Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Biləsuvar rayonu İş № 2(022)-792/2023 02.06.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, ünvan 1 ünvanında yaşayan Kreditor Biləsuvar rayonu Aşağı Cürəli kəndində qeydiyyatda olan, xx xxxxx 1992-ci il tarixdə Biləsuvar rayonu Aşağı Cürəli kəndində doğulmuş Borclu qarşı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş borc qismində 1.350 manat, cərimə qismində 150 manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat, cəmi 1.600 manat məbləğində pul vəsaiti tələbi barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: Kreditorun məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, Borclu ilə Kreditor arasında bağlanmış 28 noyabr 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən Kreditor ümumi dəyəri 1.700 manat olan “Samsung” markalı televizoru 200 manat ilkin ödəniş ödənildikdən sonra, 15 ay müddətində hissə-hissə ödəmək şərtilə borcluya satmışdır. Lakin borclu aldığı məhsula görə cəmi 150 manat məbləğində ödəniş etsə də, ödənişlərin ödənilməsi üçün müəyyən edilmiş müddətin keçməsinə baxmayaraq, hazırda 1.350 manat təşkil edən qalıq borcunu ödəməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 3.1.5-ci bəndinə əsasən cədvəldə göstərilən müddətdə malın pulu ödənilmədikdə mal alan hər gecikdirlmiş gün üçün malın dəyərinin 2 faiz miqdarında cərimə ödəməlidir. Nəticədə borclunun kreditora 1.350 manat məbləğində qalıq borcu, 150 manat isə cərimə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, Kreditor borcun qaytarılması tələbi aşkardır. Həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə və sadə yazılı formada bağlanmış əqdə əsaslanır. Belə olan halda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 276-cı maddəsinə əsasən məhkəmə əmri verilə bilər. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1 maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Buna görə və Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Kreditor məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 100 manat məbləğində pul vəsaiti də borcludan kreditorun xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 275, 276, 280-282. və 284-cü maddələrini rəhbər tutaraq, ƏMR ETDİM: Biləsuvar rayonu Aşağı Cürəli kəndində qeydiyyatda olan, xx xxxxx 1992-ci il tarixdə Biləsuvar rayonu Aşağı Cürəli kəndində doğulmuş Borclu Kreditor xeyrinə 28 noyabr 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş borc qismində 1.350 (bir min üç yüz əlli) manat, cərimə qismində 150 (bir yüz əlli) manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 (bir yüz) manat, cəmi 1.600 (bir min altı yüz) manat məbləğində pul vəsaiti tutulsun. Borclu məhkəmə əmrinin aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı Biləsuvar Rayon Məhkəməsini yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Məhkəmə əmri icra sənədi hesab edilir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №2(022)-792/2023
Biləsuvar Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(022)-792/2023
02.06.2023 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver