Məhkəmə qərarları › İş №2(022)-848/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-848/2023

08.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-848/2023 08.08.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İlkin İddiaçı Cavabdeh qarşı aliment miqdarının azaldılması tələbinə dair ilkin və qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qarşı alimentin miqdarının artırılması qarşılıqlı iddia tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2009-cu ildə anadan olmuş X3 və xx.xx.2010-cu il tarixdə anadan omuş X4 yetkinlik yaşına çatan kimi saxlanılmasları üçün hər ay İddiaçı qazancının 1/3 hissəsi miqdarında, habelə hər ay hər uşağa görə 70 manat cəmi 140 manat miqdarında alimentin cavabdeh İddiaçı alınaraq Cavabdeh verilməsi haqda Biləsuvar rayon məhkəməsinin 2(022)-411/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə müəyyən edilmiş aliment məbləğinin azldılaraq yalnız hər ay İddiaçı qazancının 1/3 hissəsi miqdarında alimentin alınaraq Cavabdeh verilməsi və qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı iddia ərizəsi ilə müraciət edərək, İddiaçıla birgə nikahlarından doğulan 19 mart 2009-cu il təvəllüdlü X3 və 09 sentyabr 2010-cu il təvəllüdlü X4 yetkinli yaşına çatanadək saxlanması üçün Biləsuvar Rayon Məhkəməsinin 2 (022)-411/2022 saylı, 05 may 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilən alimentin məbləğinin artırılaraq, hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat məbləğdə müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddiasını müdafiə edərək və qarşılıqlı iddianı qəbul etməyərək bildirmişdir ki, Cavabdeh ilə aralarındada olan nikah Biləsuvar rayon Məhkəməsinin 12 iyun 2018-ci i! tarixli 2(022)-709/2018 saylı qətnaməsi əsasında pozulmuş və həmin qətnaməyə əsasən xx.xx.2009-cu il tarixdə anadan olmuş X7 və xx.xx.2010-cu il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılmasından ötəri bir uşağa görə 85 manat olmaqla iki uşağa görə 170 manat alimentin alınaraq Cavabdeh verilməsi qət edilmişdir.Sonradan cavabdeh Şahbazova X5 rayon Məhkəməsinin 12 iyun 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin artırılması haqqında iddia ərizəsi ilə müraciət etmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli 2(022)- 411/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, birgə nikahlarından doğulmuş Sahil və Samir adlı uşaqaların yetkinlik yaşına çatana kimi saxlanılmasından ötəri hər ay onun qazancının 1/3 hissəsi miqdarında, habelə hər ay hər uşağa görə 70 manat cəmi 140 manat miqdarında alimentin alınaraq X2 verilməsi qət etməklə alimentin məbləği artırılmışdır.O, rəsmi nikaha girməklə yenidən ailə həyatı qurmuş, həmin nikahdan xx.xx.2023-cü il tarixdə Yusif adlı bir övladı olmudur. Həyat yodaşı heç bir yerdə şləmir. Ailənin yeganə qazanc gətriəni odur.O, Bitki Mühafizəsi idarəsində mexanizator işləyir, aylıq əmək haqqı 408 manat təşkil edir.Həmin qazancın 1/3 hissəsi və eyni zamanda sabit pul məbləğində 140 manat məhkəmə qətnaməsinə əsasən cavabdehin xeyrinə tutulur. Bundan başqa ona verilən əlavələrdən- Qurban bayramı və eləcədə digər mükafatlarından tutulur. Bu tutulmalardan sonra o, aylıq əmək haqqı kimi 120 manat pul alır.Qeyd etdiyi kimi o, işəlyir, iş saatı gün ərzində qanunla 8 saat təşkil edir. İş səhər saat 9:00 başlayır və saat 18:00 -da başa çatır. 8 saat işlədikdən sonra o, əlavə olaraq heç bir yerdə işləmir. Əvvəla fiziki baxımdan artıq o, bir insan kimi yorulur və bundan başqa axşam saatlarında o, haradan iş tapısın ki, əlavə işləyib qazanc əldə etsin. Qeyd etdiyi kimi yenidən ailə qurmuş və bu nikahdan 1 uşağı vardır. Məhkəmə qətnaməsində aylıq qazancından və eləcə də eyni zamanda sabit pul məbləğində alimentin tutulması onun yenidən qurrmuş olduğu ailənin saxlanılması üçün bütün imkanlarını mədudlaşdırır.120 manat məbləğində əmək haqqı ilə o və yeni doğulmuş uşağın təminatını qəti olaraq ödəyə bilmir. Odur ki, məhkəmə qətmanəsi ilə müəyyən edilmiş aliment məbləğinin konkret olaraq onun aylıq qazacına yönəldilməsi daha ədalətli olardı. Sonda İddiaçı xx.xx.2009-cu ildə anadan olmuş X3 və xx.xx.2010-cu il tarixdə anadan omuş X4 yetkinlik yaşına çatan kimi saxlanılmasları üçün hər ay İddiaçı qazancının 1/3 hissəsi miqdarında, habelə hər ay hər uşağa görə 70 manat cəmi 140 manat miqdarında alimentin cavabdeh İddiaçı alınaraq Cavabdeh verilməsi haqqında Biləsuvar rayon məhkəməsinin 2(022)-411/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə müəyyən edilmiş aliment məbləğinin azldılaraq yalnız hər ay İddiaçı qazancının 1/3 hissəsi miqdarında alimentin alınaraq Cavabdeh verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddianı müdafiə edərək bildirmişdir ki, hazırki qarşılıqlı iddia tələbi üzrə cavabdeh olan Buludov X1 Rayon Məhkəməsində ona qarşı iddia qaldıraraq, birgə nikahlarından 19 mart 2009-cu ildə doğulan Buludov Sahilin və 09 sentyabr 2010-cu ildə doğulan Buludov Samirin yetkinlik yaşına çatanadək saxlanması üçün Biləsuvar Rayon Məhkəməsinin 2 (022)-411/2022 saylı, 05 may 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilən aliment məbləğinin azaldılması barədə qətnamə çıxarılmasını tələb etmişdir.Bununla bağlı bildirir ki, əvvəla həmin iddia tələbi tamamilə əsassızdır. Ona görə ki, o, heç yerdə işləmir və heç bir qazancı yoxdur. Cavabdeh isə rəsmi əmək fəaliyyəti ilə məşğul olmaqla yanaşı, həm də qeyri-rəsmi olaraq fərdi əmək fəaliyyəti ilə məşğul olur və kifayət qədər qazanc əldə edir. Lakin o, ona qarşı qərəzli olduğuna görə, uşaqlarına aliment ödəmək istəmir, buna görə də qazancını məqsədli şəkildə gizlədir. Cavabdeh rəsmi əmək haqqının 1/3 hissəsi və hər uşaq üçün 70 manat sabit pul məbləğində olmaqla, 2 uşaq üçün cəmi 287 manat aliment ödəyir. Halbuki 2023-cü ilin yanvar ayından başlayaraq uşaqların saxlanması üçün alimentin minimum məbləği hər uşaq üçün 220 manat müəyyən edilmişdir. Deməli 2 uşağın saxlanması üçün alimentin minimal məbləği 440 manatdır. İddiaçı verdiyi aliment məbləği isə uşaqların minimal ehtiyaclarını belə ödəmir.Uşaqlar böyüdükcə onların maddi və mənəvi ehtiyacları da artır. Hazırda uşaqların birinin 14, digərinin isə 15 uaşı var. Onların hər ikisi məktəbdən kənar məşğələ kurslarına gedirlər və onların hər biri üçün ayda 90 manat olmaqla, cəmi 180 manat vəsait ödəyir. Bundan başqa, Samir adlı kiçik uşağı gözdən əlildir və Zərifə Əliyeva adına göz xəstəxanasında qeydiyyatdadır. Hər 6 aydan bir onu müayinə və müalicə üçün həmin xəstəxanaya aparır. Samirin müalicəsinə də külli miqdarda əlavə xərc tələb olunur. Lakin atası bu xərclərin heç birində iştirak etmir. Buna görə də o, uşaqlarının ehtiyaclarını təmin etmək üçün yaxın qohumlarına müraciət etməyə məcbur olur. Uşaqların bütün maddi və mənəvi ehtiyacları indiyədək atası tərəfindən ödənilib. Lakin hazırda atası da yaşlanıb və heç yerdə işləmir. Buna görə də hazırda atasının da onlara yardım etmək imkanı yoxdur. Uşaqların atası İddiaçı isə onların nə təlim-tərbiyəsində, nə də maddi ehtiyaclarının ödənilməsində iştirak etmir. Haİbuki, Ailə Məcəlləsinin 55-ci, 58-ci və 75-ci maddələrinə əsasən o, uşaqlarının təlim-tərbiyəsində, maddi və mənəvi ehtiyaclarının ödənilməsində bir valideyn olaraq iştirak etməyə borcludur. Belə olan halda iki uşağın təkbaşına saxlanması, onların maddi və mənəvi təminatlarının ödənilməsi onun üçün olduqca çətindir və mümkün deyildir. Bundan başqa, qeyd etdiyi kimi, "Yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü ilin yanvar ayının 1dən uşaqlar üçün yaşayış minimumu 220 manat müəyyən edilmişdir. Deməli hazırda hər bir uşağın fiziki olaraq mövcudluğunu təmin etmək üçün tələb olunan minimal məbləğ 220 manatdır. İki uşağın saxlanması üçün tələb olunan minimal məbləğ isə 440 manatdır. Cavabdeh İddiaçı isə hazırda, iki uşağın saxlanmäsı üçün ona cəmi 287 manat aliment ödəyir. Buna görə də hesab edir ki, cavabdeh İddiaçı ödəməli olduğu alimentin məbləği artırılaraq 440 manata çaldırılmalıdır.Sonda Cavabdeh İddiaçıla birgə nikahlarından doğulan 19 mart 2009-cu il təvəllüdlü X3 və 09 sentyabr 2010-cu il təvəllüdlü X4 yetkinli yaşına çatanadək saxlanması üçün Biləsuvar Rayon Məhkəməsinin 2 (022)-411/2022 saylı, 05 may 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilən aliment məbləğinin artırılaraq, hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat məbləğdə müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddia ərizələrini və işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ilkin və qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli qətnaməsinə əsasən Biləsuvar rayon məhkəmısinin 12 iyun 2018-ci il tarixli 2(022)- 709/2018 nömrəli qətnaməsi ilə uşağın saxlanılması üçün tutulması qət edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2009-cu ildə anadan olmuş X3 və xx.xx.2010-cu il tarixdə anadan omuş X4 yetkinlik yaşına çatan kimi saxlanılmasları üçün hər ay İddiaçı qazancının 1/3 hissəsi miqdarında, habelə hər ay hər uşağa görə 70 manat cəmi 140 manat miqdarında alimentin cavabdeh İddiaçı alınaraq Cavabdeh verilməsi müəyyən edilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasının MŞL/MT014/2023-01212 saylı xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı və Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmişlər, lakin, mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər.Həmçinin İddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 55 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan Biləsuvar rayon BMFM-nin 19 iyun 2023-cü il tarixli 3-22-1- 10-2 saylı arayışından görünür ki, İddiaçı BMFM-də traktorçu işləyir və aylıq əmək haqqı 408 manatdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da (8.2-ci bənd) izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi, qazanca malik olmaması və ya az gəlirli olması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən olunur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi, əvvəllər müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi yalnız Ailə Məcəlləsinin 112.1-ci maddəsində qeyd olunmuş tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olduğu halda mümkündür. Hazırkı iş üzrə iddiaçı Şahbazova X5 Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli qətnaməsi ilə aliment məbləği müəyyən edildikdən sonra ötən müddət ərzində müəyyən edilmiş hazırkı aliment məbləğinin artırılması üçün əsas ola biləcək, tərəflərin ailə və maddi vəziyyətində baş vermiş dəyişikliklərlə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı, İddiaçı istinad etdiyi hallar, yəni onun yeni ailə həyatı qurması, başqa heç bir yerdən əlavə gəlirinin olmaması uşağın əvvəlki təminatının azaldılması qəanətinə gəlməyə əsas vermir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarını hərtərəfli və tam şəkildə araşdıraraq, yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması və qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qarşı alimentin miqdarının artırılması tələbi barədə iddiaları rədd edilməlidir. MPM-in 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bununla əlaqədar məhkəmə hesab edir ki, iddia rədd edildiyinə görə iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İlkin İddiaçı Biləsuvar rayon məhkəməsinin 2(022)-411/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin azaldılması tələbinə dair iddiası rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı Biləsuvar Rayon Məhkəməsinin 2 (022)-411/2022 saylı, 05 may 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilən alimentin məbləğinin artırılması tələbinə dair qarşılıqıl iddiası rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar