Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-496/2024 25.04.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X5 oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili, Biləsuvar rayon vəkil bürosunun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı tərəflərin birgə nikahlarından 24 dekabr 2023-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 250 manat sabit pul məbləğində alimentin və ilkin mediasiya sessiyasında iştirakla bağlı çəkilmiş xərcin əvəzi qismində 55 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: 12 mart 2024-cü il tarixdə İddiaçı Cavabdeh qarşı tərəflərin birgə nikahlarından 24 dekabr 2023-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 250 manat sabit pul məbləğində alimentin və ilkin mediasiya sessiyasında iştirakla bağlı çəkilmiş xərcin əvəzi qismində 55 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, göstərdi ki, o və Cavabdeh 2021-ci ildə el adəti üzrə toy edib, faktiki nikaha daxil olmuş, 20 dekabr 2023-cü il tarixdə isə onlar nikahlarını qeydiyyat orqanında qeydə aldırmışlar. Cavabdehlə onun birgə nikahından Zəhra adlı 1 uşağı doğulmuşdur. Onların münasibətləri ilk vaxtlar normal olsa da, sonradan pisləşmiş və Cavabdeh təkidi ilə yaşadıqları evi tərk edib, valideynlərinin yanında yaşamağa başlamışdır. Cavabdeh həmin vaxtdan hazırki tarixədək nə onunla, nə də körpəsi ilə maraqlanmamışdır. Belə ki, onun uşağı hazırda xəstədir və həmin uşağın müalicəsi xərclərini ödəməkdə əziyyət çəkir. Çünki, onun valideynləri də xəstədirlər və heç yerdə işləmirlər. O da azyaşlı körpə uşağına baxdığı üçün heç yerdə işləyə bilmir. Buna görə də o, cavabdehlə birgə nikahından olan uşağın saxlanması üçün cavabdehdən aliment tutulması barədə məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur. Sonda, İddiaçı iddiasının təmin edilərək, cavabdehdən onun xeyrində uşağının saxlanması üçün hər ay 250 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərdi ki, o, İddiaçı ilə faktiki nikaha daxil olub evlənmiş və onlar faktiki nikahlarını 2023-cü ilin dekabr ayında rəsmiləşdirmişlər. Onların birgə rəsmi nikahından bir uşağı doğulmuşdur. O, hesab edir ki, həmin uşağın bioloji atası deyil. Mülki işı məhkəmədə baxılmağa hazırlamaq mərhələsində ona uşağın atalığını mübahisələndirmək hüququnun olduğu izah edilərək məhkəmə iclası təxirə salınsa da, o, uşağın atalığını müəyyən edilməsi üçün təyin ediləcək ekspertiza xərcini ödəməyə maddi imkanı olmadığı üçün hazırki dövrdə atalığı məhkəmə qaydasında mübahisələndirməmək qərarına gəlmişdir. O, fəhləliklə məşğul olur və gündəlik 10-20 manat qazanc əldə edir. Həmin vəsait hesabına o özünü və xəstə anasını dolandırırı. Buna görə də iddiaçı ilə birgə nikahından doğulmuş uşağın saxlanması üçün aliment ödəməyə razı olsa da, iddiaçının tələb etdiyi məbləğdə alimenti ödəmək iqtidarında deyil. Buna görə də o, iddiaçıya hər ay ən çoxu 100-120 manat miqdarında aliment ödəyə bilər. Sonda, Cavabdeh iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin vəkili Vəkil iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri və cavabdehin vəkilini dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan AZ-İİ seriyalı, 582519 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və Cavabdeh 20 dekabr 2023-cü il tarixdə Biləsuvar rayon qeydiyyat şöbəsində nikah bağlamışlar. Mülki iş materiallarına əlavə edilmiş AZ-İV seriyalı, 919947 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 24 dekabr 2023-cü il tarixdə Lənkəran rayonunda doğulmuşdur. Həmin şəhadətnamədə Z.Cavabdeh atası qismində Cavabdeh, anası qismində İddiaçı göstərilmişdir. İşdə olan Biləsuvar rayon İcra Hakimiyyəti başçısının Amankənd kənd inzibati ərazi dairəsi üzrə nümyayəndəliyi tərəfindən verilmiş 11 mart 2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən də Biləsuvar rayonu, Amankənd kəndində yaşayır və onun X4 tərkibdə ailə üzvləri var. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gİlkinri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən, alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» 26 dekabr 2023-ci il tarixli Azərbaycan Respublikası Qanununa görə 2024-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023-cü il tarixli sərəncamına görə minimum aylıq əmək haqqının məbləği 01 yanvar 2023-cü il tarixdən 345 manat həddində müəyyən edilmişdir. Bununla əlaqədar məhkəmə tərəflərin maddi vəziyyətini və cavabdehin maddi vəziyyətinə dair iddiaçı tərəfindən sübutların təqdim edilməməsini, eləcə də cavabdehlə yanaşı iddiaçının da birgə nikahdan olan uşağı saxlamaq vəzifəsini, habelə uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması zərurətini, 2024-cü il üzrə uşaqlar üçün yaşayış minimumunun 235 manat olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün hər ay 180 manat, yəni minimum aylıq əmək haqqı məbləğinin 0,52 misli miqdarında, sabit pul məbləğində aliment tutulmalıdır. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün aliment tutulması barədə məhkəmədə 12 mart 2024-cü il tarixdə iddia qaldırdığına görə aliment həmin vaxtdan tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Azərbaysan Respublikası Mülki-Prosessual Məsəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq, cavabdehdən tutularaq, dövlət nəfinə alınır. Bununla əlaqədar məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya prosesindən keçmək üçün mediasiya qurumuna ödənilmiş vəsaitin əvəzi qismində 55 manat cavabdehdən iddiaçının xeyrinə, həmçinin iddiaçı aliment tələbi üzrə qanunla müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyinə görə, aliment tələbi hissəsində iddia isə qismən təmin edildiyi üçün, iddianın təmin edilmiş məbləğinə münasib olaraq 41 manat 60 qəpik məbləğində pul vəsaiti cavabdehdən dövlət büdcəsi nəfinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. 24 dekabr 2023-cü il tarixdə anadan olmuş X1 üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 180 (bir yüz səksən) manat, yəni minimum aylıq əmək haqqı məbləğinin 0,52 (sıfır tam yüzdə əlli iki) misli miqdarında sabit pul məbləğində aliment tutulsun. X1 üçün alimentin tutulması 12 mart 2024-cü il tarixdən həmin uşaq yetkinlik yaşına çatana qədər müəyyən edilsin. Cavabdeh ilkin mediasiya prosesindən keçmək üçün mediasiya qurumuna ödənilmiş vəsaitin əvəzi qismində 55 (əlli beş) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Cavabdeh iş üzrə dövlət rüsumunun əvəzi qismində 41 (qırx bir) manat 60 (altmış) qəpik məbləğində pul vəsaiti dövlət büdcəsinin nəfinə tutulsun. İddiaçı iddiası qalan hissədə rədd edilsin. Qətnamə aliment tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən 1 (bir) ay müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasiına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №2(022)-496/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-496/2024
25.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver