Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-538/2024 13.06.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, birgə nikahlarından 22 avqust 2009-cu ildə anadan olmuş X4 və 23 yanvar 2014-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə 235 manat, 2 uşağa görə hər ay sabit pul məbləğində 470 manat alimentin, mediasiya xərcinə görə ödədiyi 55 manat pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında göstərmişdir ki, 2008-ci ildə Cavabdeh ilə el adətinə uyğun olraq ailə həyatı qurmuş və nikahlarını 25 fevral 2010-cu il tarixdə İmişli rayon Qeydiyyat şöbəsində qeyd etdirmişlər. Onların birgə nikahlarından 22 avqust 2009cu il tarixdə X4 və 23 yanvar 2014-cü il tarixdə X7 anadan olmuşdur.Biləsuvar Rayon Məhkəməsinin 25 aprel 2019-cu il tarixli 2(022.)-477/2019 saylı qətnaməsinə əsasən hər uşağın saxlanılmasına görə 100 manat, iki uşağın saxlanılmasına görə ayda 200 manat Cavabdeh alınaraq ona verilməsi qət edilmişdir. Bundan başqa, Biləsuvar rayon məhkəməısinin 25 iyun 2020-ci il tarixli 2(022)-94/2020 saylı qətnaməsinə əsasən onun Cavabdeh ilə İmişli rayon Qeydiyyat Şöbəsində bağlanılmış 25 fevral 2010-cu il tarixdə 96 nömrə ilə qeyd edilmiş nikahları pozulmuş, 22 avqust 2009-cu ildə anadan olmuş X1 və 23 yanvar 2014-cü ildə anadan olmuş X3 onun yanında saxlanılması müəyyən edilmişdir. İmişli rayonunda onu aldadaraq bildirmişlər ki, əgər o, alimentdən imtina etsə ona sosial yardım veriləcəkdir. Buna görə də ərizə təqdim edərək ona kəsilmiş alimentdən imtina etmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, onu aldadıblar, əslində aliment almayan şəxsə yox, aliment alan şəxsə sosial yardı verilir. Buna görə də İmişli rayon İcra və Probasiya şöbəsinə ərizə təqdim edərək alimentdən imtina etmişdir.Hazırda isə yenidən aliment tələbi barədə iddia qaldırmağa zərurət yaranmışdır. Hesab edir ki, alimentin miqdarını müəyyən edərkən məhkəmə 2019-cu ildən aldadılaraq alimentdən imtina etdiyini nəzərə alacaqdır. Mübahisənin məhkəmədən kənar mediasiya prosesində həll edilməsi üçün Cavabdeh təklif göndərilmişdir. Lakin o, təklifi qəbul etsə də, mediasiya prosesinə gəlməmişdir. Qeyd olunanları nəzərə alaraq bir uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün 235 manat, iki uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün ayda cəmi 470 manat cavabdehdən alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan AZ-İİ № 547356 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2009-cu il tarixdə anadan olmuşdur. Uşağın ata adı qrafasında Cavabdeh, ana adı qrafasında isə İddiaçı qeyd olunmuşdur. İş materiallarında olan AZ-İİİ № 255933 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2014-cü il tarixdə anadan olmuşdur. Uşağın ata adı qrafasında Cavabdeh, ana adı qrafasında isə İddiaçı qeyd olunmuşdur. İş materiallarında olan AZ-İ № 359105 saylı X2 Şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı arasında bağlanmış nikaha Biləsuvar rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən 25 iyul 2020-ci il tarixdə xitam verilmişdir. İş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin 2(022)-477/2019 saylı 25 aprel 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh İddiaçı xeyrinə 22 avqust 2009-cu il tarixdə anadan olmuş X1 və 23 yanvar 2014-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər bir uşağa görə 100 (yüz) manat, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin 25 iyun 2020-ci il tarixli 2(022)-94/2020 saylı qətnaməsinin surətindəmn görünür ki, Cavabdeh və İddiaçı arasında İmişli rayon Qeydiyyat Şöbəsində bağlanmış 25 fevral 2010-cu il tarixli 96 nömrəli nikah pozulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli MŞL/MTO14/2024-00336 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, Cavabdeh mediasiya sessiyasının saatı və yeri barədə əvvəlcədən poçt vasitəsilə məlumatlandırılmışdır. Lakin o, mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 55 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan İmişli rayon İcra v Probasiya şöbəsinin 08 noyabr 2019-cu il tarixli icra sənədinə xitam verilməsi haqqında qərarın surətindən görünür ki, Biləsuvar rayon məhkəməsinin 2(022)-477/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə görə 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. AM-in 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də, məhkəmə hesab edir ki, cavabdeh ərizə ilə ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etdiyi üçün aliment həmin vaxtdan tutulmalıdır. Beləliklə, məhkəmə iddiaçı ilə yanaşı cavabdehin də uşağı saxlamaq vəzifəsini, uşaqlar üçün yaşayış minimumunun məbləğini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, tərəflərin birgə nikahından 22 avqust 2009-cu il tarixdə anadan olmuş X1 və 23 yanvar 2014-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay hər bir uşağa görə 100 manat, ayda cəmi 200 manat sabit pul məbləğində aliment müəyyən edilməli və həmin pul cavabdehdən alınıb iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı ilə birgə nikahlarından 22 avqust 2009-cu il tarixdə anadan olmuş X1 və 23 yanvar 2014-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər bir uşağa görə 100 (yüz) manat, ayda cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. Alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablansın. İddia qalan hissədə rədd edilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apellyasiya şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(022)-538/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-538/2024
13.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver