Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-793/2023 18.07.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı avabdeh Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, azyaşlı - 03 may 2011-ci il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən hər ay onun xeyrinə bir uşaq üçün 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək göstərdi ki, Biləsuvar Rayon Məhkəməsinin 2(022)-50/2022 saylı, 31 yanvar 2022-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilərək, X6 və İddiaçı arasında 24 avqust 2011-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Kəngərli rayon Qeydiyyat Şöbəsində 91 nömrə ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2011-ci il tarixdə anadan olmuş X13 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X8 anaları X3 yanında saxlanılmaları, xx.xx.2011-ci il tarixdə anadan olmuş X7 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X8 ondan alınıb iddiaçı X4 verilməsi, xx.xx.2011-ci il tarixdə anadan olmuş X13 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X8 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin ondan alınıb X4 verilməsi, alimentin tutulmasının xx.xx.2011-ci il tarixdə anadan olmuş X13 və xx.xx.2015ci il tarixdə anadan olmuş X8 ondan alınıb iddiaçı X4 verildiyi gündən etibarən həmin uşaqların yetkinlik yaşına çatana qədər müəyyən edilməsi qət edilmişdir. Biləsuvar Rayon Məhkəməsinin 2(022) -1153/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək, 03 may 2011-ci il tarixdə doğulmuş X7 onun yanında saxlanılması, Biləsuvar Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli 2(022)-50/2022 saylı qətnaməsinə əsasən 03 may 2011-ci il tarixdə doğulmuş X1 üçün ondan X3 xeyrinə aliment tutulması barədə öhdəçiliyə uşaq faktiki olaraq atanın yanında qaldığı müddətdən etibarən xitam verilməsi qət edilmişdir. Həmin vaxt hər iki övladı dindirilmiş və onun yanında qalmaq istədikləri deyilsə də, uşaqların hər ikisi cavabdehə verilmişdir.Biləsuvar Rayon Məhkəməsinin 2(022)-50/2022 saylı, 31 yanvar 2022-ci il tarixli qətnaməsi qüvvəyə mindikdən sonra icra edilməsi üçün Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, qızı Zəhra cavabdehə verilsə də, oğlu Yusif getməmiş və onun yanında qalmışdır. Yusif onun himayəsində olduğu halda o, cavabdehə Yusif üçün də aliment ödəyirdi. Daha sonra məhkəməyə müraciət edərək, hər iki övladının onun himayəsinə verilməsi və alimentə xitam verilməsini məhkəmədən xahiş etmiş, Biləsuvar Rayon Məhkəməsinin 2(022) -1153/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Yusifi qətnamə ilə tam şəkildə öz himayəsinə aldıqdan sonra Yusif üçün olan alimentə xitam verilmişdir. Hal-hazırda Yusif onun və qızı Zəhra isə cavabdehin himayəsindədir.O, qızı üçün cavabdehin xeyrinə 120 (bir yüz iyirmi) manat aliment ödəyir. O, cavabdehə təklif etmişdir ki, Yusif onun himayəsindədir və ona verdiyi aliment pulundan imtina etsin. Çünki Yusifə o, Zəhraya isə cavabdeh baxır. Lakin o, bundan imtina etdi. Çox kobud şəkildə ona aliment verməli olduğunu bildirdi.O, məhkəməyə müraciət etmədən öncə Salyan 1 saylı Mediasiya Təşkilatına müraciət etmiş, Salyan 1 saylı Mediasiya Təşkilatı tərəfindən ona İlkin medasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayış verildi və cavavdeh mediasiyaya gəlmədiyi üçün həmin arayış əsasında məhkəməyə müraciət edə biləcəyi izah olundu. Heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə bocludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Odur ki, 03 may 2011-ci il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən hər ay onun xeyrinə bir uşaq üçün 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh X6 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı məhkəmədə ona qarşı xx.xx.2011-ci il tarixdə doğulmuş X9 görə sabit pul məbləğində hər ay 220 manat məbləğində alimentin tutlması tələbinə dair iddia qaldırmışdır.İddia ərizəsindən göründüyü kimi onların arasında olan xx.xx.2011-ci il tarixli nikah məhkəmə qaydasında pozulmuşdur. Həmin vaxt Biləsuvar rayon Məhkəməsinin 2(022)-50/2022 saylı qətnaməsi ilə xx.xx.2011-ci il tarixdə doğulmuş X7 və xx.xx.2015-ci il tarixdə doğulmuş X8 onun yanında saxlanılması və hər uşağa görə 120 manat olmaqla alimentin İddiaçı tutularaq ona verilməsi müəyyən edilmişdir. Lakin həmin məhkəmə qərarının icrası zamanı İddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməyərək, xx.xx.2011-ci il tarixdə doğulmuş X10 ona verməmiş, daha sonra məhkəmədə uşaq tələbi ilə iddia qaldırmışdır. Məhkəmə həmin mülki işin baxılması zamanı İddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməməsini nəzərə almadan Yusifin atası ilə qalması və ona nisbətdə aliment öhdəçiliyinə xitam verilməsinə dair xx.xx.2022-ci il tarixli 2(022)- 1153/2022 saylı qətnamə qəbul etmişdir. Hazırda İddiaçı Yusifin yetkinlik yaşına çatmasına qədər hər ay 220 manat alimentin ondan alınmasına dair məhkəmədə iddia qaldırmışdır. Belə ki, oğlu Yusif atası tərəfindən ona göstərilmiş şiddətdən bezərək, bir müddət əvvəl qaçıb onun yanına gəlmişdir. Tərəfindən uşağın onunla saxlanılmasına dair mediasiya prosesi başladıqdan sonra İddiaçı icra işi üzrə xitam qərarının olmasına baxmayaraq, icra məmurunun vasitəsilə oğlu Yusifə fiziki güc tətbiq etməklə, ondan alıb aparmışıdır. İddiaçı indiyədək cəmi 200 (iki yüz) manat aliment ödəmişdir. Qeyd etdiyi əsaslara görə A. Rəsulovun iddia ərizəsi baxılmamış saxlanılmalı və o mediasiya prosesini aidiyyat qaydalarına uyğun keçirdikdən sonra yenidən ümumi əsaslar üzrə məhkəməyə müraciət etməlidir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının və cavabdehin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Biləsyvar rayon məhkəməsinin 31 yanvar 2022-ci il tarixli 2(022)-50/2022 sayl qətnaməsindən görünür ki, iddia təmin edilmiş, X6 və İddiaçı arasında 24 avqust 2011-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Kəngərli rayon Qeydiyyat Şöbəsində 91 nömrə ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2011-ci il tarixdə anadan olmuş X13 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X8 anaları X3 yanında saxlanılması, 03,05.2011-ci il tarixde anadan olmuş X13 və xx.xx.2015-ci İl tarixdə anadan olmuş X8 cavabdeh İddiaçı alınıb iddiaçı X4 verilməsi, xx.xx.2011-ci il tarixdə anadan olmuş X7 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X8 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin cavabdeh İddiaçı alınıb X4 verilməsi qət edilmişdir. İş materiallarında olan Biləsyvar rayon məhkəməsinin 18 noyabr 2022-ci il tarixli 2(022)-1153/2022 sayl qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X4 qarşı uşaqların onun yanında qalması və aliment öhdəçiliyinə xitam veriləməsi tələbinə dair iddiası qismən təmin edilmiş, 03 may 2011-ci il tarixdə doğulmuş X7 atası İddiaçı yanında saxlanılması, Biləsyvar rayon məhkəməsinin 31 yanvar 2022-ci il tarixli 2(022)-50/2022 saylı qətnaməsinə əsasən 03 may 2011-ci il tarixdə doğulmuş X1 üçün İddiaçı X3 xeyrinə aliment tutulması barədə öhədəçiliyə uşaq faktiki olaraq atanın yanında qaldığı müddətdən etibarən xitam verilməsi qət edilmişdir. İş materiallarında olan AZE seriyalı № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Rəsulov X11 şəhəri M.Müşfiq küçəsi ev 8-də qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Kərimova X5 şəhəri M.Müşfiq küçəsi ev 11-də qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli MŞS/MT-028/2023/0167A saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, X6 mediasiya sessiyasının saatı və yeri barədə əvvəlcədən poçt vasitəsilə məlumatlandırılmışdır.X2 mediasiya sessiyasında iştirak etməmişdir.İddiaçı mediasiya sessiyasında iştirak etmiş və 55 manat mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Həmin Məcəllənin 75.1-ci maddəsinin tələbinə görə qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıbyaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsin əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. İşin müəyyən edilmiş hallarından görünür ki, Biləsyvar rayon məhkəməsinin 31 yanvar 2022-ci il tarixli 2(022)-50/2022 sayl qətnaməsi ilə xx.xx.2011-ci il tarixdə anadan olmuş X7 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X8 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin cavabdeh İddiaçı alınıb X4 verilməsi qət edilmişdir. İş mateiriallarında olan Biləsyvar rayon məhkəməsinin 18 noyabr 2022-ci il tarixli 2(022)-1153/2022 sayl qətnaməsindən görünür ki, 03 may 2011-ci il tarixdə doğulmuş X7 atası İddiaçı yanında saxlanılması, Biləsyvar rayon məhkəməsinin 31 yanvar 2022-ci il tarixli 2(022)-50/2022 saylı qətnaməsinə əsasən 03 may 2011-ci il tarixdə doğulmuş X1 üçün İddiaçı X3 xeyrinə aliment tutulması barədə öhədəçiliyə uşaq faktiki olaraq atanın yanında qaldığı müddətdən etibarən xitam verilmişdir. Yuxarıda qeyd olunan məhkəmə qətnamələri ilə müəyyən olunur ki, 03 may 2011-ci il tarixdə doğulmuş X13 atası İddiaçı yanında yaşayır. İddiaçı tələbində uşaqlardan biri Rəsulzadə Yusifin onun yanında yaşaması, cavabdehlə birgə nikahlarından doğulmuş digər uşağın, yəni Rəsulzadə Zəhranın isə anası X3 yanında yaşamasını və həmin uşağın saxlanması üçün 120 manat aliment ödəməsini əsas gətirməklə cavabdehin onun yanında yaşayan Yusif adlı uşağın saxlanması üçün də ona aliment ödəməli olduğunu göstərmişdir. Lakin tərəflərin izahatı ilə müəyyən olunur ki, cavabdeh X6 gəlir gətirən hər hansı fəaliyyətlə məşğul olmur. Bundan əlavə, iddiaçı cavabdehin qazancı barədə məhkəməyə heç bir məlumat təqdim etməmişdir. Belə olan halda məhkəmə belə hesab edir ki, hazırkı vəziyyətdə iddiaçının onun yanında yaşayan Yusif adlı uşağın saxlanması üçün uşağın anası Yeganə Rəsulovadan aliment tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı 03 may 2011-ci il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən hər ay onun xeyrinə 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X15
Məhkəmə qərarları › İş №2(022)-793/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-793/2023
18.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver