Məhkəmə qərarları › İş №2(022)-980/2025

Biləsuvar Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(022)-980/2025

06.05.2025 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Biləsuvar rayonu İş № 2(022)-980/2025 06.05.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X1, Kreditor Biləsuvar rayonu Xırmandalı kəndində yaşayan, xx.xx.1987-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş Borclu qarşı pul tələbi barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM: Kreditorun məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, o, Biləsuvar şəhərində yaşayır. Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyatdan keçməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olur və buna dair VOEN-ni də vardır. Əsasən o,məişət əşyalarının satışı ilə məşğul olur. 24 avqust 2024-cü ilin tarixdə borclu onunla malın nisyə alqı- satqısına dair müqavilə bağlamaqla ondan 850 (səkkiz yüz əlli) manat dəyərində “MOTO G24” markalı mobil telefonu nisyə almışdır. Aralarında tərtib edilmiş ödəmə cədvəlinə əsasən borclu hər ay yəni 12 ay müddətinə 71 manat pulu ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu malı nisyə aldıqdan sonra ümumiyyətlə götürdüyü malın pulunu ödəməkdən imtina etdi. Dəfələrlə borcludan ona olan borcunun ödənilməsini tələb etsə də üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Aralarında olan müqaviləyə görə borclu hər gecikdirilən günə görə ona ödənilməyən məbləğin 0,1% -ni pul ödəməli idi. Hazırda borclu müqavilə üzrə 8 aydır ki, yəni 240 gündür borcu gecikdirir və borcunu ödəmir. Ödənilməyən əsas məbləğ 850 (səkkiz yüz əlli) manat, 85 qəpik edir. Hazırda onun müqavilə üzrə gecikdirməyə görə, yəni 240 günə görə pul öhdəliyi 204 manat təşkil edir. Ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, Kreditor borcun tutulması tələbi aşkardır. Həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə və sadə yazılı formada bağlanmış əqdə əsaslanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 276-cı maddəsinə əsasən məhkəmə əmri verilə bilər. İş materiallarında olan 24 avqust 2024-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, kreditor borcluya “Moto g24” markalı mobil cihazı 850 manata 12 ay müddətinə hər ay 71 manat ödəmək şərtilə satmış, borclu isə həmin “Moto g24” markalı mobil cihazı üçün 12 ay müddətinə hər ay 71 manat borcunu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 275, 276, 280-282 və 284-cü maddələrini rəhbər tutaraq Ə M R E T D İ M: Borclu Biləsuvar rayonu Xırmandalı kəndində yaşayan, xx.xx.1987-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş Borclu Kreditor xeyrinə 24 avqust 2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən “MOTO G24” markalı mobil cihaza görə əsas borc üzrə 850 (səkkiz yüz əlli) manat, cərimə borcuna görə 85 (səksən beş) manat, cəmi 935 (doqquz yüz otuz beş) manat məbləğində pul vəsaiti tutulsun. Borclu məhkəmə əmrinin aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı Biləsuvar Rayon Məhkəməsini yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Məhkəmə əmri icra sənədi hesab edilir. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar