Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-965/2023 10.10.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5411/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək onunla cavabdeh Əsgərova (Bayramova) Aynur Əli qızının rəsmi nikahından doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək hər ay aylıq qazancın 1/6 hisəssi miqdarında alimentin tutularaq cavabdeh Əsgərova (Bayramova) Aynur Əli qızına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Əsgərova (Bayramova) Aynur Əli qızı ilə xx.xx.2019-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Həmin nikahdan xx.xx.2020-ci il təvəllüdlü X10 anadan olmuşdur. Əvvəllər münasibətləri yaxşı olsa da, sonralar tərəflər araşında ailə münasibətləri korlandığına görə 2021-ci il tarixində Əsgərova (Bayramova) Aynur Əli qızı nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-5411/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək İddiaçı ilə X11 arasında olan Sumqayıt "ASAN xidmət" mərkəzi qeydiyyat şöbəsində xx.xx.2019-cu il tarixdə bağlanmış 2428 nömrə ilə qeyd edilmiş nikah qeydinin pozulması, nikahın pozulmasından sonra tərəflərin birgə nikahlarından olan yetkinlik yaşına çatmayan X5 anası X6 himayəsinə verilməsi, İddiaçı xx.xx.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşma çatanadək hər ay aylıq qazancın ¼ hisəssi miqdarında alimentin xx.xx.2021-ci il tarixdən başlayaraq tutulub X7 verilməsi qət edilmişdir.O, xx.xx.2022-ci il tarixdə X3 ilə rəsmi nikaha daxil olmuş, həmin nikahdan xx.xx.2023-cü il təvəllüdlü X9 anadan olmuşdur. Hazırda Sumqayıt şəhər məhkəməsi tərəfindən digər nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X2 görə qazancının ¼ hissəsində tutulan alimentin miqdarı hazırki nikahından doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X1 problemlər yaradır. Ona görə də Sumqayıt şəhər məhkəməsinin 2(060)-5411/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək onunla cavabdeh Əsgərova (Bayramova) Aynur Əli qızının rəsmi nikahından doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşma çatanadək hər ay aylıq qazancının 1/6 hisəssi miqdarında alimentin tutularaq cavabdeh Əsgərova (Bayramova) Aynur Əli qızına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəməyə etiraz ərizəsi göndərərək göstərmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5411/2021 saylı 14 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə birgə nikahdan anadan olmuş X5 yetkinlik yaşma çatanadək saxlanılması üçün İddiaçı aylıq qazancının ¼ hissəsi miqdarında alimentin tutulması qət edilmişdir.Hazırda İddiaçı alimentin onun qazancının 1/6 hissəsindən tutulması barədə iddia ərizəsi ilə müraciət etmişdir. Qanunun tələbinə görə bir uşaq üçün aliment aylıq qazancın ¼ hissəsi miqdarında müəyyən edilmiş və qanunla 1/6 hissədə alimentin tutulması nəzərdə tutulmamışdır. Alimentin tutulması barədə qətnamə qanuni qüvvəsini aldıqdan sonra onun dəyişdirilməsi və ya azad olması üçün tərəflərin maddi vəziyyətində dəyişiklik olmalı və bununla bağlı sübut təqdim edilməlidir. Hazırkı iş üzrə aliment iddiaçıdan sabit pul məbləğində deyil, iddiaçının əmək haqqına nisbətdə tutulmuşdur. Ona görə də İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5411/2021 saylı, 14 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi barədə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, iddia tələbini müdafiə etdiyini və onun iştirakı olmadan işə baxılıb iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq, iddia tələbini qəbul etmədiyini, iddia tələbinin rədd olunmasını və məhkəmə iclasına onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizələrini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(060)-5411/2021 nömrəli qətnaməsi ilə İddiaçı xx.xx.2020-ci ill təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay aylıq qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında alimentin xx.xx.2021-ci il tarixdən başlayaraq tutulub X7 verilməsi müəyyən edilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasının MŞL/MT014/2023-01218 saylı xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X11 ilkin mediasiya sessiyasında iştirak etməmişdir.Həmçinin İddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 55 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında (8.2-ci bənd) izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi, qazanca malik olmaması və ya az gəlirli olması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən olunur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi, əvvəllər müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi yalnız Ailə Məcəlləsinin 112.1-ci maddəsində qeyd olunmuş tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olduğu halda mümkündür. İddiaçı maddi vəziyyətində əmələ gələn dəyişikliyi yeni nikaha daxil olması və həmin nikahdan bir nəfər uşağının olması ilə əsaslandırmışdır. Məhkəmə belə hesab edir ki, iddiaçının istinad etdiyi hal, yəni iddiaçının yenidən başqa bir şəxslə nikaha daxil olması və həmin nikahdan bir nəfər uşağının doğulması onun maddi vəziyyətinin pisləşməsinə səbəb olan hal kimi qiymətləndirilə və məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin iddiaçının qazancının 1/6 hissədə müəyyən edilməsi qənaətinə gəlməyə əsas vermir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarını hərtərəfli və tam şəkildə araşdıraraq, yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddiası rədd edilməlidir. MPM-in 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5411/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının dəyişdirilərək onunla cavabdeh Əsgərova (Bayramova) Aynur Əli qızının rəsmi nikahından doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşma çatanadək hər ay aylıq qazancın 1/6 hisəssi miqdarında alimentin tutularaq cavabdeh Əsgərova (Bayramova) Aynur Əli qızına ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X12
Məhkəmə qərarları › İş №2(022)-965/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-965/2023
10.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver