Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-10/2024 23.04.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı və vəkili Vəkil, Cavabdeh X5, Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X19 qızının iştirakları ilə, İddiaçı cavabdeh X7 qarşı uşağın himayədə saxlanılması, alimentin sabit pul məbləğində tutulması və aliment öhdəliklərindən azad edilmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə 23 aprel 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013cü il təvəllüdlü X8 onun himayəsində saxlanılması, xx.xx.2013-cü il təvəllüdlü X1 üçün ondan tutulan aliment öhdəliklərinin xx.xx.2023-cü il tarixdən ləğv edilməsi, aliment öhdəliklərindən azad edilməsi, aliment öhdəliklərinin xitam verilməsi, Cavabdeh Emin adlı uşağın saxlanılması üçün ayda 220 manat sabit pul məbləğində alimentin alınıb ona ödənilməsi, xx.xx.2023-cü il tarixdən əvvəlki dövr üçün Emin adlı uşağın saxlanılması üçün aylıq 220 manat sabit pul məbləğində aylıq alimentin alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qazax Rayon Prokurorluğunda araşdırma aparılan zaman ona məlum olmuşdur ki, keçmiş həyat yoldaşı və ha-hazırda nikahda olduğu Cavabdeh xx.xx.2014-cti il tarixdə onunla nikaha daxil olmazdan öncə xx.xx.2010cu il tarixdə X15 ilə nikaha daxil olmuş və nikahını pozdurmadan, nikahın pozulması haqqında şəhadətnaməni qeydiyyat Şöbəsinə təqdim etmədən rəsmi nikahda ola-ola, eyni zamanda onunla ikinci nikaha daxil olmuşdur. Bütün bunlar isə cinayət əməli olmaqla yanaşı, aşkar qanun pozuntusudur. O Cavabdeh ilə ayrılmışdır. Qazax Rayon Məhkəməsinin 2(023)-102/2022 saylı, 01 fevral 2022-ci il tarixli qətnaməsi ilə X12 və X3 ondan alınıb Cavabdeh verilməsi müəyyən edilmişdir. Həmin qətnamə uşaqlara psixoloji təsirlər edilməklə icra edilmişdir. Bundan sonra, Emin adlı uşaq 02 aprel 2023-cü il tarixdə sonuncu dəfə anasının yanından özü könüllü çıxaraq gəlmiş və getməmişdir. Eminlə bərabər Asəf adlı uşağı da onun himayəsindədir. Ancaq, buna baxmayaraq, cavabdeh uşaqların saxlanılması üçün aliment ödəmir və saxlanılmasında iştirak etmir. O xx.xx.2023-ciü il tarixdə cavabdehə rəsmi qaydada müraciət edərək Emin adlı uşağın saxlanılması üçün aliment ödəməsini tələb etmişdir. Bu Mediasiya arayışı ilə təsdiq olunur. Emin adlı uşaq 02 aprel 2023-cii il tarixdən onun himayəsində olmasına baxmayaraq, Qazax Rayon Məhkəməsinin 2(023)-102/2022 saylı, 01 fevral 2022-ci il tarixli qətnaməsi ilə ondan ayda 150 manat sabit pul məbləğində aliment tutulur. Valideyn kimi, uşaqları saxlamaq həm də cavabdehin vəzifəsi və borcudur. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı qismən müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, Qazax Rayon Məhkəməsinin 2(023)-102/2022 saylı, 01 fevral 2022-ci il tarixli qətnaməsi ilə X12 və X6 ondan alınıb Cavabdeh verilməsi müəyyən edilmişdir. 02 aprel 2023-cü il tarixdə Emin adlı uşaq anasının yanından könüllü çıxaraq onun yanına gəlmiş və anasının yanına getməmişdir. Hazırda Emin adlı uşağı onun, Elmir adlı uşaq isə cavabdehin yanındadır. X8 rəsmi qaydada himayəsinə verilməsini istəyir. Eminlə bərabər əvvəlki nikahdan olan Asəf adlı uşağı da onun himayəsindədir. Yanında olan Emin adlı uşağın saxlanması üçün aliment tələb etmir, cavabdehin yanında qalan Elmir adlı uşağın saxlanması üçün ayda 100 manat alimenti cavabdehə könüllü olaraq ödəməyə razıdır. Qeyd olunanlara əsasən iddianın xx.xx.2013-cü il təvəllüdlü X8 onun himayəsində saxlanılması, xx.xx.2013-cü il təvəllüdlü X1 üçün ondan tutulan aliment öhdəliklərinin xx.xx.2023-cü il tarixdən ləğv edilməsi, aliment öhdəliklərindən Eminə aid hissədə azad edilməsi, aliment öhdəliklərinə xitam verilməsini istəyir. Odur ki, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil iddiaçı ilə eyniməzmunlu izahat verərək, X8 xx.xx.2023-cü il tarixdən iddiaçının yanında olduğunu bildirərək, həmin uşağın rəsmi qaydada iddiaçının himayəsinə verilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X10 iddianı qəbul etməyərək verdiyi izahatında göstərmişdir ki, Qazax Rayon Məhkəməsinin 2(023)-102/2022 saylı, 01 fevral 2022-ci il tarixli qətnaməsi ilə uşaqları onun himayəsinə verilmişdir. Evi yoxdur, iki uşağı saxlamaqda çətinlik çəkir. Lakin uşaqlarını iddiaçıya vermək istəmir. Odur ki, iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş Qazax rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X13 bildirdi ki, komissiyanın verdiyi rəyi müdafiə edir, qanunamüvafiq qaydada qərarın verilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında Qazax şəhər 1 saylı tam orta məktəbin psixoloq müəllimi X14 iştirakı ilə dindirilmiş xx.xx.2013-cü il təvəllüdlü X12 bildirdi ki, 11 yaşı var, orta məktəbin 5ci sinifində oxuyur. O, hazırda atasının yanında yaşayır. Atası ilə qalmaq istəyir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2013-cü il təvəllüdlü X12 adlı uşaq doğulmuşdur. Qazax Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli, 2(023)-102/2022 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh ilə Qazax rayon Qeydiyyat şöbəsində 13 mart 2014-cü ildə 61 nömrə ilə qeydə alınmış nikah qeydinin pozulması, 05 iyun 2013-cü ildə anadan olmuş X12 və 19 iyun 2016-cı ildə anadan olmuş X6 İddiaçı alınaraq Cavabdeh verilməsi və onun himayəsində saxlanılması, 05 iyun 2013-cü ildə anadan olmuş X12 və 19 iyun 2016-cı ildə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün İddiaçı hər ay hər uşaq üçün 150 manat, cəmi 300 manat sabit pul məbləğində aliment həmin uşaqların İddiaçı alınıb Cavabdeh verildiyi vaxtdan tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 aprel 2022-ci il tarixli 2(104)-1353/2022 saylı qətnaməsinin surətindən görünür ki, Qazax Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli, 2(023)-102/2022 saylı qətnaməsi tərəflərin birgə nikahlarından 05 iyun 2013-cü ildə anadan olmuş X12 və 19 iyun 2016-cı ildə anadan olmuş X6 İddiaçı alınaraq Cavabdeh verilməsi və onun himayəsində saxlanılması, 05 iyun 2013-cü ildə anadan olmuş X12 və 19 iyun 2016-cı ildə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün İddiaçı hər ay hər uşaq üçün 150 manat, cəmi 300 manat sabit pul məbləğində aliment həmin uşaqların İddiaçı alınıb Cavabdeh verildiyi vaxtdan tutularaq Cavabdeh verilməsi hissələrində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki Kollegiyasının 20 oktyabr 2022-ci il tarixli 2(102)-5096/2022 saylı qərarının surətindən görünür ki, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 aprel 2022-ci il tarixli 2(104)-1353/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qazax Rayon İcra Hakimiyyəti Başçısı Aparatı yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının 15 mart 2024-cü il tarixli rəyindən görünür ki, Qəyyumluq və Himayəçilik Komissiyasının üzvləri tərəflərin yaşadığı ünvanda olmuş, müayinə aktı tərtib etmiş və tərəflərin hansının uşaqların təlim-tərbiyəsi ilə məşğul olmağa daha yaxşı qadir olması, uşaqların maddi təminat məsələsi, yaşadığı şərait və s. bu kimi hallarla tanış olmuşlar. Qazax rayon İcra Hakmiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci, 58.2-ci, 60.2-ci, 60.3-cü, 60.4-cü, 61.3-cü və 52-ci maddələrinin tələblərini rəhbər tutaraq, yetkinlik yaşına çatmayanın izahatını nəzərə alaraq, xx.xx.2013-cü il təvəllüdlü X8 atası İddiaçı himayəsinə verilməsi məqsədəmüvafiq hesab edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmçinin 34-cü maddədə göstərilmişdir ki, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsi də belə məsələlərin həllində uşaqların mənafelərinin üstün tutulmalı olmasından bəhs edib. Həmçinin həmin qanunun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Uşaq Hüquqları Haqqında BMT Konvensiyasının 9-cu maddəsində göstərilmişdir ki, «İştirakçı dövlətlər təmin edirlər ki, uşaq öz valideynlərinin arzusuna zidd olaraq onlardan ayrılmasın, bir şərtlə ki, məhkəmənin qərarına uyğun olaraq səlahiyyətli orqanlar tətbiq edilən qanuna və qaydalara müvafiq surətdə müəyyən etsinlər ki, bu ayrılıq uşağın ən yaxşı mənafeləri naminə labüddür. Belə ayrılıq o halda labüd ola bilər ki, valideynlər biribirindən ayrı yaşasınlar və uşağın yaşayış yeri barədə qərar qəbul etmək lazım gəlsin». İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyi də valideynləri ayrı yaşayan uşaqların yaşayış yerinin müəyyən olunması ilə bağlı məsələlərin həlli zamanı uşaqların mənafelərinə üstünlük verilməli olması ideyasına əsaslanır. Avropa Məhkəməsinin İnsan Hüquqları üzrə Avropa Konvensiyasının göstərilən məsələlərdən bəhs edən 8-ci maddəsilə və həmin konvensiyanın 7 saylı prtokolunun 5-ci maddəsilə bağlı formalaşmış hüquqi mövqeyinə diqqət etdikdə görərik ki, Avropa dəyərləri müstəvisində uşaqların saxlanması ilə bağlı atanın və ananın hüquqları fərdi maraq, uşaqların hüquqları isə daha üstün dəyər olan ictimai maraq kimi qiymətləndirilir və tələb olunur ki, belə məsələlərə baxılan zaman ictimai maraqla fərdi maraq arasında tarazlıq yaradılsın. Əgər uşaqların saxlanması ilə bağlı valideynlər arasında fikir ayrılığı yaranırsa dövlət uşaqların hüquqlarını ictimai maraq kimi qiymətləndirərək uşaqların tərəfindən mübahisəyə qarışır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. 49.3-cü maddəsinə əsasən uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. 64.0.6-ci maddəsinə əsasən valideynlər (onlardan biri) xroniki alkoqol və narkomaniya xəstəsidirsə valideynlik hüquqlarından məhrum edilə bilərlər. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını, Qazax Rayon İcra Hakimiyyəti Başçısı Aparatı yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının rəyini, eləcə də Qazax Rayon Məhkəməsinin 2(023)-102/2022 saylı, 01 fevral 2022-ci il tarixli qətnaməsi ilə 05 iyun 2013-cü ildə anadan olmuş X12 və 19 iyun 2016-cı ildə anadan olmuş X6 İddiaçı alınaraq Cavabdeh verilməsi və onun himayəsində saxlanılmasına baxmayaraq, Emin Allahquluyevin faktiki olaraq atanın yanında olmasını, həmçinin Emin Allahquluyevin atası İddiaçılə qalmaq istəyini, İddiaçı uşağın lazımi qaydada saxlanılması üçün qənaətbəxş həyat şəraitinə malik olmasını, uşağın sağlam mühitdə böyüməsinin təmin olunmasını və digər mənafelərini nəzərə alaraq, hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X12 adlı uşağın iddiaçı (atası) İddiaçı yanında yaşaması onun maraqlarının təmin olunması, hərtərəfli inkişafı və digər mənafeləri baxımından daha məqsədəmüvafiqdir. Odur ki, iddia tələbi xx.xx.2013-cü il təvəllüdlü X8 cavabdehdən alınaraq iddiaçının himayəsinə verilməsi hissədə təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş Emin adlı uşaq cavabdehdən alınıb iddiaçının himayəsinə verilməlidir. Məhkəmə qeyd edir ki, uşağın atasına verilməsi ananı valideynlik hüquqlarını həyata keçirmək, uşaqla ünsiyyətdə olmaq, onun təlim tərbiyəsi ilə məşğul olmaq hüququndan məhrum etmir. Məhkəmə iddia tələbinin “aliment öhdəliyindən azad edilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflərin birgə münasibətlərindən doğulmuş 05 iyun 2013-cü ildə doğulmuş X12 və 19 iyun 2016-cı ildə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün İddiaçı hər ay hər uşaq üçün 150 manat, cəmi 300 manat sabit pul məbləğində aliment həmin uşaqların İddiaçı alınıb Cavabdeh verildiyi vaxtdan tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Hazırda Emin adlı uşağın cavabdehdən alınıb iddiaçının himayəsinə verilməsi məqsədə müvafiq hesab edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, hazırki qətnamə qanuni qüvvəsini aldıqdan sonra İddiaçı Qazax Rayon Məhkəməsinin 2(023)-102/2022 nömrəli, 01 fevral 2022-ci il tarixli qətnaməsi ilə 05 iyun 2013-cü ildə doğulmuş X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün tutulan 150 manat sabit pul məbləğində aliment öhdəliyindən azad edilməlidir. Məhkəmə, tərəflərin birgə nikahından doğulmuş Emin adlı uşağın İddiaçı, Emil adlı uşağın isə Cavabdeh yanında saxlanılmasını, İddiaçı yanında qalan uşağın saxlanılması üçün cavabdehdən aliment tələbinin olmamasını, tərəflərin maddi və ailə vəziyyətini, cavabdehin yanında qalan uşağın saxlanılması üçün maddi yardıma ehtiyacının olmasını və aliment tələb etməsini nəzərə alaraq hesab edir ki, 19 iyun 2016-cı ildə anadan olmuş X11 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay bir uşağa görə 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh qızına verilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə hesablanır. Azərbaycan Respublikası Dövlət rüsumu haqqında qanunun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddialarda həmin Məcələnin 8.1.1-ci maddəsində iddia qiyməti 1.000 manatadək olduqda 30 manat ödənilməlidir. Azərbaycan Respublikası Dövlət rüsumu haqqında qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi ödənilməlidir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına və aliment tutulması barəsində iddia ərizələri verilərkən dövlət rüsumu ödəməkdən azad olunmasını nəzərə alaraq hesab edir ki, illik tutulacaq alimentin məbləği 1200 manat məbləğində təşkil etdiyindən 30+2 manat, cəmi 32 (otuz iki) manat məbləğində dövlət rüsumu İddiaçı alınaraq dövlət büdcəsinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. xx.xx.2013-cü il təvəllüdlü X2 Bəsti Adil qızından alınıb İddiaçı himayəsinə verilsin. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra İddiaçı Qazax Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli 2(023)-102/2022 nömrəli qətnaməsi ilə 05 iyun 2013-cü ildə doğulmuş X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün təyin olunmuş aliment öhdəliyindən azad edilsin. 19 iyun 2016-cı il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilsin. İddiaçı 32 (otuz iki) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-10/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-10/2024
23.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver