Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-656/2024 20.06.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X10 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı tərəflərin birgə nikahlarından 10 mart 2022-ci il tarixdə doğulmuş X2 və 30 dekabr 2023-cü il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 250 manat, cəmi 500 manat sabit pul məbləğində alimentin, habelə ilkin mediasiya sessiyasının keçirilməsilə bağlı ödənilmiş vəsaitin əvəzi qismində 55 manat və poçt xərcinin əvəzi qismində 05 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: 29 aprel 2024-cü il tarixdə İddiaçı Cavabdeh qarşı qarşı tərəflərin birgə nikahlarından 10 mart 2022-ci il tarixdə doğulmuş X2 və 30 dekabr 2023-cü il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 250 manat, cəmi 500 manat sabit pul məbləğində alimentin, habelə ilkin mediasiya sessiyasının keçirilməsilə bağlı ödənilmiş 55 manat və poçt xərcinin əvəzi qismində 05 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 29 may 2024-cü il tarixdə Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, bidirmişdir ki, İddiaçı ona qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 mart 2022-ci il təvəllüdlü qızları X3 və 30 dekabr 2023-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay uşaqların hər biri üçün 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində alimentin, mediasıya şurasına ödənilmiş 55 manat məbləğində rüsumun və 5 manat poçt xərcinin ondan tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, iddia tələbini qismən qəbul edir. Belə ki, o, uşaqlarından heç vaxt imtina etməmişdir. İddiaçı və o, 01 iyun 2021-ci il tarixdə el adətinə uyğun toy etməklə ailə həyatı qurmuşdur. Onlar nikahlarını 16 fevral 2022-cı il tarixdə Göyçay rayon qeydiyyat şöbəsində rəsmiləşdirmişlər. Onların böyük qızı doğulduqdan sonra 2022-ci ilin iyul ayında İddiaçı valideynlərinin evinə qonaq getmiş və ondan 3 gün valideynlərinin evində qalmasına icazə istəmişdir. Lakin 3 gündən sonra evə qayıtmayan İddiaçı 6 ay valideynlərinin evində yaşamışdır. O, 14 yanvar 2023-cü il tarixdə iddiaçını valideynlərinin evindən öz yaşdıqları evə gətirsə də, 08 iyul 2023-cü il tarixdə Göyçay rayon mərkəzi xəstəxanasına gedən iddiaçı evə qayıtmayacağını bildirərək, xəstəxanadan çıxıb bacısının evinə getmişdir. İddiaçı geri qayıtmadığı üçün o, aralarında olan nikahın pozulması üçün əvvəl mediatora, sonra məhkəməyə müraciət etmişdir. Lakin işə məhkəmədə baxıldığı dövrdə iddiaçının hamilə olduğu məlum olmuşdur. Buna görə də iş üzrə icraata xitam verilmişdir. O, 06 mart 2024-cü il tarixdə iddiaçının ünvanına poçt vasitəsi ilə 100 manat məbləğində pul və uşaqları üçün paltar göndərmişdir. Lakin İddiaçı hər iki göndərişi qəbul etməkdən imtina edərək, həm pulu, həm də bağlamanı ona geri qaytarmışdır. O, uşaqları ilə həmişə maraqlanmışdır. İddiaçının onun uşaqları ilə maraqlanmadığı barədə iddia ərizəsində göstərdikləri həqiqətə uyğun deyil. Bundan başqa, o, rəsmi olaraq heç bir yerdə işləmir və iş axtarmaq üçün yerli məşğulluq orqanına müraciət etmişdir. O, hazırda anası və qardaşımın 3 nəfərdən ibarət ailəsi ilə birlikdə yaşayır. Onuna anası təqaüdçüdür, qardaşı isə fərdi əməklə məşğul olur. Ailəsində başqa qazanc gətirən yoxdur. Onun iddiaçının tələb etdiyi miqdarda aliment ödəməyə maddi imkanı yoxdur. Bundan əlavə, uşaqları saxlamaq hər iki valideynin borcudur və iddiaçının bu yükün hamısını onun öhdəsinə qoyması düzgün deyil. İddiaçı uşaqları maddi cəhətdən təmin edə bilmirsə, o, böyük qızını yanında saxlamağa razıdır. Həmçinin iddiaçı 55 manat məbləğində mediasiya xərcinin və 5 manat poçt xərcinin ondan tutulmasını tələb edir. Qanunvericilikdə isə mediasiya xərci 50 manat məbləğində müəyyən edilmişdir, poçt xərcinin ödənilməsi isə nəzərdə tutulmamışdır. Buna görə də o, iddia tələbinin qismən, yəni hər uşaq üçün 110 manat məbləğində alimentin tutulması hissəsində təmin edilməsi barədə qətnamə qəbul etməsini istəyir. Sonda, Cavabdeh iddianın qismən qəbul edilərək, hər ay hər uşağa görə ondan 110 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək göstərdi ki, o, 2021-ci ildə Göyçay şəhər sakini Cavabdeh ilə faktiki nikah münasbətlərinə daxil olmuş və onlar nikahlarını 2022-cı ildə rəsmiləşdirmişlər. Onunla cavabdehin birgə nikahından 2 qızı doğulmuşdur. O, 2023-cü ilə qədər cavabdehlə birlikdə yaşasa da, qaynanasının təzyiqi və müdaxiləsi nəticəsində onlar 2023-cü ildə ayrılmışlar və həmin vaxtdan hal-hazıradək ayrı ünvanlarda yaşayırlar. O, hazırda Biləsuvar rayonu, İsmətli kəndində valideynləri ilə birlikdə yaşayır və birgə nikahdan doğulmuş hər iki uşağı onun yanındadır. Onlar faktiki olaraq ayrıldığı vaxtdan indiyə qədər Cavabdeh uşaqlarının necə yaşaması ilə maraqlanmamışdır. O, yalnız valideynlərinin və digər ailə üzvlərinin ona verdiyi maddi dəstək hesabına hazırda uşaqlarını böyüdür. Birgə yaşadıqları dövrdə cavabdeh öz ailə üzvləri ilə birlikdə kənd təsərrrüfatı ilə məşğul olmuşdur. Ailənin gəlirləri ümumi olduğuna və həmin qazanca keçmiş qaynanası sərəncam verdiyinə görə o, ərinin konkret qazancının məbləğini bilmir. Sonda, İddiaçı cavabdehdən onun xeyrinə 10 mart 2022-ci il təvəllüdlü X2 və 30 dekabr 2023-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 250 manat, cəmi 500 manat sabit pul məbləğində alimentin, habelə ilkin mediasiya sessiyasında iştirakla bağlı çəkilmiş xərcin əvəzi qismində 55 manat və poçt xərcinin əvəzi qismində 05 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan AZ-İV seriyalı, 714566 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 10 mart 2022-ci il tarixdə Göyçay şəhərində doğulmuşdur. Həmin uşağın atası Cavabdeh, anası İddiaçıdır. Mülki iş materiallarına əlavə edilmiş AZ-İV seriyalı, 956255 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 30 dekabr 2023-cü il tarixdə Göyçay şəhərində doğulmuşdur. Həmin uşağın atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş Biləsuvar rayon İcra Hakimiyyəti başçısının İsmətli kənd inzibati ərazi dairəsi üzrə nümyayəndəliyi tərəfindən verilmiş 23 aprel 2024-cü il tarixli, 5-39-9/2-201/2024 nömrəli arayışdan görünür ki, İddiaçı, həqiqətən də, Biləsuvar rayonu, İsmətli kəndində yaşayır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gİlkinri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən, alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» 26 dekabr 2023-ci il tarixli Azərbaycan Respublikası Qanununa görə 2024-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023-cü il tarixli sərəncamına görə minimum aylıq əmək haqqının məbləği 01 yanvar 2023-cü il tarixdən 345 manat həddində müəyyən edilmişdir. Bununla əlaqədar məhkəmə tərəflərin maddi vəziyyətini və cavabdehin maddi vəziyyətinə dair iddiaçı tərəfindən sübutların təqdim edilməməsini, eləcə də cavabdehlə yanaşı iddiaçının da birgə nikahdan olan uşaqları saxlamaq vəzifəsini, tərəflərinin azyaşlı uşaqlarının yaşını və iddiaçının hazırda heç yerdə işləmədiyini, habelə uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması zərurətini, 2024-cü il üzrə uşaqlar üçün yaşayış minimumunun 235 manat olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə yetkinlik yaşına çatmayan uşaqlarının saxlanması üçün hər ay hər uşağa görə 175 manat, yəni minimum aylıq əmək haqqı məbləğinin 0,51 misli miqdarında, cəmi 350 manat sabit pul məbləğində aliment tutulmalıdır. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün aliment tutulması barədə məhkəmədə 29 aprel 2024-cü il tarixdə iddia qaldırdığına görə aliment həmin vaxtdan tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Azərbaysan Respublikası Mülki-Prosessual Məsəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq, cavabdehdən tutularaq, dövlət nəfinə alınır. Bununla əlaqədar məhkəmə hesab edir ki, iddiaçı aliment tələbi üzrə qanunla müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyinə görə, aliment tələbi hissəsində iddia isə tam təmin edildiyi üçün, iddianın təmin edilmiş məbləğinə münasib olaraq 62 manat məbləğində pul vəsaiti cavabdehdən dövlət büdcəsi nəfinə tutulmalıdır. Həmçinin Azərbaysan Respublikası Mülki-Prosessual Məsəlləsinin 115.0.9-cu maddəsinə əsasən, məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə sırasına daxildir. Bununla əalqədar məhkəmə hesab edir ki, ilkin mediasiya prosesindən keçmək üçün mediasiya qurumuna ödədiyi vəsaitin əvəzi qismində 55 manat məbləğində pul vəsaiti və habelə bildirişlərin göndərilməsi üçün iddiaçının çəkdiyi poçt xərcinin əvəzi qismində 05 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 10-1, 216- 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. 10 mart 2022-ci il tarixdə anadan olmuş X2 və 30 dekabr 2023-cü il tarixdə anadan olmuş X1 üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 175 (bir yüz yetmiş beş) manat, yəni minimum aylıq əmək haqqı məbləğinin 0,51 (sıfır tam yüzdə əlli bir) misli miqdarında, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutulsun. X2 və X1 üçün alimentin tutulması 29 aprel 2024-cü il tarixdən həmin uşaqlar yetkinlik yaşına çatana qədər müəyyən edilsin. Cavabdeh iş üzrə dövlət rüsumunun əvəzi qismində 62 (altmış iki) manat qəpik məbləğində pul vəsaiti dövlət büdcəsinin nəfinə tutulsun. İş üzrə ilkin mediasiya prosesindən keçmək üçün mediasiya qurumuna ödənilmiş vəsaitin əvəzi qismində 55 (əlli beş) manat və bildirişlərin göndərilməsi üçün iddiaçının çəkdiyi poçt xərcinin əvəzi qismində 05 (beş) manat, cəmi 60 (altmış) manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddiaçı iddiası qalan hissədə rədd edilsin. Qətnamə aliment tutulması hissəsində dərhal icra edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №2(022)-656/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-656/2024
20.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver