Məhkəmə qərarları › İş №2(022)-681/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-681/2025

24.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-681/2025 24.04.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X6 qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh X6 qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh X7 ilə birgə nikahlarından xx.xx.2022-ci ildə doğulmuş X8 və xx.xx.2024-cü ildə doğulmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanılmasından ötrü hər ay hər bir uşaq üçün 250 manat, cəmi 500 manat aliment tutulması və mediyasiya şurasına ödənilmiş 60 mant məbləğində rusumun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə dəqiqləşmə ərizəsi verərək iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2021-cü ildə Lənkaran rayon sakini X10 ilə ailə həyatı qurmuşdur. Onlar qeyri-rəsmi nikahda olmuşlar.O, cavabdehlə birlikdə Lənkaran rayonunda yaşamış, sonra Rusiyada yaşamışlar. Onların qeyri rəsmi nikahından 06 oktyabr 2022-ci il tarixdə X8 və 22 sentyabr 2024-cü il tarixdə X9 anadan olmuşdur. Onlar ailə qurduqları vaxtdan 2024-cü il tarixə kimi bərabər bir yerdə yaşamışlar.Lakin birgə yaşadıqları müddət ərzində aralarında tez-tez narazılıqlar olmuş, sonra aralarında baş vermiş narazılıqla əlaqədar olaraq Samirdən ayrılaraq başqa bir ünvanda yaşayır. Halhazırda övladları ilə bərabər Biləsuvar rayonunda yaşayır. O, hal-hazırda heç bir yerdə işləmir, valdeynlərinin köməkliyi hesabına övladlarını saxlayır və bu vaxta kimi cavabdeh övladları ilə maraqlanmamışdır.Hazırki iddia tələbi ilə bağlı ilkin olaraq Mediyasiya şurasına müraciət etmişdir.Cavabdeh təyin edilmiş ilkin mediyasiya sessiyasında iştirak etmişdir.Mediator tərəfindən ilkin mediyasiya sesiyasının davam etməməsi barədə arayış verilmişdir.Ona görə də uşaqlarının saxlanılmasından ötrü hər ay sabit pul məbləğində hər bir uşaq üçün 250 manat, cəmi 500 manat alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X10 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məlumat vermədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İV № 815547 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2022-ci il tarixdə anadan olmuşdur. Uşağın ata adı qrafasında X11, ana adı qrafasında isə İddiaçı qeyd olunmuşdur. İş materiallarında olan AZ-V № 010375 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2024-cü il tarixdə anadan olmuşdur. Uşağın ata adı qrafasında X10, ana adı qrafasında isə İddiaçı qeyd olunmuşdur. İş materiallarında olan AZ-İ № 440906 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, vətəndaş X11 06 oktyabr 2022-ci ildə vətəndaş İddiaçı doğulmuş X4 atası hesab edilmişdir. İş materiallarında olan AZ-İ № 470964 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, vətəndaş X10 xx.xx.2024-cü ildə vətəndaş İddiaçı doğulmuş X5 atası hesab edilmişdir. İş materiallarında olan xx.xx.2025-xx.xx.2025-ci il tarixli MŞL/MT014/2025-00155 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışından görünür ki, X10 və İddiaçı ilkin mediasiya sesiyasında iştirak emişlər, İddiaçı sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikasının Qanununa" görə 2025-ci il üçün uşaqların yaşayış minimumu 246 (iki yüz qırx altı) manat müəyyən edilmişdir. Məhkəmə belə hesab edir ki, tərəflərin birgə yaşayışlarından xx.xx.2022-ci il tarixdə doğulmuş X2 və xx.xx.2024-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla minimum əmək haqqı nəzərə alınmaqla hər ay 0,41 (sıfır tam yüzdə qırx bir) misli miqdarında sabit pul məbləğində aliment cavabdeh X3 alınaraq İddiaçı verilməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarını hərtərəfli və tam şəkildə araşdıraraq, iddiaçı ilə yanaşı, cavabdehin də uşağı saxlamaq vəzifəsini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, tərəflərin birgə nikahlarından xx.xx.2022-ci il tarixdə doğulmuş X2 və xx.xx.2024-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla minimum aylıq əmək haqqı məbləğinin hər ay 0,41 (sıfır tam yüzdə qırx bir) misli miqdarında sabit pul məbləğində aliment cavabdeh X3 alınaraq İddiaçı verilməlidir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh ərizə ilə ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etdiyi üçün aliment həmin vaxtdan tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı cavabdeh X10 ilə birgə nikahlarından xx.xx.2022-ci il tarixdə doğulmuş X2 və xx.xx.2024-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşlarına çatana kimi saxlanılmalarından ötrü hər ay hər bir uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla minimum aylıq əmək haqqı məbləğinin 0,41 (sıfır tam yüzdə qırx bir) misli miqdarında sabit pul məbləğində aliment cavabdeh X3 alınaraq İddiaçı verilsin. Alimentin tutulması xx.xx.2025-ci il tarixdən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apellyasiya şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar