Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-937/2024 13.08.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi vəkil X2, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Sabunçu rayon məhkəməsinin 14 aprel 2016-ci il tarixli 2(008)-3979/2016 saylı qətnaməsinə əsasən xx.xx.2009-cu ildə doğulmuş Arifin saxlanması üçün cavabdehdən xeyrinə tutulması müəyyən olunmuş hər ay 117 manat məbləğində alimentin miqdarının hər ay 235 manat məbləğinə dəyişdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi vəkil X5 məhkəmə iclasında iddianı müdafiə edərək göstərmişdir ki, Sabunçu rayon məhkəməsinin 14 aprel 2016-ci il tarixli qətnaməsinə əsasən tərəflərin birgə nikahlarından 12 oktyabr 2009-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh sabit pul məbləğində 117 manat aliment tutulması qət edilmişdir.Hazırda iddiaçının maddi vəziyyəti həddən artıq ağırdır. Uşağın 15 yaşı vardır. Hər ay cavabdeh tərəfindən verilən 117 manat pul vəsaiti 15 yaşlı uşağın tələbatını təmin etmir.Uşaq məktəbli olmaqla tələbatları gündən günə artır. Belə ki, cavabdeh 2019-cu ildən aliment ödəmir. İddiaçı uşağın paltar və dərsliklərini belə ala bilmir. Uşağı saxlamaqda çətinlik çəkir. İddiaçının səhhətində problemlər vardır.Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa görə Azərbaycan Respublikasında uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir. Sonda iddiaçının nümayəndəsi Sabunçu rayon məhkəməsinin 14 aprel 2016-ci il tarixli 2(008)-3979/2016 saylı qətnaməsinə əsasən xx.xx.2009-cu ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən tutulması müəyyən olunmuş hər ay 117 manat məbləğində alimentin miqdarının hər ay 235 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi X4 məhkəmə iclasında iddianı tələbini qəbul etmədiyini, cavabdehin hazırda yenidən ailə həyatı qurduğunu və həmin nikahdan da üç övladının olmasını, ona görə də təyin olunmuş alimenti çox çətinliklə ödədiyini və çətin maddi durumda olmasını əsas gətirərək iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ № 536672 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2009-cu il tarixdə anadan olmuşdur. Uşağın ata adı qrafasında Cavabdeh, ana adı qrafasında İddiaçı yazılmışdır. İş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin 14 aprel 2016-ci il tarixli 2(008)-3979/2016 saylı icra vərəqəsindən görünür ki, 12 oktyabr 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 117 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan ilkin mediasiya şurasının xx.xx.2024-cü il tarixli MŞL/MT014/2024-00823 saylı arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı mediasiya sessiyasında iştirak etməklə 55 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (AM) 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə görə 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Beləliklə, məhkəmə işin faktiki hallarını - uşağın maddi tələbatının artması, iddiaçı ilə yanaşı cavabdehin də uşağı saxlamaq vəzifəsini, uşağın sağlam şəkildə və layiqli qaydada yaşamının təmin edilməsinin zəruriliyini, habelə 2024-cü il üzrə uşaqlar üçün yaşayış minimunun səviyyəsini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, Sabunçu rayon məhkəməsinin 14 aprel 2016-ci il tarixli 2(008)-3979/2016 saylı qətnaməsi dəyişdirlərək, 12 oktyabr 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 117 manat miqdarında müəyyən edilmiş alimentin miqdarı artırılaraq 12 oktyabr 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməlidir. İddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Sabunçu Rayon Məhkəməsinin 14 aprel 2016-ci il tarixli 2(008)-3979/2016 saylı qətnaməsi ilə 12 oktyabr 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 117 manat miqdarında müəyyən edilmiş alimentin miqdarı artırılaraq 12 oktyabr 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apellyasiya şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(022)-937/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-937/2024
13.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver