Məhkəmə qərarları › İş №2(022)-996/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-996/2025

02.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-996/2025 02.07.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən Rəsulova Mədinə Camal qızı, X9 məhkəmə-iclas katibliyi ilə, İddiaçının Cavabdeh qarşı “aliment tələbi” barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı Cavabdeh ilə 29 noyabr 2007-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan 02 oktyabr 2007-ci il təvvəlüdlü X8, 04 may 2010-cu il təvəllüdlü X11 və 22 fevral 2013-cü il təvəllüdlü X10 adlı 3 azyaşlı övladları vardır. Əvvəllər münasibətləri normal olsa da sonradan münasibətləri kəskin şəkildə pisləşmişdir. Onun ailəyə laqeyd münasibəti, uşaqlarına qayğı göstərməməsi onların ailəsinin dağılmasına səbəb olmuşdur. Biləsuvar rayon məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(022)-570/2021 saylı qətnaməsi ilə aralarında bağlanmış 29 noyabr 2007-ci il tarixli 324 nömrəsi ilə qeydə alınmış nikahları pozulmuşdur. Birgə yaşadıqları dövrdə və ayrıldıqdan sonra da o ailəsinə heç bir qayğı göstərməmişdir. Hazırda uşaqların hər üçü ananın himayəsində yaşayır və İddiaçı heç bir yerdə işləmədiyi üçün onlara təkbaşına baxmaqda çətinlik çəkir. Cavabdeh fərdi biznes fəaliyyəti ilə məşğuldur. Cavabdeh ilə birgə yaşadıqları dövrdə iddiaçıya məlum olan aylıq qazancı 1000-1100 (min – min yüz) manat olmuşdur. İddiaçının tələbi: Birgə nikahdan doğulmuş 02 oktyabr 2007-ci il təvvəlüdlü X3, 04 may 2010-cu il təvəllüdlü X7 və 22 fevral 2013-cü il təvəllüdlü X2 üçün hər uşağa görə, hər ay sabit pul məbləğində 100 (yüz) manat, cəmi 300 (üç yüz) manat miqdarında alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaya münasibəti: Cavabdeh tərəfindən İddiaçı iddia tələbinə qarşı heç bir yazılı etiraz və ya sənəd daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı 30 iyun 2025-ci il tarixli məhkəmənin hazırlıq iclasında iddia ərizəsində göstərilən xüsusatlar üzrə izahat verərək, iddia tələbinin təqiqləşdirilməsi barədə ərizə təqdim etmiş, 02 oktyabr 2007-ci il təvvəlüdlü X3, 04 may 2010-cu il təvəllüdlü X7 və 22 fevral 2013cü il təvəllüdlü X2 üçün hər uşağa görə, hər ay sabit pul məbləğində 100 (yüz) manat, cəmi 300 (üç yüz) manat miqdarında alimentin Cavabdeh tutularaq ona verilməsi, bununla da iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı 01 iyul 2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən təkrarən məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Biləsuvar Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(022)-570/2021 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında Biləsuvar sayon Qeydiyyat Şöbəsində bağlanmış 29 noyabr 2007-ci il tarixli 324 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, 02 oktyabr 2007-cı il tarixdə doğulmuş X6, 04 may 2010-cu il tarixdə doğulmuş X7 və 22 fevral 2013-cü il tarixdə doğulmuş X4 (Мирзаев Канан Сарварович) anaları İddiaçı yanında saxlanılması qət edilmişdir. AZ-İ seriyalı, 382382 nömrəli “Nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasındakı nikah Biləsuvar Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, bu barədə 29 noyabr 2021-ci il tarixdə, 94 nömrəli akt qeydi ilə Biləsuvar Rayon Qeydiyyat Şöbəsində qeyd edilmişdir. AZ-İİİ seriyalı 493559 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, 02 oktyabr 2007-ci il təvvəlüdlü X3 atası Cavabdeh, anası İddiaçıdır. AZ-İİİ seriyalı 493560 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, 04 may 2010-cu il təvəllüdlü X7 atası Cavabdeh, anası İddiaçıdır. İİİ-AP seriyalı 803428 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, 22 fevral 2013-cü il təvəllüdlü X5 atası Cavabdeh, anası İddiaçıdır. Lənkəran 1 saylı Mediasiya Təşkilatının MŞL/MT014/2025-00363 nömrəli 09 aprel 2025-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışın surətindən görünür ki, aliment tələbinə dair mediasiya sessiyasında İddiaçı iştirak etmiş, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 17-ci maddəsinin 2-ci bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Konvensiya: Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.1-ci maddəsinə müvafiq olaraq aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay miqdarda aliment tutulur: 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görəqazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı məbləğində. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; "Uşaq Hüquqları Haqqında" Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalaRəna müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli Qərarı. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 nömrəli Qərarı. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, aliment tələbinin qanuni əsasını Ailə Məcəlləsinin 76.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Cavabdeh İddiaçı ilə 29 noyabr 2007-ci il tarixdə Biləsuvar Rayon Qeydiyyat Şöbəsində nikaha daxil olmuş, bu barədə 324 nömrəli akt qeydi edilmişdir. Biləsuvar Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(022)-570/2021 saylı qətnaməsinin ilə, Cavabdeh ilə İddiaçı arasında Biləsuvar sayon Qeydiyyat Şöbəsində bağlanmış 29 noyabr 2007-ci il tarixli 324 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, 02 oktyabr 2007-cı il tarixdə doğulmuş X6, 04 may 2010-cu il tarixdə doğulmuş X7 və 22 fevral 2013-cü il tarixdə doğulmuş X4 (Мирзаев Канан Сарварович) anaları İddiaçı yanında saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Məhkəmə hesab edir ki, mübahisə edilən hüquq münasibəti barədə qanuni, əsaslı və ədalətli nəticəyə gəlmək üçün ilk növbədə uşağın üstün maraqları rəhbər tutulmalıdır. Uşaqların “üstün maraqları” konsepsiyası - 20 noyabr 1959-cu il tarixli “Uşaq hüquqları Bəyannaməsi”nin 2-ci maddəsində nəzərdə tutulmuşdur. Bu termindən ilk dəfə 1989-cu ildə BMT-nin “Uşaq Hüquqları Konvensiyası”nın 3-cü maddəsinin 1-ci bəndində istifadə edilmişdir (§19). Uşağın üstün maraqları məsələsi Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq sənədlərdə (İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya - 8-ci maddə) (§17), dövlətdaxili qanunvericilikdə (Azərbaycan Respublikasının Ailə Məcəlləsi – 6, 51, 56, 58, 60-cı maddələr və s.), o cümlədən Avropa İnsan hüquqları Məhkəməsinin presidentlərində (Pençevi Bolqarıstana qarşı işi, Şvitsgebel İsveçrəyə qarşı işi, Çbihi Loudoudi və başqaları Belçikaya qarşı işi və s.) təsbit edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarına əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə qiymət verilməli, bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (§24). “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8- 2/2016 saylı qərarının 8.2-ci bəndində göstərilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır qaşU“) hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Qeyd edilənlərə əsasən, məhkəmə Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları 02 oktyabr 2007-ci il təvvəlüdlü X3, 04 may 2010-cu il təvəllüdlü X7 və 22 fevral 2013-cü il təvəllüdlü X2 üçün hər ay, hər uşağa görə sabit pul məbləğində 100 (yüz) manat, cəmi 300 (üç yüz) manat miqdarında alimentin tutularaq iddiaçı İddiaçı ödənilməsini uşaqların və tərəflərin maraqlarına nəzərən məqsədəmüvafiq hesab edir. Məhkəmə işin hallarına, qanunvericiliyin sadalanan normalarına əsaslanaraq qeyd edir ki, iddia tələbi təmin edilməli, 07 may 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan 02 oktyabr 2007-ci il təvvəlüdlü X3, 04 may 2010-cu il təvəllüdlü X7 və 22 fevral 2013-cü il təvəllüdlü X1 üçün Cavabdeh iddiaçı İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə həmçinin, hesab edir ki, aliment tutulmasının əvvəli Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixdən, yəni 07 may 2025-ci il tarixdən hesablanmalı və qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Məhkəmə xərcləri: Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsində məhkəmə xərclərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı tələb olmadığından həmin məbləğl iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. 07 may 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan 02 oktyabr 2007-ci il təvvəlüdlü X3, 04 may 2010-cu il təvəllüdlü X7 və 22 fevral 2013-cü il təvəllüdlü X2 üçün Cavabdeh iddiaçı İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay, hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində aliment tutulsun. Alimentin tutulmasının əvvəli 07 may 2025-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar