Məhkəmə qərarları › İş №2(022)-519/2024

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-519/2024

27.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-519/2024 27.03.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə QƏRARA ALDİ: Biləsuvar rayon Məhkəməsinin icraatına daxil olmuş İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə 2(022)-519/2024 nömrəli mülki iş, Biləsuvar Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə 2(022)- 305/2024 nömrəli mülki işlə birlikdə 2(022)-305/2024 nömrə ilə baxılmaqla icraata qəbul edilsin. Mülki işin 2(022)-519/2024 nömrə ilə qeydə alınmasına xitam verilsin. İşin məhkəmə baxışına hazırlıq iclası 29 mart 2024-cü il tarixə saat 11:00-a Biləsuvar Rayon Məhkəməsinin binasına təyin edilsin. İşin məhkəmə baxışına hazırlanması üçün aşağıdakı hərəkətlər edilsin : İddia ərizəsinin surəti cavabdehə təqdim edilsin. İşdə iştirak edən şəxslərə işin icraatı barədə məlumat verilsin. İddianın mahiyyəti barəsində izahat alınsın. Cavabdehin iddiaya qarşı etirazı aydınlaşdırılsın. İşdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələri izah edilsin. Mübahisəni həll etmək üçün İşdə iştirak edən şəxslərin münsiflər məhkəməsinə müraciət etmək hüququ və bu hərəkətlərin nəticələri onlara izah edilsin. İşdə iştirak edən şəxslərin barışması üçün tədbirlər görülsün. Şahidlərin çağırılması məsələsi həll edilsin. Zərurət yarandıqda məhkəmə tapşırıqları göndərilsin. X1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar