Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Biləsuvar rayonu İş № 2(022)-674/2024 06.05.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X2, Kreditor Biləsuvar şəhəri T.İsmayılov küçəsi ev 43-də yaşayan xx xxxxxx 1969-cu il tarixdə Biləsuvar şəhərində anadan olmuş Borclu qarşı pul tələbi barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM: Kreditorun məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, Borclu ilə Kreditor arasında bağlanmış 30 iyul 2023-cü il tarixli kredit müqaviləsinə əsasən Kreditor Borclu “Kond AUX” markalı kondisioneri satmağı, Borclu isə hissə-hissə ödəmək şərti ilə 2023-cü ilin avqust ayından 2025-ci ilin yanvar ayınadək hər ayın 30-da ayda 70 manat ilmaqla, ümumilikdə 1260 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. Kreditor öhdəliklərini icra etməklə Borclu “Kond AUX” markalı kondisioneri satmasına baxmayaraq, Borclu hər ay razılaşdırılmış məbləğdə pulu tam ödəməmiş, ümumi borcundan cəmi 294 manat ödəmiş, öhdəliklərin yerinə yetirilməsindən birtərəfli olaraq imtina etmişdir.Bununla da onun əsas borc üzrə 966 manat, cərimə borcu üzrə 100 manat məbləğdə borcu yaranmışdır.Odur ki, Borclu 30 iyul 2023-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borca görə 966 (doqquz yüz altmş altı) manat, cərimə borcuna görə 100 (yüz) manat, cəmi 1066 (min altmış altı) manat və ödənilmiş dövlət rüsumuna görə 100 (yüz) manat pulun alınıb kreditora verilməsi haqqında məhkəmə əmri qəbul edilməsini xahiş etmişdir. Ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, Kreditor borcun tutulması tələbi aşkardır. Həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə və sadə yazılı formada bağlanmış əqdə əsaslanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 276-cı maddəsinə əsasən məhkəmə əmri verilə bilər. İş materiallarında olan 1824 saylı kredit müqaviləsindən görünür ki, kreditor borcluya “Kond AUX” markalı kondisioneri 1260 manata 18 ay müddətinə hər ay 70 manat ödəmək şərtilə satmış, borclu isə həmin borcu 2023-cü ilin avqust ayından 2025-ci ilin yanvar ayına kimi hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. MM-in 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Kreditor məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 100 manat məbləğində pul vəsaiti də borcludan kreditorun xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 275, 276, 280-282 və 284-cü maddələrini rəhbər tutaraq Ə M R E T D İ M: Borclu Biləsuvar şəhəri T.İsmayılov küçəsi ev 43-də yaşayan, xx xxxxxx 1969-cu il tarixdə Biləsuvar şəhərində anadan olmuş Borclu Kreditor xeyrinə 30 iyul 2023-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borca görə 966 (doqquz yüz altmş altı) manat, cərimə borcuna görə 100 (yüz) manat, cəmi 1066 (min altmış altı) manat və ödənilmiş dövlət rüsumuna görə 100 (yüz) manat məbləğində pul vəsaiti tutulsun. Borclu məhkəmə əmrinin aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı Biləsuvar Rayon Məhkəməsini yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Məhkəmə əmri icra sənədi hesab edilir. X4
Məhkəmə qərarları › İş №2(022)-674/2024
Biləsuvar Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(022)-674/2024
06.05.2024 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver