Məhkəmə qərarları › İş №2(022)-943/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-943/2023

24.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-943/2023 24.08.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2017-ci il tarixdə doğulmuş X9 adlı, xx.xx.2019-cu il tarixdə doğulmuş X14, xx.xx.2023-cü il tarixdə doğulmuş X6 adlı övladlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər uşağa görə hər ay üçün sabit pul məbləğində 220 (iki yüz iyirmi) manat miqdarında alimentin tutulmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında göstərmişdir ki, o, cavabdehlə 2015-ci ildə ailə quraraq, rəsmi nikaha girmədən yaşamışlar.Birgə nikahlarından xx.xx.2017-ci il tarixdə X9, xx.xx.2019-cu il tarixdə X14 və xx.xx.2023-cü il tarixdə X6 adlı övladları dünyaya gəlmişdir. Cavabdeh uşaqların atalığının müəyyən edilməsi ilə bağlı qeydiyyat orqanında ərizə yazmış və uşaqlarının atası olmasını etiraf etmişdir. Artıq xeyli vaxtdır ki, faktiki olaraq ayrılmışlar və cavabdeh övladları ilə maraqlanmır. Hazırda o, övladları ilə birgə Biləsuvar rayonunda yaşayır. Bu gün övladlarının saxlanılması üçün cavabdehdən alimentin tutulması zəruridir. Bu övladlarının qanunvericiliklə təsbit edilmiş hüququdur.O, cavabdehə aralarında olan aliment tələbi üzrə mübahisənin məhkəmədən kənar, mediasiya yolu ilə həll edilməsinə dair təklif verərək mediasiya prosesini başlatsa da mediasiya prosesində mübahisənin həlli ilə bağlı bir nəticə əldə edilməmişdir. Odur ki, Cavabdeh xx.xx.2017-ci il tarixdə doğulmuş X4, xx.xx.2019-cu il tarixdə doğulmuş X10 və xx.xx.2023-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa görə hər ay sabit pul məbləğində 220 (iki yüz iyirmi) manat miqdarında alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Biləsuvar RİHB-nın Nəsimi kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndliyinin xx.xx.2023-cü il tarixli 5-39-12/2-736/2023 saylı arayışından görünür ki, Mahmudova X7 rayonu Nəsmi kəndində qeydiyyatdadır. İş materiallarında olan AZ-İ № 349954 saylı atalığın müıyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 25 iyun 2017-ci ildə İddiaçı doğulmuş X2 atası hesab olunmuşdur. İş materiallarında olan AZ-İV № 133310 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2017-ci il tarixdə anadan olmuşdur. Uşağın ata adı qrafasında Cavabdeh, ana adı qrafasında isə İddiaçı qeyd olunmuşdur. İş materiallarında olan AZ-İ № 363380 saylı atalığın müıyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 11 yanvar 2019-cu ildə İddiaçı doğulmuş X10 atası hesab olunmuşdur. İş materiallarında olan AZ-İV № 206107 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2019-cu il tarixdə anadan olmuşdur. Uşağın ata adı qrafasında Cavabdeh, ana adı qrafasında isə İddiaçı qeyd olunmuşdur. İş materiallarında olan AZ-İ № 438620 saylı atalığın müıyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 11 fevral 2023-cü ildə İddiaçı doğulmuş X1 atası hesab olunmuşdur. İş materiallarında olan AZ-İV № 833301 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2023-cü il tarixdə anadan olmuşdur. Uşağın ata adı qrafasında Cavabdeh, ana adı qrafasında isə İddiaçı qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli MŞL/MT014/2023-01447 saylı Mediasiya Şurasının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasının saatı və yeri barədə əvvəlcədən poçt vasitəsilə məlumatlanmışdır. Həmçinin İddiaçı 55 manat məbləğində mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2023-cü ildə yaşayış minimumu haqqında» 09 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa görə 2023-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. AM-in 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh ərizə ilə ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etdiyi üçün aliment həmin vaxtdan tutulmalıdır. Beləliklə, məhkəmə iddiaçı ilə yanaşı cavabdehin də uşağı saxlamaq vəzifəsini, uşaqlar üçün yaşayış minimunun məbləğini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, tərəflərin birgə nikahlarından xx.xx.2017-ci il tarixdə doğulmuş X4, xx.xx.2019-cu il tarixdə doğulmuş X10 və xx.xx.2023-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər bir uşağa görə 80 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment müəyyən edilməli və həmin pul cavabdehdən alınıb iddiaçıya verilməlidir. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Ona görə də məhkəmə hesab edir ki, iddia ərizəsi verilərkən mediasiya üçün xərclənmiş pul vəsaitinin bir hissəsinin əvəzi qismində 45 manat məbləğində pul vəsaiti cavabdehdən alınıb iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏ T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2017-ci il tarixdə doğulmuş X4, xx.xx.2019-cu il tarixdə doğulmuş X10 və xx.xx.2023-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər bir uşağa görə 80 (səksən) manat olmaqla, cəmi ayda 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment alınıb iddiaçı X5 verilsin. Alimentin tutulması xx.xx.2023-cü il tarixdən müəyyən edilsin. İddiaçı X8 tərəfindən Mediasiya üçün xərclənmiş pul vəsaitinin əvəzi qismində 45 (qırx beş) manat məbləğində pul vəsaiti Cavabdeh alınıb iddiaçı X5 verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə alimentin tutulması hissədində dərhal icra edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar