Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-598/2024 06.06.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X7 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı tərəflərin birgə nikahlarından 19 sentyabr 2006-cı il tarixdə doğulmuş X2 və 29 iyun 2009-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 150 manat, cəmi 300 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: 17 aprel 2024-cü il tarixdə İddiaçı Cavabdeh qarşı tərəflərin birgə nikahlarından 19 sentyabr 2006-cı il tarixdə doğulmuş X2 və 29 iyun 2009-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 250 manat, cəmi 500 manat sabit pul məbləğində alimentin və ilkin mediasiya sessiyasında iştirakla bağlı çəkilmiş xərcin əvəzi qismində 60 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdehin birgə nikahlarından 19 sentyabr 2006-cı il tarixdə doğulmuş X2 və 29 iyun 2009-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 150 manat, cəmi 300 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə ünvanladığı iddia ərizəsində göstərmişdir ki, o, 2005-ci ildə ünvan 1kini Cavabdeh ilə ailə həyatı qurmuşdur. Hal-hazırki tarixə kimi onlar qeyri-rəsmi nikahla yaşamışlar. Onların birgə nikahından 19 sentyabr 2006-cı il tarixdə qızları X2 və 29 iyun 2009-cu il tarixdə oğulları X5 anadan olmuşdur və sonuncular hazırda onunla yaşayırlar. O, Cavabdeh ilə ailə həyatı qurduqdan sonra onun həyatı çox mürəkkəb keçmişdir. Belə ki, cavabdeh birgə yaşadıqları müddət ərzində heç bir səbəb olmadan dava-dalaş salmışdır və onların hər günü dava-dalaş içərisində keçmişdir. Cavabdeh onu bir ailə kimi saymamış, onu qəbul etməmiş və hər hansı kiçik sözə görə onu incitmişdir. Buna görə də o, Bakı şəhəri, Xəzər rayon Məhkəməsinə nikahın pozulmsına dair iddia ərizəsi ilə müraciət etmişdir. Onun iddia ərizəsinə baxılaraq, 05 iyun 2023-cü il tarixdə, məhkəmənin 2(003)-1660/2023 saylı qətnaməsin əsasən onun ccavabdehin arasında olan nikah pozulmuşdur. O, həmin vaxt cavabdehdən aliment tələb etməsə də, hazırda ehtiyacı olduğu üçün aliment tələb edir. Onlar ailə qurduqdan sonra bərabər bir evdə yaşamışlar. O, əvvəllər Cavabdeh hərəkətlərinə dözmüş və sonuncunun zamanla sakitləşəcəyini fikirləşmişdir, lakin cavabdeh zamanla daha da aqressivləşərək onu incitmişdir. Cavabdeh 2023-cü ildə onun evdən çıxmasını tələb etsə də, o, cavabdehin tələbinə qarşı çıxmışdır. Buna görə də Cavabdeh özü evdən çıxıb-getmişdir. O, məcburiyyət qarşısında qalıb ayrı evdə yaşayır. Hazırsa o, uşaqları ilə birlikdə Bakı şəhərində yaşayır. O, valideynlərinn ona verdiyi vəsait hesabına uşaqlarını saxlayır. Bu müddət ərzində isə Cavabdeh həmin uşaqların necə yaşaması ilə bağlı maraqlanmamışdır. Sonda, İddiaçı cavabdehdən onun xeyrinə 19 sentyabr 2006-cı il təvəllüdlü X2 və 29 iyun 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 250 manat, cəmi 500 manat sabit pul məbləğində alimentin və ilkin mediasiya sessiyasında iştirakla bağlı çəkilmiş xərcin əvəzi qismində 60 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 29 may 2024-cü il tarixdə İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, növbəti məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini bildirərək, işə onun iştirakı olmadan baxılmasını və iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. 29 may 2024-cü il tarixdə Cavabdeh yazılı ərizə təqdim etməklə, iddianı etiraf edərək bildirmişdir ki, İddiaçı ona qarşı aliment tələbinə dair məhkəmədə iddia qaldırmışdır. O, həmin iddia tələbini tam həcmdə qəbul edir və ondan hər ay hər uşağa görə 150 manat, cəmi 300 manat sabit pul məbləğində alimentin tutulmasına razıdır. Sonda, Cavabdeh iddia tələbinin təmin olunmasına razı olduğunu, həmçinin iddianın etiraf edilməsinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirdi. Həmçinin 29 may 2024-cü il tarixli ərizəsində Cavabdeh şəxsi işləri ilə əlaqədar məhkəmə baxış iclasında iştirak etməyəcəyini bildirərək, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdeh tərəfindən iddianın etiraf edilməsi təsdiq olunmalı və iddia təmin edilməlidir. Belə ki, işdə olan Biləsuvar rayon qeydiyyat şöbəsinin 04 aprel 2024-cü il tarixli, 05/Q-325/69 nömrəli arayışından görünür ki, X4 19 sentyabr 2006-cı il tarixdə Biləsuvar şəhərində doğulmuşdur. Həmin uşağın atası Cavabdeh, anası İddiaçıdır. Mülki iş materiallarına əlavə edilmiş Biləsuvar rayon qeydiyyat şöbəsinin 04 aprel 2024-cü il tarixli, 05/Q-326/69 nömrəli arayışından görünür ki, X5 29 iyun 2009-cu il tarixdə Biləsuvar şəhərində doğulmuşdur. Həmin uşağın atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 2(003)- 1660/2023 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı və Cavabdeh arasında Biləsuvar rayon İsmətli icra nümayəndəliyində 23 fevral 2007-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 9 nömrə ilə qeydə alınmış nikah pozulmuş və tərəflərin birgə nikahından doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X4 və 29 iyun 2009-cu il təvəllüdlü X5 nikah pozulduqdan sonra anaları İddiaçı yanında sxalanmışlar. Mülki iş materiallarına əlavə edilmiş Biləsuvar rayon İcra Hakimiyyəti başçısının İsmətli kənd inzibati ərazi dairəsi üzrə nümyayəndəliyi tərəfindən verilmiş 04 aprel 2024-cü il tarixli, 5-39-9/2-169/2024 nömrəli arayışdan görünür ki, İddiaçı, həqiqətən də, Biləsuvar rayonu, İsmətli kəndində yaşayır. Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gİlkinri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən, alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» 26 dekabr 2023-ci il tarixli Azərbaycan Respublikası Qanununa görə 2024-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023-cü il tarixli sərəncamına görə minimum aylıq əmək haqqının məbləği 01 yanvar 2023-cü il tarixdən 345 manat həddində müəyyən edilmişdir. Bununla əlaqədar məhkəmə tərəflərin maddi vəziyyətini və cavabdehin maddi vəziyyətinə dair iddiaçı tərəfindən sübutların təqdim edilməməsini, eləcə də cavabdehlə yanaşı iddiaçının da birgə nikahdan olan uşaqları saxlamaq vəzifəsini, cavabdehin ondan hər ay hər uşağa görə 150 manat, cəmi 300 manat sabit pul məbləğində alimentin tutulmasına razılığını, habelə uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması zərurətini, 2024-cü il üzrə uşaqlar üçün yaşayış minimumunun 235 manat olmasını nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən iddianın etiraf edilməsi təsdiq edilməli, iddia tələbi təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə yetkinlik yaşına çatmayan uşaqlarının saxlanması üçün hər ay hər uşağa görə 150 manat, yəni minimum aylıq əmək haqqı məbləğinin 0,44 misli miqdarında, cəmi 300 manat sabit pul məbləğində aliment tutulmalıdır. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün aliment tutulması barədə məhkəmədə 17 aprel 2024-cü il tarixdə iddia qaldırdığına görə aliment həmin vaxtdan tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Azərbaysan Respublikası Mülki-Prosessual Məsəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq, cavabdehdən tutularaq, dövlət nəfinə alınır. Bununla əlaqədar məhkəmə hesab edir ki, iddiaçı aliment tələbi üzrə qanunla müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyinə görə, aliment tələbi hissəsində iddia isə tam təmin edildiyi üçün, iddianın təmin edilmiş məbləğinə münasib olaraq 56 manat məbləğində pul vəsaiti cavabdehdən dövlət büdcəsi nəfinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 10-1, 216- 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Cavabdeh tərəfindən iddianın etiraf edilməsi təsdiq edilsin. İddiaçı iddiası təmin edilsin. 19 sentyabr 2006-cı il tarixdə anadan olmuş X2 və 29 iyun 2009-cu il tarixdə anadan olmuş X1 üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 150 (bir yüz əlli) manat, yəni minimum aylıq əmək haqqı məbləğinin 0,44 (sıfır tam yüzdə qırx dörd) misli miqdarında, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulsun. X2 və X1 üçün alimentin tutulması 17 aprel 2024-cü il tarixdən həmin uşaqlar yetkinlik yaşına çatana qədər müəyyən edilsin. Cavabdeh iş üzrə dövlət rüsumunun əvəzi qismində 56 (əlli altı) manat qəpik məbləğində pul vəsaiti dövlət büdcəsinin nəfinə tutulsun. Qətnamə aliment tutulması hissəsində dərhal icra edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №2(022)-598/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-598/2024
06.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver