimentin tutulmasının əvvəli Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixdən, yəni 27 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. 30 dekabr 2009-cu il təvəllüdlü X3 və 28 fevral 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay əmək haqqının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsində alimentin sabit pul məbləğində tutulması tələbi tutularaq İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli 27 yanvar 2025-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №2(022)-428/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-428/2025
19.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver