Məhkəmə qərarları › İş №2(023)-1063/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1063/2024

19.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1063/2024 19.08.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəbiyeva Vəfa Şubet qızının katibliyi, İddiaçı Səyəvuş qızının iştirakı ilə, İddiaçı Səyəvuş qızının Cavabdeh qarşı «alimentin hissəvi tutulması» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Səyəvuş qızı Cavabdeh qarşı tərəflərin birgə nikahından xx.xx.2012-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehin qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin və mediasiya xərcinin yarısını təşkil edən 25 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Səyəvuş qızı məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh ilə 25 iyul 2005-ci ildə el adəti ilə ailə həyatı qurub. 23 sentyabr 2005-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Onların birgə faktiki nikahlarından 01 may 2006-ci ildə Aytac adlı qızları və 17 iyun 2012-ci ildə Alican adlı oğlu anadan olmuşdur. Ailə münasibətləri cavabdehlə ilk vaxtlar normal olsa da sonradan cavabdeh tərəfində baş vermiş ziddiyətlər ailələrinin dağılmasına səbəb olmuşdur. Belə ki, Cavabdeh ilə xasiyyətləri uyğun gəlmir. Hal-hazırda cavabdehlə ayrılmışlar. Uşaq onun himayəsindədir. Cavabdeh əvvəllər uşağın saxlanılması üçün ona maddi yardım edirdi. Qazax Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli 2(023)-634/2023 saylı qətnaməsi ilə hər ay hər uşağa 160 (bir yüz altımış) cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi qət edilmişdir. Lakin hazırda qızlarının 18 yaşı tamam olmuşdur. Cavabdeh isə ona heç bir köməklik göstərmir. Cavabdeh Yevlax rayonu, Dövlət sərhəd xidmətinin N / saylı hərbi hissəsində gizir işləyir və yüksək əmək haqqı alır. Ona görə də yaşı tamam olmamış 17 iyun 2012-ci il tarixi X1 üçün aiimentin hissəvi kəsilməsi zəruridir.Sonda D.S.Hüseynova iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan AZ-İİ seriyalı, 889216 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2012-ci il tarixdə anadan olmuşdur.Həmin uşağın atası Cavabdeh, anası isə X4r . İş materiallarında olan Qazax Rayon Məhkəməsinin 2(023)-634/2023 saylı 25 may 2023-cü il tarixli qətnaməsinə əsasən D.S.Hüseynovanını iddiası qismən təmin edilmiş Cavabdeh tutulan tutulan alimentin miqdarı dəyişdirilmiş və cavabadeh Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 01 may 2006-cı ildə anadan olmuş X5 və 17 iyun 2012-ci ildə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 160(bir yüz altmış) manat cəmi 320 (üç yüz iyirmi) mant sabit pul məbləğində aliment tutularaq İddiaçı odənilməsi qət edilmişdir . Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.3-cü bəndinə görə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Bununla əlaqədar məhkəmə tərəflərin maddi vəziyyətini, tərəflərin birgə nikahlarından doğulmuş uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətini, nəzərə alaraq, hesab edir ki, Qazax Rayon Məhkəməsinin 2(023)- 634/2023 saylı 25 may 2023-cü il tarixli qətnaməsi ilə 17 iyun 2012-ci ildə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən tutulan 160 manat alimentin tutulma üsulu dəyişdirilməli və xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment İddiaçı xeyrinə tutulmalıdır. Buna görə də məhkəmə hesab edir ki, üsulu dəyişdirilmiş alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanunun 36.5-ci maddəsinə görə «Mediasiya prosesinin tətbiqi barədə müqavilə»də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya «mediasiya prosesinin tətbiqi barədə müqavilə»nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Bununla əlaqədar məhkəmə hesab edir ki, ödənilmiş mediasiya xərcinin yarısını təşkil edən 25 manat məbləğində pul vəsaiti Cavabdeh X3 xeyrinə tutulmalıdır Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Səyəvuş qızının iddiası təmin edilsin. Qazax Rayon Məhkəməsinin 2(023)-634/2023 saylı 25 may 2023-cü il tarixli qətnaməsi ilə uşaqların saxlanması üçün tutulması qət edilmiş alimentin tutulma üsulu dəyişdirilsin. Cavabdeh 17 iyun 2012-ci il tarixdə anadan olmuş X2 üçün hər ay əmək haqqının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment İddiaçı Səyəvuş qızının xeyrinə tutulsun. Üsulu dəyişdirilmiş alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh mediasiya xərcinin yarısı qismində 25 (iyimi beş) manat məbləğində pul vəsaiti İddiaçı Səyəvuş qızının xeyrinə tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar